17 yaşlı əlcəzairlinin qətli Fransada davam edən irqçi cinayət


Siyasət 28 İyn 2023 18:59:00 368 0

17 yaşlı əlcəzairlinin qətli  Fransada davam edən irqçi cinayət

Bəziləri Fransada baş verən qanun pozuntularını, özbaşınalığı demokratiya və s. kimi dəyərləndirməyə səy göstərir. Ancaq bu ölkənin keçmişi də, indiki vəziyyəti də beynəlxalq ictimaiyyətə, dünya cəmiyyətinə yaxşı məlumdur. Bu baxımdan Fransa hakimiyyəti özünü demokratiya adı altında, yaxud ermənilərin hüquqlarını yersiz müdafiə ilə gizlədə bilmir.

Son.az "Report"a istinadən bildirir ki, ötən gün Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polisin "İndi başından vuracağam" ifadəsi də aydın eşidilir. Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb. Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir. Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib. 24 aksiyaçı saxlanılıb.

Əslində, statusu, dini, irqi və dərisinin rəngindən asılı olmayaraq, qanunu, asayişi pozan istənilən şəxs polisin göstərişinə əməl etməlidir. Ancaq burada bir nüans var. Polisin soyuqqanlıqla silahsız yeniyetməni qətlə yetirməsi Fransanın hakimiyyət nümayəndələrinin irqçiliyinin göstəricisidir. Bu hadisə Fransa cəmiyyətində ciddi narahatlıq yaradıb. Çünki yeniyetmənin hərəkəti tabesizlik deyil, daha çox itaətsizlikdir. Vətəndaşın bu aksiyanı keçirməsinin başlıca günahkarı isə Fransa Prezidenti Emmanuel Makron və hakimiyyətidir. Yelisey sarayı uzun müddətdir vətəndaşların sosial pensiyalar və bu kimi ictimai mahiyyətli tələblərinə əməl etmir. Bu isə cəmiyyətdə hakimiyyət nümayəndələrinə qarşı kin, nifrət yaradır. Onun nəticəsi isə itaətsizlikdir. Polis bu etiraza qarşı 17 yaşlı Afrika mənşəli yeniyetməni qətlə yetirib. Qətli törətmiş polis həbs olunsa da, bu hadisə kütləvi iğtişaşlara səbəb olub. Bir sıra şəhərlərdə barrikadalar qurulub, avtomobillərə od vurulub, polislə toqquşmalar və s. hadisələr baş verib. Bu həm də Makron hakimiyyətinin seçicilər və əhali arasında etimadı itirdiyini göstərir. Mövcud hakimiyyət Fransa cəmiyyətində irqi, dini, etnik ayrı-seçkiliyi dərinləşdirir. Fransa cəmiyyəti heç diktator sayılan Şarl de Qollun prezidentliyi dövründə belə zorakılığın şahidi olmayıb. Onda de Qoll diktator sayıldığı üçün onun atdığı addımlarda aşkar tənqid edilirdi. Ancaq Makron özünü üzdə demokratik göstərməklə ikiüzlülük edir. O, bu davranışı və hakimiyyəti ilə demokratiyanı və onun dəyərlərinin də dünya ictimaiyyətinin gözündən salır. Ona görə də cəmiyyət kütləvi itaətsizlik göstərir.

İki il əvvəl BMT-nin İnsan hüquqları üzrə ali komissarı Mişel Baçelet yaydığı hesabatda bildirmişdi ki, dünyada polis tərəfindən 190 Afrika mənşəli öldürülüb. Onların hamısı irqi ayrı-seçkiliyin qurbanı olub. Onun sözlərinə görə, hadisələrin 98 faizi Avropa ölkələrində baş verib. Afrika mənşəlilər irqi ayrı-seçkiliklə ən çox Fransada üzləşirlər. Bu zorakılığa və aparteidə qarşı çıxanlar isə polis dəyənəkləri, gözyaşardıcı qazlar, bəzən isə güllələrlə qarşılanır. Qərb ölkələri isə Fransa da daxil olmaqla başqa dövlətlərdə baş verən uyğun halları demokratik dəyərlərin, o cümlədən sərbəst toplaşmaq, söz və fikir azadlıqlarının pozulması kimi qiymətləndirirlər. Fransa kimi ölkələr də Afrika mənşəlilərin səsini batırmağa səy göstərirlər. Halbuki Fransa başda olmaqla bəzi Avropa ölkələri uzun illər Afrikada yerli sakinləri soyqırıma məruz qoyublar. Bu ölkələr əvvəllər afrikalıların qul kimi ticarəti ilə məşğul olublar. Onların, o cümlədən Fransanın tarixindəki bu qara xəstəliyi heç vaxt təmizləmək mümkün olmayacaq. İnsanlıqdan uzaq əməllərlə məşğul olan Fransa hakimiyyəti o dövrün hakimiyyətlərinin varisi sayılmaqla bərabər həm də əməllərinin davamçılarıdır. Bir zamanlar Afrikada insanları məhkəməsiz qətlə yetirən, Yelisey sarayının polisi indi yeniyetməni atəş açaraq qətlə yetirəcəyi ilə hədələyir və sonra bu cinayəti törədir. Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Fransa işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdırıb, indiyədək onların xəritələrini yerli hakimiyyətə verməkdən imtina edir. 1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insan qətlə yetirilib. Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Bu, Fransanın təkcə Əlcəzairdə törətdiyi minlərlə cinayətdən bir nümunədir.

Beləliklə, Qərb, o cümlədən Avropanın uyğun institutları Fransa hakimiyyətinin törətdiyi vəhşilikləri hələ də sükutla qarsalayırlar. Yoxsa bu institutlar da susmaqla öz ölkələrinin törətdikləri irqi ayrı-seçkilik, qul alveri kimi cinayətlərə haqq qazandırırlar?!

Fransada polis qaradərili yeniyetməni öldürdükdən sonra iğtişaşlar başlayıb like
  • 28 İyn 18:48  
Dünya Fransada polis qaradərili yeniyetməni öldürdükdən sonra iğtişaşlar başlayıb

Fransanın Nanter rayonunda polis qaradərili yeniyetməni öldürdükdən sonra

arrow Ətraflı
Bildirçin yumurtası yeməyin faydaları like
  • 28 İyn 18:37  
Digərləri Bildirçin yumurtası yeməyin faydaları

Xəstəliklərlə mübarizə apara bilmək üçün orqanizmin vitamin və minera

arrow Ətraflı
Bu rus general Priqojin qiyamından xəbərdar idi like
  • 28 İyn 18:26  
Dünya Bu rus general Priqojin qiyamından xəbərdar idi

General Sergey Surovikin "Vaqner" rəhbəri Yevgeni Priqojinin qiyama

arrow Ətraflı
"Qızı məcbur ərə vermək olur, oğulu isə..." like
  • 28 İyn 18:15  
Şou-biznes "Qızı məcbur ərə vermək olur, oğulu isə..."

"Qadın üçün ailəni və işi birgə aparmaq hər zaman çətindir. Qad

arrow Ətraflı
Əkshücum: Ukrayna ordusu Dneprin sol sahilinə keçdi like
  • 28 İyn 18:04  
Dünya Əkshücum: Ukrayna ordusu Dneprin sol sahilinə keçdi

Əks-hücum nəticəsində Ukrayna ordusu Dneprin sol sahilinə keçə bilib.

arrow Ətraflı
"Zərbə" davam edə bilər: ermənilər like
  • 28 İyn 17:46  
Siyasət "Zərbə" davam edə bilər: ermənilər

Yekun sülh sazişinin imzalanmasınna yönəlmiş prosesdə mümkün qədər ç

arrow Ətraflı
Məqsədimiz bütün sahələrdə güclü bir Türkiyə qurmaqdır like
  • 28 İyn 17:42  
Digərləri Məqsədimiz bütün sahələrdə güclü bir Türkiyə qurmaqdır

Məqsədimiz Türkiyənin güclü və təsirli gücə malik bir ölkə olmasın�

arrow Ətraflı
Azərbaycanlı alimdən MÖHTƏŞƏM UĞUR: like
  • 28 İyn 17:37  
Dünya Azərbaycanlı alimdən MÖHTƏŞƏM UĞUR:

Dünyaşöhrətli azərbaycanlı alim, Münxendəki Helmholtz Mərkəzinin profe

arrow Ətraflı
"Bunun kimi ailə arzulayıram" like
  • 28 İyn 17:31  
Şou-biznes "Bunun kimi ailə arzulayıram"

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) arzulad

arrow Ətraflı
Rusiyalı general qəzaya düşdü: vəziyyəti ağırdır like
  • 28 İyn 17:20  
Dünya Rusiyalı general qəzaya düşdü: vəziyyəti ağırdır

Rusiya Daxili İşlər Nazirliyinin generalı Aleksandr Travnikov Leninqrad vila

arrow Ətraflı
"Bu yaşıma qədər heç vaxt övlad tələf etdirməmişəm" like
  • 28 İyn 17:09  
Şou-biznes "Bu yaşıma qədər heç vaxt övlad tələf etdirməmişəm"

Müğənni Elnarə Xəlilova izləyicilərinin suallarını cavablandırıb. 

arrow Ətraflı
Makron pis vəziyyətə düşdü, Nikola əsəbiləşdi like
  • 28 İyn 16:31  
Dünya Makron pis vəziyyətə düşdü, Nikola əsəbiləşdi

İyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdən dərhal sonra E

arrow Ətraflı
Ötən gün yol qəzalarında 3 nəfər ölüb like
  • 28 İyn 16:20  
Digərləri Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb.

arrow Ətraflı
Onlar arasında nə baş verib? like
  • 28 İyn 16:09  
Şou-biznes Onlar arasında nə baş verib?

Əməkdar artist Almaz Ələsgərli ilə aktrisa Gültac Əlilinin dostluğu bit

arrow Ətraflı
AŞPA Türkiyə əleyhinə qərar verdi like
  • 28 İyn 16:00  
Dünya AŞPA Türkiyə əleyhinə qərar verdi

Onlar bizə "Gülən hərəkatı" adı ilə FETÖ-yə təzyiq etdiyimi

arrow Ətraflı