"Qızı məcbur ərə vermək olur, oğulu isə..."
Şou-biznes 28 İyn 2023 18:15:00 353 0
"Qadın üçün ailəni və işi birgə aparmaq hər zaman çətindir. Qadının üzərinə çox yük düşür. Deyirlər ki, yuvanı dişi quş qurar. Mən və həyat yoldaşım Ədalət bəy işimizi sevən insanlarıq. Ədalət bəy iqtisadçıdır. O, əvvəl Səməd Vurğun adına Akademir Rus Dram Teatrının direktor müavini olub, sonra isə sənət ocağının direktoru oldu. Bəzən ona kaprizlərimi göstərəndə deyir ki, teatrda əlimin altında bilirsən nə qədər Xalq artistləri var (gülür)? Düşünmək olmaz ki, ailə ayrı, sənət ayrı...".
Bu xəbəri də oxu: Tarkandan təyyarə qəzasına reaksiya
Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant dadaşova "Söz-baz" verilişində deyib. Müğənni həyat yoldaşı Ədalət Hacıyevdən bəhs edib:
"Mən və həyat yoldaşım Ədalət bir-birimizi sevmişik. Bir-birimizdən küsəndə isə birinci mən qaçıb barışmışam. Heç zaman gözləməmişəm ki, həyat yoldaşım gəlib mənimlə barışsın. Bir də görürsən ki, ər və arvad həftələrlə bir-birini danışdırmır. Bizdə belə şeylər heç zaman olmayıb. Biz iki-üç saat küsülü qalmışıq. Sonra mən başlamışam danışmağa. O da elə edib ki, guya heç bir şey olmayıb.
Həyat yoldaşını özündən aşağı görməməlisən. Hər zaman həyat yoldaşımı özümdən artıq hesab etmişəm. O da hər zaman belə hesab edib və mənə də hiss etdirib. Bu, hörmətdir və sevgidir. Belə olanda isə sevgi heç zaman bitmir".
Dadaşova oğlu Cahadla bağlı suallara "Cahad hərdən deyir ki, evlənirəm. Bir az keçir, istəyindən vaz keçir. Oğlandır da... Qız olanda məcbur edib, ərə vermək olur. Yəni, qızı ailə qurmaq məsələsində dilə tutmaq olur. Biz istəyirik ki, Cahad özü sevsin. Acığım gəlir, ailə gedir özü qız tapır, öz aralarında evlilik məsələlərini həll edirlər. Mən belə toylarda çox olmuşam. Görünür ki, nə oğlanın, nə də qızın bir-birinə adiyyəti var. Təəssüf hissi keçirdirəm. Çünki o ailənin ömrü çox olmur" cavabını verib.
Son.az
Əks-hücum nəticəsində Ukrayna ordusu Dneprin sol sahilinə keçə bilib.
Yekun sülh sazişinin imzalanmasınna yönəlmiş prosesdə mümkün qədər ç
Məqsədimiz Türkiyənin güclü və təsirli gücə malik bir ölkə olmasın�
Dünyaşöhrətli azərbaycanlı alim, Münxendəki Helmholtz Mərkəzinin profe
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) arzulad
Rusiya Daxili İşlər Nazirliyinin generalı Aleksandr Travnikov Leninqrad vila
Müğənni Elnarə Xəlilova izləyicilərinin suallarını cavablandırıb.
İyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdən dərhal sonra E
Əməkdar artist Almaz Ələsgərli ilə aktrisa Gültac Əlilinin dostluğu bit
Çinli smartfon istehsalçıları rekord həcmdə operativ yaddaşa malik qurğu
İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk
"Ailənin və sənətin öz yeri var. Ailə quran insan bilir kimi alır. A