Azərbaycanlı alimdən MÖHTƏŞƏM UĞUR:


Dünya 28 İyn 2023 17:37:00 294 0

Azərbaycanlı alimdən MÖHTƏŞƏM UĞUR:

Dünyaşöhrətli azərbaycanlı alim, Münxendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı, Əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadanın riyaziyyat elmləri sahəsində araşdırmalar aparan Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb.

Bu barədə Son.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fields İnstitutunun direktoru professor Kumar Murtinin bununla bağlı azərbaycanlı alimə ünvanladığı məktubda onun tədqiqatlarla bağlı nailiyyətlərinin və riyaziyyatçılar cəmiyyətinə xidmətinin cəmiyyət və ümumiyyətlə bütün riyaziyyatçı alimlər üçün nümunə olduğu vurğulanıb.

Fields İnstitutu "Fields İnstitute Fellows" adlandırılan ömürlük mükafatı 2002-ci ildə - 10 illik yubileyi münasibətilə təsis edib. 2002-ci ildən etibarən hər il bu ömürlük mükafatlar Fields İnstitutuna və Kanadanın riyaziyyatçılar birliyinə böyük töhfələr verən görkəmli tədqiqatçı alimlərə verilir.

Seçim komitəsi yeni mükafatçıların adlarını hər il Fields İnstitutunun iyunda keçirilən illik ümumi toplantısında elan edir. Azərbaycanda səfərdə olduğu üçün Məsud Əfəndiyev builki toplantıya onlayn formatda qatılıb.

Qeyd edək ki, azərbaycanlı elm xadimi dünyada "Dean`s Distinguished Professor" (Dekanın görkəmli professoru) statusunu daşıyan azsaylı riyaziyyatçı alimlərdən biridir. ABŞ və Kanadada bu statusu bir qayda olaraq Nobel mükafatı laureatları və öz sahələrində fundamental elmi nəticələr əldə etmiş dünya şöhrətli alimlər daşıyırlar.

Məsud Əfəndiyev 2018-ci ildə Toronto Universitetinin və Fields İnstitutunun dəvəti ilə 2018-ci ildə "Deans Distinguished Visiting Professor" statusunda bir semestr boyu Riyaziyyat fakültəsində riyazi biologiya üzrə mühazirələr oxuyub. Həmin müddət ərzində Toronto Universitetinin və Fields İnstitutunun "Thematic Program on Emerging Challenges in Mathematical Biology" birgə layihəsinə başçılıq edib. Bu ali məktəblər və elmi mərkəzlər adətən "Deans Distinguished Visiting Professor" statusunda olan Nobel və Fields mükafatı laureatlarını mühazirələr oxumağa dəvət edir.

O, 1990-cı ildə dünyada məşhur Aleksandr fon Humboldt Fondunun təsis etdiyi Aleksandr fon Humboldt mükafatına layiq görülüb və bu mükafatı alan ilk azərbaycanlı alimdir. Bu mükafat yalnız 40 yaşına qədər olan xarici alimlərə verilir.

Bundan başqa, Məsud Əfəndiyev 2015-ci ildə Aleksandr fon Humboldt Fondunun Almaniya universitetlərində və elmi mərkəzlərində daimi əsaslar üzrə çalışan alimlər üçün nəzərdə tutulan "Təcrübəli Tədqiqatçılar üçün Humboldt Tədqiqat Təqaüdü" (Alexander von Humboldt Fellowship for Experienced Researchers) mükafatına layiq görülüb. Bu mükafat bir qayda olaraq 55 yaşından etibarən təcrübəli alimlərə təqdim edilir. Yeri gəlmişkən, 2021-ci ilin Almaniyadan olan Nobel mükafatı laueratı Benyamin List də vaxtilə bu mükafata layiq görülənlər arasındadır.

Hazırda Məsud Əfəndiyev Qərbdə riyazi biologiyanın banisi sayılan Ceyms D. Murreyin adını daşıyan "James D. Murray Distinguished Professor" statusundadır və hələlik dünyada bu qürurverici statusu daşıyan ilk alimdir. Bu status 2019-cu ildə dünyanın aparıcı universitetlərindən biri sayılan Kanadadakı Vaterloo Universitetində təsis olunub.

Məsud Əfəndiyev Mərmərə Universitetinin rektoru professor Erol Özvar (hazırda Ali Təhsil Şurasının (YÖK) prezidentidir) tərəfindən həmin ali məktəbə "Rector's Distinguished Visiting Professor" statusunda dəvət olunmuş ilk və yeganə azərbaycanlı alimdir. O, Mərmərə Universitetinin müxtəlif fakültələrində istedadlı tələbələrə riyazi biologiya və riyazi tibb üzrə silsilə mühazirələr oxuyur.

Xatırladaq ki, 1991-ci ildən Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı 1953-cü il oktyabrın 21-də Zaqatala rayonunda anadan olub. O, 32 il Almaniyada daimi yaşamasına və professor kimi çalışmasına baxmayaraq, Azərbaycan vətəndaşı olaraq qalır.

Zaqataladakı Şıxəli Qurbanov adına orta məktəbi qızıl medalla bitirən ilk məzun olan Məsud Əfəndiyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsində iki il oxuduqdan sonra təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. Aspirantura və doktorantura pillələrində namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə edib.

1989-cu ildə birgə elmi tədqiqatlar aparmaq üçün ABŞ-ın Merilend Universiteti tərəfindən bu ölkəyə dəvət olunub. Humboldt mükafatına layiq görüləndən sonra elmi fəaliyyətini Almaniyada davam etdirib. İndiyədək Almaniyanın Münxen, Ştutqart, Berlin universitetlərində, eləcə də Yaponiya, Avropa, Kanada və ABŞ-ın əksər aparıcı universitetlərində dərs deyib.

On aparıcı beynəlxalq jurnalın redaksiya şuralarının üzvü olmaqla bərabər, "International Journal of Biomathematics and Biostatistics" jurnalının baş redaktorudur. Yaponiya, Almaniya, ABŞ və İsveçrədə ingilis dilində çap olunmuş 8 kitabın müəllifidir.

Alimin 2023-cü ildə işıq üzü görmüş kitabı müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib. Bu kitab dünyanın ən mötəbər nəşriyyatlarından olan "Springer" nəşriyyatında ingilis dilində çap edilib. Nəşr Məsud Əfəndiyevin müəllifliyi ilə "Springer" nəşriyyatında fundamental elmlər sahəsində Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş ilk və yeganə kitab kimi tarixə düşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 21 aprel tarixli Sərəncamı ilə Məsud Əfəndiyev elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

"Bunun kimi ailə arzulayıram" like
  • 28 İyn 17:31  
Şou-biznes "Bunun kimi ailə arzulayıram"

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) arzulad

arrow Ətraflı
Rusiyalı general qəzaya düşdü: vəziyyəti ağırdır like
  • 28 İyn 17:20  
Dünya Rusiyalı general qəzaya düşdü: vəziyyəti ağırdır

Rusiya Daxili İşlər Nazirliyinin generalı Aleksandr Travnikov Leninqrad vila

arrow Ətraflı
"Bu yaşıma qədər heç vaxt övlad tələf etdirməmişəm" like
  • 28 İyn 17:09  
Şou-biznes "Bu yaşıma qədər heç vaxt övlad tələf etdirməmişəm"

Müğənni Elnarə Xəlilova izləyicilərinin suallarını cavablandırıb. 

arrow Ətraflı
Makron pis vəziyyətə düşdü, Nikola əsəbiləşdi like
  • 28 İyn 16:31  
Dünya Makron pis vəziyyətə düşdü, Nikola əsəbiləşdi

İyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdən dərhal sonra E

arrow Ətraflı
Ötən gün yol qəzalarında 3 nəfər ölüb like
  • 28 İyn 16:20  
Digərləri Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb.

arrow Ətraflı
Onlar arasında nə baş verib? like
  • 28 İyn 16:09  
Şou-biznes Onlar arasında nə baş verib?

Əməkdar artist Almaz Ələsgərli ilə aktrisa Gültac Əlilinin dostluğu bit

arrow Ətraflı
AŞPA Türkiyə əleyhinə qərar verdi like
  • 28 İyn 16:00  
Dünya AŞPA Türkiyə əleyhinə qərar verdi

Onlar bizə "Gülən hərəkatı" adı ilə FETÖ-yə təzyiq etdiyimi

arrow Ətraflı
Final etmədən yayımdan qaldırıldı like
  • 28 İyn 15:49  
Digərləri Final etmədən yayımdan qaldırıldı

"Taçsız prenses" serialı ilə bağlı yeni qərar verilib.

arrow Ətraflı
Smartfonlarda rekord həcmdə operativ yaddaş quraşdırılacaq like
  • 28 İyn 15:38  
Digərləri Smartfonlarda rekord həcmdə operativ yaddaş quraşdırılacaq

Çinli smartfon istehsalçıları rekord həcmdə operativ yaddaşa malik qurğu

arrow Ətraflı
İlham Əliyev və Ərdoğan arasında telefon söhbəti olub like
  • 28 İyn 15:31  
Siyasət İlham Əliyev və Ərdoğan arasında telefon söhbəti olub

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk

arrow Ətraflı
Aysun: "Evlənəndən sonra gecə uşağımın yanında olmaq istəyirəm, toylarda oxumaq yox" like
  • 28 İyn 15:27  
Şou-biznes Aysun: "Evlənəndən sonra gecə uşağımın yanında olmaq istəyirəm, toylarda oxumaq yox"

"Ailənin və sənətin öz yeri var. Ailə quran insan bilir kimi alır. A

arrow Ətraflı
BŞ Priqojinə görə 4 nəfəri “qara siyahı”ya saldı like
  • 28 İyn 15:16  
Dünya BŞ Priqojinə görə 4 nəfəri “qara siyahı”ya saldı

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

arrow Ətraflı
Tüstüləyən torbanı tapdalayıb söndürmək istədi: like
  • 28 İyn 15:05  
Dünya Tüstüləyən torbanı tapdalayıb söndürmək istədi:

Rusiyanın Leninqrad vilayətində qorxunc hadisə baş verib. Belə ki, sakinl�

arrow Ətraflı
Qarabağdakı separatçıları zərərsizləşdirmək çox qısa zamana mümkündür like
  • 28 İyn 14:54  
Siyasət Qarabağdakı separatçıları zərərsizləşdirmək çox qısa zamana mümkündür

Amerika Birləşmiş Ştatlarında Azərbaycan və Ermənistanın Xarici İşlə

arrow Ətraflı
Dünyanın ən çirkli havası olan şəhərləri açıqlanıb like
  • 28 İyn 14:43  
Dünya Dünyanın ən çirkli havası olan şəhərləri açıqlanıb

ABŞ-nin Detroyt (Miçiqan ştatı) və Çikaqo (İllinoys ştatı) şəhərlər

arrow Ətraflı