"Zərbə" davam edə bilər: ermənilər


Siyasət 28 İyn 2023 17:46:00 337 0

"Zərbə" davam edə bilər: ermənilər

Yekun sülh sazişinin imzalanmasınna yönəlmiş prosesdə mümkün qədər çox süni maneələr və əngəllər yaratmağa çalışan Ermənistan bu dəfə qarabağlı erməni separatçılarının silahlı dəstələrindən təzyiq vasitəsi qismində istifadə etmək fikrinə düşüb.

Azərbaycan Ordusunun mövqelərini atəşə tutan, silahlı diversiyalara və təxribatlara əl atan Ermənistan bu dəfə həm öz silahlı qüvvələrindən, həm də Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdəki qarabağlı ermənilərin silahlı dəstələrindən yararlanır.

Xankəndindəki separatçı rejimin rəhbəri Arayik Arutyunyanın Vaşinqtonda Azərbaycanla sülh danışıqları aparan Ermənistan hökumətinə müraciəti də simptomatikdir.

O, Ermənistanın XİN başçısı Ararat Mirzoyana xitabında bildirib: "Azərbaycanla sülh danışıqların dərhal dayandırın".

Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə sülh danışıqlarında maraqlı olduğunu vurğulayır, şərti dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinə başlamağa tələsdiyini bəyan edir, Qarabağı Azərbaycan ərazisi saydığını və qarabağlı ermənlərin hüquqları ilə təhlükəsizliklərinin təminatı məsələlərinin məhz Bakı vasitəsilə təmin oluna biləcəyini istisna etmir.

Bütün bunlar Ermənistanın real siyasəti yox, görüntü yaratmaq naminə edilən çıxışlardır. İrəvanın əsl məqsədi sülh danışıqlarını ləngitmək və alınarsa, təxirə salmaqdır. İrəvan eyni zamanda, sürətlə silahlanmaq, ordusunun qalıqlarını gücləndirmək fikrindədir və bu istiqamətdə Azərbaycana təzyiq vasitəsi kimi qarabağlı erməniləri, xüsusilə də separatçıların silahlı dəstələrini pressinq aləti kimi görür.

Ermənistanın belə təhlükəli illüziyalara qapılmasında ermənilərin hamiləri, xüsusilə də Fransa və rəsmi Parisin diqtəsi ilə hərəkət edən Avropa İttifaqı məmurları xüsusi rol oynayırlar.

Ermənistan hazırda RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdəki separatçı silahlı dəstələrdən istifadə edərək yeni təxribatlar hazırlayır.

Ermənilər mövqelərimizi atəşə tutmaq, bölgədə gərginlik yaradaraq onu maksimal həddə çatdırmaq və bu minvalla da sülh danışıqları prosesində ciddi problemlər yaratmaq niyyətindədir.

Təxribatlar artıq başlanıb.

Belə ki, dünən saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Buna cavab olaraq ordumuzun başladığı "Zərbə" əməliyyatı zamanı erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətindəki mövqelərinə endirdiyi zərbələr nəticəsində  4 erməni hərbçi - Armo Abqaryan, Samvel Torosyan, Ervand Tadevosyan və Qaqik Balayan məhv edilib.

Ermənilərin təxribatları davam etdirəcəkləri təqdirdə, "Zərbə"nin yeni, daha ağır variasiyası reallaşa bilər. Əməliyyat təkrarlanacaq və ümid edirik ki, bu dəfə hərbçilərimiz erməni separatçılarını qabaqlayaraq düşmənə preventiv zərbələr endirərək onların mövqelərini məhv edəcəklər.

Ermənistan və RSK-nın nəzarətindəki separatçı ermənilər Azərbaycan Ordusunun mövqelərinə atəş açmağın ölümə səbəb olacağını, hər belə atəşdən sonra bir neçə erməni silahlının məhv ediləcəyini dəqiq bilib bunu şüurlarında aksioma çevirməsələr, "Azərbaycan əsgərini hədəfə almaq olmaz!" anlamı ermənilərdə şərti refleksə çevrilməyincə Ordumuz düşmənə dərslərini davam etdirməlidir.

Səbəb sadədir: Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN başçıları arasında danışıqların növbəti mərhələsi başladığı zaman belə davranış, gərginlik yaratmaq niyyətinin arxasında birmənalı olaraq Ermənistanın hamiləri - Rusiya və Fransa durur.

Artıq dəfələrlə sübut edilib ki, RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdə qarabağlı erməni separatçıların mövqelərinə silah-sursatın və yanacağın daşınmasını bilavasitə rusiyalı sülhməramlılar təmin edirlər. Xankəndindəki terrorçu rejimin başıpozuq silahlı dəstələrini məhz RSK himayə edir, qoruyur və faktiki olaraq, idarə etməyə çalışır.

Eyni zamanda, Ermənistanla Azərbaycan arasındakı şərti dövlət sərhədinin yaxınlığına gələrək Laçın yolunun başlanğıcında fotosessiyalar edərək sosial şəbəkələrdə paylaşan Natali Luazo kimi korrupsioner, qərəzli siyasətçilərin fəaliyyəti də erməniləri yeni təxribatlar törətməyə sövq edən amillər arasındadır.

Separatçıları dəstəkləyən, qarabağlı ermənilərin separatizmini "hüquqlar uğrunda mübarizə" kimi təqdim edən belə siyasətçilərin mövqelərinin ilk əvvəl Qərblə Azərbaycan arasındakı münasibətlərə hansı mənfi təsirlər etdiyini ilk əvvəl Brüssel və Strasburq, sonra Aİ ölkələrinin hakimiyyət dairələri dərk etməlidir.

Yeni təxribatlar hazırlayan Ermənisann rəhbərliyi isə bilsin ki, hazırda RSK-nın müüvəqqəti nəzarət arealında olan, sayları təqribən 9800 nəfər olan erməni silahlılarının hansısa "hərbi əməliyyatı gerçəkləşdirmək" perspektivi yoxdur.

Onlar ya könüllü tərksilah olaraq Ermənistana yollananacaqlar, ya da təxribatlara əl atsalar, məhv ediləcəklər.

Hadisələrin fərqli inkişaf məcrası yoxdur.

Elçin Alıoğlu Son.az

Məqsədimiz bütün sahələrdə güclü bir Türkiyə qurmaqdır like
  • 28 İyn 17:42  
Digərləri Məqsədimiz bütün sahələrdə güclü bir Türkiyə qurmaqdır

Məqsədimiz Türkiyənin güclü və təsirli gücə malik bir ölkə olmasın�

arrow Ətraflı
Azərbaycanlı alimdən MÖHTƏŞƏM UĞUR: like
  • 28 İyn 17:37  
Dünya Azərbaycanlı alimdən MÖHTƏŞƏM UĞUR:

Dünyaşöhrətli azərbaycanlı alim, Münxendəki Helmholtz Mərkəzinin profe

arrow Ətraflı
"Bunun kimi ailə arzulayıram" like
  • 28 İyn 17:31  
Şou-biznes "Bunun kimi ailə arzulayıram"

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) arzulad

arrow Ətraflı
Rusiyalı general qəzaya düşdü: vəziyyəti ağırdır like
  • 28 İyn 17:20  
Dünya Rusiyalı general qəzaya düşdü: vəziyyəti ağırdır

Rusiya Daxili İşlər Nazirliyinin generalı Aleksandr Travnikov Leninqrad vila

arrow Ətraflı
"Bu yaşıma qədər heç vaxt övlad tələf etdirməmişəm" like
  • 28 İyn 17:09  
Şou-biznes "Bu yaşıma qədər heç vaxt övlad tələf etdirməmişəm"

Müğənni Elnarə Xəlilova izləyicilərinin suallarını cavablandırıb. 

arrow Ətraflı
Makron pis vəziyyətə düşdü, Nikola əsəbiləşdi like
  • 28 İyn 16:31  
Dünya Makron pis vəziyyətə düşdü, Nikola əsəbiləşdi

İyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdən dərhal sonra E

arrow Ətraflı
Ötən gün yol qəzalarında 3 nəfər ölüb like
  • 28 İyn 16:20  
Digərləri Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb.

arrow Ətraflı
Onlar arasında nə baş verib? like
  • 28 İyn 16:09  
Şou-biznes Onlar arasında nə baş verib?

Əməkdar artist Almaz Ələsgərli ilə aktrisa Gültac Əlilinin dostluğu bit

arrow Ətraflı
AŞPA Türkiyə əleyhinə qərar verdi like
  • 28 İyn 16:00  
Dünya AŞPA Türkiyə əleyhinə qərar verdi

Onlar bizə "Gülən hərəkatı" adı ilə FETÖ-yə təzyiq etdiyimi

arrow Ətraflı
Final etmədən yayımdan qaldırıldı like
  • 28 İyn 15:49  
Digərləri Final etmədən yayımdan qaldırıldı

"Taçsız prenses" serialı ilə bağlı yeni qərar verilib.

arrow Ətraflı
Smartfonlarda rekord həcmdə operativ yaddaş quraşdırılacaq like
  • 28 İyn 15:38  
Digərləri Smartfonlarda rekord həcmdə operativ yaddaş quraşdırılacaq

Çinli smartfon istehsalçıları rekord həcmdə operativ yaddaşa malik qurğu

arrow Ətraflı
İlham Əliyev və Ərdoğan arasında telefon söhbəti olub like
  • 28 İyn 15:31  
Siyasət İlham Əliyev və Ərdoğan arasında telefon söhbəti olub

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk

arrow Ətraflı
Aysun: "Evlənəndən sonra gecə uşağımın yanında olmaq istəyirəm, toylarda oxumaq yox" like
  • 28 İyn 15:27  
Şou-biznes Aysun: "Evlənəndən sonra gecə uşağımın yanında olmaq istəyirəm, toylarda oxumaq yox"

"Ailənin və sənətin öz yeri var. Ailə quran insan bilir kimi alır. A

arrow Ətraflı
BŞ Priqojinə görə 4 nəfəri “qara siyahı”ya saldı like
  • 28 İyn 15:16  
Dünya BŞ Priqojinə görə 4 nəfəri “qara siyahı”ya saldı

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

arrow Ətraflı
Tüstüləyən torbanı tapdalayıb söndürmək istədi: like
  • 28 İyn 15:05  
Dünya Tüstüləyən torbanı tapdalayıb söndürmək istədi:

Rusiyanın Leninqrad vilayətində qorxunc hadisə baş verib. Belə ki, sakinl�

arrow Ətraflı