Tənginəfəslik ciddi problem yarada bilər
Digərləri 21 Mar 2023 13:40:00 270 0
Yay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. Təmiz havaya çıxanda belə hava çatışmazlığı kimi hal yaşaya bilərsiniz.
Son.az Axşam.az-a istinadən xəbər verir ki, tənginəfəslik ağciyər emfizemasının göstəricisidir. Ağciyər emfizeması zamanı ağciyərin toxumalarının hərəkətliyi düşür, havalılıq yüksəlir. Emfizema zamanı ağciyərdəki hava kisəcikləri gərilib genişlənir. Bu zaman hava kisəciklərini bir-birindən ayıran incə divarlar cırılır. Bu da ağciyərin elastikliyinin pozulmasına gətirib çıxarır. Beləcə, ağciyərdə qan və hava tarazlığı pozulur.
Ağciyər get-gedə genişlənir, solur və daşlaşır. Ağciyərin funksiyasının bu cür pozulması digər orqanlara da mənfi təsir göstərir. Xəstədə qan çatışmazlığı aşkarlanır. Burada həmçinin genetik faktorlar da əsas rol oynayır, yəni əgər nəsildə kimdəsə vərəm və ya başqa ağciyər xəstəlikləri olubsa, bu irsən ötürülür. Bəzən yaşlı insanlarda da bu xəstəliyə tez-tez rast gəlmək mümkündür. Bu soyuqdəymə, qrip nəticəsində əmələ gəlir. Buna görə də yaşlı insanlara qripəleyhinə peyvənd etdirmək məsləhətdir.
Xəstəliyin məkanı: ağciyər, bronxlar, tənəffüs yolları.
Əgər səndə döş qəfəsinin formasını dəyişməsi, çətin nəfəsalma, qabırğaarası məsamələrin genişlənməsi, xırıltı səsi, ürəyin küt nahiyəsinin kiçilməsi, halsızlıq, yorğunluq, bəlğəmli öskürək varsa, fiziki iş qabiliyyətin günü-gündən aşağı düşürsə, üzün və əllərin tez-tez göyərirsə, demək, sən ağciyər emfizemasının əsarətindəsən.
Səbəb nədir:
Xəstəliyin yaranmasının əsas səbəbi xroniki bronxitdir. Siqaret çəkmək, spirtli içkilər içmək, havanın müxtəlif toz hissəcikləri ilə çirklənməsi, stress - xəstəliyin inkişafına təkan verən amillər sırasındadır. İnfeksion xəstəliklərə yoluxmaq da ağciyər emfizeması əmələ gətirir.
Kimlər risq altındadır?
· İmmuniteti zəif olanlar
· Qapalı, oturaq iş rejimində və kompüterdə çalışanlar
· Spirtli içki, siqaret və narkotika aludəçiləri
Azərbaycan Ermənistanı beynəlxalq ictimai fikrin manipulyasiyası ilə məş
Rusiyanın hərbi təcavüzünün başlanmasından bəri BMT-nin İnsan Hüquqla
Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri
Slovakiyanın Bratislava şəhərindəki MOL Group macar şirkətinə məxsus &q
Şimali Koreya ABŞ ilə vuruşmaq üçün 1 milyon 400 mindən çox insanın or
Ağsu rayonunda 2005-ci il təvəllüdlü Araz şəxsi münasibətlər zəminind
Martın 20-də Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı (Aİ) da İran
Müxtəlif yaş həddi olan insanlara vitamin vacibdir. Hələ siz 40 yaşını
"Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) sahibi Yevgeni Priqojin Uk
Hər yaşa uyğun dəriyə qulluq qaydaları. Əgər bu qaydalara əməl etməs�
"Bakı şəhərinin bu gün mərkəz hissələrində elə ərazilər var ki
ABŞ prezidenti Co Bayden Konqres tərəfindən daha əvvəl təsdiqlənən qanu
Son.az Kulis.az-a istinadən aktrisa Lütfiyyə Səfərova haqqında maraqlı fa