Ermənistanı manipulyasiya ilə məşğul olmağa deyil, danışıqlar masasına çağırırıq


Siyasət 21 Mar 2023 13:32:00 175 0

Ermənistanı manipulyasiya ilə məşğul olmağa deyil, danışıqlar masasına çağırırıq

Azərbaycan Ermənistanı beynəlxalq ictimai fikrin manipulyasiyası ilə məşğul olmağa deyil, danışıqlar masası arxasına qayıtmağa çağırır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov "France 24" telekanalına müsahibəsində deyib.

"Azərbaycan Ermənistanla beynəlxalq hüququn təməl norma və prinsiplərinə əsaslanan sülh sazişi imzalamağı təklif edib. Şübhəsiz, bu cür prinsiplərdən biri də bir-birinin ərazi bütövlüyünə, suverenliyə və beynəxalq səviyyədə qəbul edilmiş sərhədlərinin pozulmazlığına hörmətdir", - o deyib.

Elçin Əmirbəyov Azərbaycanın Ermənistanla mövcud çətinliklərin aradan qaldırılmasında, layihəsinin təqribən bir il bundan əvvəl İrəvana təqdim olunduğu sülh sazişinin imzalanması məqsədilə istənilən köməkliyi və yardımı qiymətləndirdiyini qeyd edib.

"ABŞ-nin səyləri çox müsbət qarşılanır, bu səylər sayəsində ABŞ-nin iki ölkənin nəhayət sülhə nail olmasına köməklik göstərməyə sadiqliyini təsdiq etmək məqsədilə dövlət katibi Blinken Prezident İlham Əliyevi və baş nazir Paşinyanı dəvət edərək Münxendə onların görüşünü təşkil etdi. Əlbəttə, daha bir iştirakçı var: bu, Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərliyi ilə Avropa İttifaqıdır, üçtərəfli Brüssel sülh platforması təşəbbüsü onun tərəfindən irəli sürülmüşdü. Qısa zaman çərçivəsində Prezident İlham Əliyev və baş nazir Paşinyan Brüsseldə dörd dəfə görüş keçirərək müəyyən müsbət nəticələr əldə etmişdilər", - o deyib.

Elçin Əmirbəyov ötən ilin noyabr ayından etibarən Ermənistanın sülh prosesinin müzakirəsi üçün yenidən görüşlər təşkil etmək istiqamətindəki bütün cəhdlərin qarşısını, təəssüf ki, aldığını qeyd edib.

"Sülh sazişinin təfərrüatlarını müzakirə etmək üçün Azərbaycan tərəfi ilə görüşmək əvəzinə onlar diplomatik yazışmalarla məşğul olur, layihəmizə şərhlərini poçtla göndərirlər. Düşünürəm ki, bütün diplomatlar razılaşarlar ki, fikir ayrılıqlarını yoluna qoymağın ən yaxşı yolu danışıqlar masası arxasına keçməkdir. Bu səbəbdən Ermənistanın beynəlxalq ictimai fikrin manipulyasiyası ilə məşğul olmaqdansa, danışıqlar masası arxasına keçəcəyinə ümid edir və onu buna çağırırıq. Laçın yolunda baş verənlər 2020-ci ilin noyabr ayında Prezident İlham Əliyev, Prezident Vladimir Putin və baş nazir Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatların müddəalarının Ermənistan tərəfindən pozulmasının nəticəsidir", - o deyib.

Müsahibənin tam videosunu oxucuların diqqətinə çatdırırıq:

Son.az 

Ukraynada 8 000dən çox dinc sakin həlak olub like
  • 21 Mar 13:31  
Dünya Ukraynada 8 000dən çox dinc sakin həlak olub

Rusiyanın hərbi təcavüzünün başlanmasından bəri BMT-nin İnsan Hüquqla

arrow Ətraflı
Tünd dərilər üçün xüsusi makiyaj like
  • 21 Mar 13:20  
Digərləri Tünd dərilər üçün xüsusi makiyaj

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri

arrow Ətraflı
Slovakiyanın neft emalı zavodunda Azərbaycan nefti emal ediləcək like
  • 21 Mar 13:13  
Digərləri Slovakiyanın neft emalı zavodunda Azərbaycan nefti emal ediləcək

Slovakiyanın Bratislava şəhərindəki MOL Group macar şirkətinə məxsus &q

arrow Ətraflı
ABŞla vuruşmaq üçün 1 milyondan çox insanın orduya yazıldığı açıqlanıb like
  • 21 Mar 13:11  
Dünya ABŞla vuruşmaq üçün 1 milyondan çox insanın orduya yazıldığı açıqlanıb

Şimali Koreya ABŞ ilə vuruşmaq üçün 1 milyon 400 mindən çox insanın or

arrow Ətraflı
Bir qızın baş hərfi üstündə amansız dava: "Tələb etdi ki, qəbiristanlıqda..." like
  • 21 Mar 13:00  
Kriminal Bir qızın baş hərfi üstündə amansız dava: "Tələb etdi ki, qəbiristanlıqda..."

Ağsu rayonunda 2005-ci il təvəllüdlü Araz şəxsi münasibətlər zəminind

arrow Ətraflı
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib like
  • 21 Mar 12:51  
Dünya Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Martın 20-də Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı (Aİ) da İran

arrow Ətraflı
Sabah Bakıda külək əsəcək, like
  • 21 Mar 12:43  
Digərləri Sabah Bakıda külək əsəcək,

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Bu vitamin sizə lazımdır? like
  • 21 Mar 12:40  
Digərləri Bu vitamin sizə lazımdır?

Müxtəlif yaş həddi olan insanlara vitamin vacibdir. Hələ siz 40 yaşını

arrow Ətraflı
“Vaqner”in başçısı Şoyqudan yardım istəyib like
  • 21 Mar 12:31  
Dünya “Vaqner”in başçısı Şoyqudan yardım istəyib

"Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) sahibi Yevgeni Priqojin Uk

arrow Ətraflı
20 və 40 yaşlı xanımlar üzünə eyni cür qulluq edə bilərmi? like
  • 21 Mar 12:20  
Digərləri 20 və 40 yaşlı xanımlar üzünə eyni cür qulluq edə bilərmi?

Hər yaşa uyğun dəriyə qulluq qaydaları. Əgər bu qaydalara əməl etməs�

arrow Ətraflı
Bakının bu hissəsində 1 sot torpaq 1 milyon AZNə satılır like
  • 21 Mar 12:15  
Digərləri Bakının bu hissəsində 1 sot torpaq 1 milyon AZNə satılır

"Bakı şəhərinin bu gün mərkəz hissələrində elə ərazilər var ki

arrow Ətraflı
"COVID19un mənşəyi araşdırılsın" like
  • 21 Mar 12:11  
Dünya "COVID19un mənşəyi araşdırılsın"

ABŞ prezidenti Co Bayden Konqres tərəfindən daha əvvəl təsdiqlənən qanu

arrow Ətraflı
Aktrisası olduğu teatrın qarderobunda işlədi, acınacaqlı halda dünyasını dəyişdi, like
  • 21 Mar 12:00  
Kriminal Aktrisası olduğu teatrın qarderobunda işlədi, acınacaqlı halda dünyasını dəyişdi,

Son.az Kulis.az-a istinadən aktrisa Lütfiyyə Səfərova haqqında maraqlı fa

arrow Ətraflı
Tramp həbs olunacaq? like
  • 21 Mar 11:51  
Dünya Tramp həbs olunacaq?

ABŞ-ın keçmiş prezidenti Donald Trampa Nyu-York məhkəməsində cinayət i�

arrow Ətraflı
Aromaterapiyanın faydası nədir? like
  • 21 Mar 11:40  
Digərləri Aromaterapiyanın faydası nədir?

Qoxunun insan psixikasına və fiziki vəziyyətinə təsiri qədim dövrlərdə

arrow Ətraflı