Aktrisası olduğu teatrın qarderobunda işlədi, acınacaqlı halda dünyasını dəyişdi,


Kriminal 21 Mar 2023 12:00:00 221 0

Aktrisası olduğu teatrın qarderobunda işlədi, acınacaqlı halda dünyasını dəyişdi,

Son.az Kulis.az-a istinadən aktrisa Lütfiyyə Səfərova haqqında maraqlı faktları təqdim edir.

Əslın Şuşadan olan Lütfiyyə Şamil qızı Səfərova 1942- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailənin tək övladı olub. Atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün Lütfiyyə xanımın qayğısını bibisi çəkib.

***

Lütfiyyə Səfərova əvvəlcə Asəf Zeynallı adına musiqi kollecinin vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Sonralar Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb.

Aktrisanın sənət kariyerası hələ 2-ci kursda oxuyarkən "Səndən mənə yar olmaz" musiqili komediyada oynadığı Təranə obrazı ilə başlayıb. Rəngarəng rollarla düz 44 il səhnəyə çıxıb. Son illərdə də maraqlı rolları ilə yadda qalıb. 2004-2005-ci illərdə "Volqalı canan", "92 dəqiqə gülüş", "Bankir adaxlı", "Talelər qovuşanda" tamaşalarında rol alıb.

***

Aktrisa bir qədər gec ailə qurub. Teatrda işləyən Rasim Dadaşzadə adlı şəxslə ailə quran aktrisanın Azər və Samir adlı iki oğlu dünyaya gəlib. Lütfiyyə xanım Samiri həmişə özü ilə qastrollara aparırmış. Bir müddət sonra aktrisa həyat yoldaşı ilə yollarını ayırır, övladlarını təkbaşına böyüdür. Rasim Dadaşzadə ondan sonra iki dəfə evlənir. Boşanmalarına baxmayaraq, Lütfiyyə xanım keçmiş qayınanası ilə qayınatasının qeydinə qalırmış.

***

Opera səsinə malik olması da aktirisanın tez bir zamanda şöhrət qazanmasına səbəb olub. 60-cı illərin əvvəllərində Musiqili Komediya Teatrında vokalçı aktirisalar azlıq təşkil edirdi. Məhz belə bir zamanda Lütfiyyə Səfərovanın teatra gəlişi truppanın gücləməsinə səbəb oldu.

Musiqili Komediya Teatrında "Məşədi İbad"da Gülnaz, "Gözün aydın"da Leyla, "Özmüz bilərik"də Lalə, "Ev bizim, sirr bizim"də Çiçək, "Ulduz"da Ulduz, "Sevindik qız axtarır"da Nazik, "Qaynana"da Afət, "Nənəmin şahlıq quşu"nda Nazlı, "Məmmədəli kurorta gedir"də Xurşud, "Arşın mal alan"da Asya, "Milyonçunun dilənçi oğlu"nda qonşu qız, "Olmadı elə, oldu belə"də Gülnar obrazları ilə tamaşaçıların rəğbətini qazanıb.

1965- ci ildə isə o, Kreml Teatrı tərəfindən dəvət alsa da, ölkəsini və yaxınlarını atıb getməyə ürək etmir. Lakin, sonralar ona qarşı olan diqqətsizliyə dözməyib deyir: "İncinin qiymətini zamanında verməkdə acizlik göstərdilər".

***

Sənət dostları deyir ki, Lütfiyyə xanım ömrünün sonuna qədər ümidlə nə vaxtsa ona da fəxri ad verəcəkləri günü gözləyib. Şan-şöhrət naminə yox, qədir-qiymət üçün istəyib bu adı. Çox təəssüf ki, aktirisa haqqı olan qiyməti ala bilməyib.

"Şirbalanın ilk məhəbbəti" adlı tamaşada Nazlı obrazı ilə yadda qalan Lütfiyyə Səfərova birotaqlı mənzildə oğlu, qızı və gəlini ilə birgə yaşayıb. O, 65 yaşı tamam olarkən verdiyi müsahibəsində deyir: "65 yaşım tamam olacaq. Hələ heç bir fəxri adla təltif olunmamışam. Heç prezident təqaüdü də almıram. Bu gün-sabah həyatdan köçəcəm, hələ də mənimlə maraqlanan yoxdur. Aldığım maaşı ancaq dərmanlarım üçün xərcləyirəm. Hərdən teatra getmək üçün yolpulu ehtiyacım yaranır. Sıxıntılarımı evdə gizlətməyə çalışıram. Çünki ailə üzvlərimin də qazancı ürəkaçan deyil".

***

Aktrisaya qarşı diqqətsizlik o həddə çatıb ki, 44 illik səhnə fəaliyyətindən sonra ömrünün ahıl çağlarında vaxtilə canını fəda etdiyi teatrın qardirobunda işləməli olub. Bir müddət sonra Lütfiyyə Səfərova tamamilə teatrdan və səhnədən uzaqlaşıb, evinə qapanıb.

Lakin elə səhnədən ayrıldığı gündən, aldığı psixoloji zərbənin təsirindən yatağa düşür. Ömrünün son 3 ayında onun yanında Emeliya Xələfbəyova adlı qohumundan başqa kimsə olmayıb. Lütfiyyə Səfərovanın əsəblərinin pozulmasının digər səbəbləri isə şəxsi həyatındakı uğursuzluqlarla bağlı idi. Oğlanlarının hər ikisinin ailələrinin dağılması, böyük oğlunun ölkə xaricinə köçməsi və orda əcnəbi qadınla evlənməsi Lütfiyyə xanımın xiffətini artırır.

***

Emeliya xanım deyir ki, aktrisa yatağa düşəndən sonra tamamilə unuduldu: "Son günlərində o, artıq yaddaşını itirmişdi. Lütfiyyənin səmimi dost münasibəti göstərdiyi, qayğısına qaldığı sənət yoldaşları da onu yada salmadılar. O, boyda teatr kollektivindən yalnız hərdənbir Atabala Səfərov, Kubra Əliyeva, Novruz Qartal, Hacıbaba Bağırovun yoldaşı Arzu xanım onu yoxlamağa gəlirdilər".

Uzun sürən xəstəlikdən sonra aktrisa 2010-cu il martın 1-də 68 yaşında dünyasını dəyişir. Onun dəfn mərasiminə nazirlikdən, teatrın məsul şəxslərindən heç kim gəlmir. Ölümü heç kimi maraqlandırmır. Dəfn üçün yer belə verilmir. Aktrisa anası ilə bir qəbirdə dəfn olunur.

Son.az 

Tramp həbs olunacaq? like
  • 21 Mar 11:51  
Dünya Tramp həbs olunacaq?

ABŞ-ın keçmiş prezidenti Donald Trampa Nyu-York məhkəməsində cinayət i�

arrow Ətraflı
Aromaterapiyanın faydası nədir? like
  • 21 Mar 11:40  
Digərləri Aromaterapiyanın faydası nədir?

Qoxunun insan psixikasına və fiziki vəziyyətinə təsiri qədim dövrlərdə

arrow Ətraflı
ABŞ dövlət katibi Novruz bayramı münasibəti ilə paylaşım edib like
  • 21 Mar 11:31  
Dünya ABŞ dövlət katibi Novruz bayramı münasibəti ilə paylaşım edib

Dünyada Novruzu qeyd edən hər kəsi təbrik edirəm.

arrow Ətraflı
100 milyon dollar ianə edən can Azərbaycana təşəkkür edirik like
  • 21 Mar 11:23  
Siyasət 100 milyon dollar ianə edən can Azərbaycana təşəkkür edirik

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycana təşəkkür ed

arrow Ətraflı
Qadınlarda kişi tipli saç tökülməsi nədir? like
  • 21 Mar 11:20  
Digərləri Qadınlarda kişi tipli saç tökülməsi nədir?

Qadınlarda kişi tipli saç tökülməsi tibbi dildə Androgenetik alopesiya ki

arrow Ətraflı
“Dördtərəfli görüşün tarixi razılaşdırılır” like
  • 21 Mar 11:11  
Siyasət “Dördtərəfli görüşün tarixi razılaşdırılır”

Rusiya Türkiyə, Suriya və İranla XİN rəhbərlərinin müavinlərinin dörd

arrow Ətraflı
Əri Rusiyada olan qadının şok əməli: like
  • 21 Mar 11:00  
Kriminal Əri Rusiyada olan qadının şok əməli:

Şəmkir rayonunda 1988-ci il təvəllüdlü Fatma ailə münaqişəsi zamanı h

arrow Ətraflı
Naxçıvanda 8 nəfər qidadan zəhərlənib like
  • 21 Mar 10:53  
Digərləri Naxçıvanda 8 nəfər qidadan zəhərlənib

Naxçıvan şəhərində qidadan kütləvi zəhərlənmə qeydə alınıb.

arrow Ətraflı
Qasırğa bu ölkədə onlarla can aldı: Səkkiz vilayətdə like
  • 21 Mar 10:42  
Dünya Qasırğa bu ölkədə onlarla can aldı: Səkkiz vilayətdə

Peruda tropik "Yaku" qasırğasının yaratdığı daşqınlar nətic�

arrow Ətraflı
Parisdə pensiya islahatına etiraz edən like
  • 21 Mar 10:31  
Dünya Parisdə pensiya islahatına etiraz edən

Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı təşkil edilən etira

arrow Ətraflı
Rayonlara turist axını var like
  • 21 Mar 10:20  
Digərləri Rayonlara turist axını var

Novruz bayramında bölgələrə turist axını müşahidə edilir. Hotellərdə

arrow Ətraflı
Məşhur aparıcı sürücüləri TƏHQİR ETDİ: "Eşşəklər..." like
  • 21 Mar 10:09  
Şou-biznes Məşhur aparıcı sürücüləri TƏHQİR ETDİ: "Eşşəklər..."

Aparıcı Hüsniyə Məhərrəmli sosial şəbəkə paylaşımı ilə gündəmə

arrow Ətraflı
Bakıda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib like
  • 21 Mar 09:58  
Digərləri Bakıda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Bakı şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı

arrow Ətraflı
Nüşabə Ələsgərli qızına tikdirdiyi villanı göstərdi like
  • 21 Mar 09:47  
Şou-biznes Nüşabə Ələsgərli qızına tikdirdiyi villanı göstərdi

Əməkdar artist Nüşabə Ələsgərli yeni tikdirdiyi bağ evində "Evdə

arrow Ətraflı
Azərbaycanla Avropa Şurası arasında daha bir sənəd imzalandı like
  • 21 Mar 09:39  
Siyasət Azərbaycanla Avropa Şurası arasında daha bir sənəd imzalandı

Azərbaycan Avropa Şurasının (AŞ) "Terrorçuluğun qarşısının alın

arrow Ətraflı