Azərbaycanla Avropa Şurası arasında daha bir sənəd imzalandı
Siyasət 21 Mar 2023 09:39:00 299 0
Azərbaycan Avropa Şurasının (AŞ) "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının Əlavə Protokolunu imzalayıb.
Son.az "Report"a istinadən xəbər verir ki, protokol Strasburqda Avropa Şurasının mənzil qərargahında ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov və Avropa Şurasının Baş katibinin müavini Byorn Berqenin iştirakı ilə imzalanıb.
AŞ-nin "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyanın Əlavə Protokolu terrorçuluq məqsədilə birlik və ya qrupda iştirak etmək, terror təliminə cəlb olunmaq, terrorçuluq məqsədi ilə xaricə səfər etmək və ya belə məqsədli səfəri təşkil etmək və maliyyələşdirməyi cinayət əməli kimi müəyyən edir, həmçinin sürətli məlumat mübadiləsini asanlaşdıran sutkada 24 saat fəaliyyət göstərən milli əlaqələndiricilər şəbəkəsinin yaradılmasını nəzərdə tutur.
Müvafiq dövlətdaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra, bu Əlavə Protokol, onun 10-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minəcək və ölkəmizin terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlığa əlavə töhfə verməsinə xidmət edəcək.
Son.az
Böyük Britaniyanın "BBC" Yayım Korporasiyası öz işçilərinə m
Türkiyənin məşhur ulduzu Sibel Can növbəti dəfə Bakıya gəlib.
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqları
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 165 610-
"Beh o vaxt qaytarıla bilər ki, problem mən tərəfdən olsun, əks hald
Son.az Lent.az-a istinadən bir zamanlar "seks simvol" olan, Koroleva
Uzun müddətdir efirə çıxmayan müğənni Samir Bağırovun yeni görüntüs
Qara dəniz üzərində ABŞ-ın MQ-9 Reaper PUA-sına toxunaraq, onun dənizə
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Ətir qoxusu sağlam insanda psixi pozğunluq yarada bilməz.
Builki Novruz bayramı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Ta
Qadınların necə tip kişiləri, eləcə də kişilərin necə tip qadınları
İngiltərədə yaşayan tanınmış ilahiyyatçı alimin son addımı sosial me