Etirazçılar şərəfli missiyalarını 100 gündür davam etdirirlər


Digərləri 21 Mar 2023 09:07:00 173 0

Etirazçılar şərəfli missiyalarını 100 gündür davam etdirirlər

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının 100-cü günüdür.

Son.az xəbər verir ki, ötən ilin dekabrın 12-də başlayan aksiya fasiləsiz olaraq davam edir.

Bu müddət ərzində ekofəallar yolun hər iki tərəfində hərəkətə heç bir maneə törətmədən sivil şəkildə öz tələblərini irəli sürür və dünya ictimaiyyətinə çağırışlar edirlər.

Gün ərzində yoldan Rusiya sülhməramlılarına və ya Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus onlarla avtomobil keçid edir və dinc aksiyanın iştirakçıları həmin avtomobillərin maneəsiz hərəkətinə tam şərait yaradırlar.

Ekofəallar bununla da dünya ictimaiyyətinə çatdırırlar ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır və yolun guya bağlandığını iddia edən erməni mətbuatının yaydığı informasiyalar saxta və əsassızdır.

Heç şübhəsiz ki, erməni mətbuatında yer alan bu saxta məlumatlar Azərbaycanın əleyhinə hesablanmış növbəti avantüradır.

Onların bu çirkin kampaniyalarına baxmayaraq, Xankəndi-Laçın yolunda sərbəst hərəkət edən hər bir nəqliyyat vasitəsinin maneəsiz keçidi yolun humanitar məqsədlər üçün açıq olmasına sübutdur.

100 gündür yüksək əhval-ruhiyyə ilə dinc aksiya keçirən ekofəallar müxtəlif şüarlar vasitəsilə etirazlarını bildirirlər. Dinc aksiyanın iştirakçıları bu müddət ərzində bəzi vaxtlarda havanın qarlı, şaxtalı və soyuq olmasına baxmayaraq, öz şərəfli missiyalarını davam etdiriblər və bu missiyanı bu gün də davam etdirməkdədirlər.

Onlar üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır və şüarlar səsləndirərək ilk gündən olduğu kimi dəyişməz tələblərini irəli sürürlər.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.

Beləliklə, etirazçılar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

"Qapıya papaq atmayın" like
  • 21 Mar 07:12  
Şou-biznes "Qapıya papaq atmayın"

"Mən sənətə gələndə nə TikTok, nə instaqram var idi. Bu gün çoxu

arrow Ətraflı
Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000i ötüb like
  • 21 Mar 05:24  
Dünya Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000i ötüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 165 610-

arrow Ətraflı
“Çəkisi çox olan xanımlar ailə həyatı qurmalı deyillər?” like
  • 21 Mar 03:16  
Şou-biznes “Çəkisi çox olan xanımlar ailə həyatı qurmalı deyillər?”

"Beh o vaxt qaytarıla bilər ki, problem mən tərəfdən olsun, əks hald

arrow Ətraflı
Rusiyanın “seks simvol”u, homoseksual dostundan uşaq doğan Koroleva like
  • 21 Mar 01:49  
Şou-biznes Rusiyanın “seks simvol”u, homoseksual dostundan uşaq doğan Koroleva

Son.az Lent.az-a istinadən bir zamanlar "seks simvol" olan, Koroleva

arrow Ətraflı
Samir Bağırovun yeni görüntüsü yayıldı like
  • 21 Mar 01:14  
Şou-biznes Samir Bağırovun yeni görüntüsü yayıldı

Uzun müddətdir efirə çıxmayan müğənni Samir Bağırovun yeni görüntüs

arrow Ətraflı
Rus qırıcısı “Bayraqdar”a hücum etdi, bacarmadı like
  • 21 Mar 00:31  
Dünya Rus qırıcısı “Bayraqdar”a hücum etdi, bacarmadı

Qara dəniz üzərində ABŞ-ın MQ-9 Reaper PUA-sına toxunaraq, onun dənizə

arrow Ətraflı
Günün qoroskopu: Təcili ivə orijinal həll tələb olunduğu bu gündə planlar qurmaq çətindir like
  • 21 Mar 00:01  
Digərləri Günün qoroskopu: Təcili ivə orijinal həll tələb olunduğu bu gündə planlar qurmaq çətindir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bu ətirlərin psixi pozğunluq yaratdığını like
  • 20 Mar 23:59  
Digərləri Bu ətirlərin psixi pozğunluq yaratdığını

Ətir qoxusu sağlam insanda psixi pozğunluq yarada bilməz.

arrow Ətraflı
Füzulidə ilk yaşayış məhəlləsi nə vaxt hazır olacaq? like
  • 20 Mar 23:53  
Digərləri Füzulidə ilk yaşayış məhəlləsi nə vaxt hazır olacaq?

Builki Novruz bayramı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Ta

arrow Ətraflı
Qadınların sevdiyi kişilər like
  • 20 Mar 23:47  
Digərləri Qadınların sevdiyi kişilər

Qadınların necə tip kişiləri, eləcə də kişilərin necə tip qadınları

arrow Ətraflı
Tanınmış ilahiyyatçı SİÇAN ZƏHƏRİ İÇDİ: like
  • 20 Mar 23:41  
Dünya Tanınmış ilahiyyatçı SİÇAN ZƏHƏRİ İÇDİ:

İngiltərədə yaşayan tanınmış ilahiyyatçı alimin son addımı sosial me

arrow Ətraflı
DİQQƏT! Bu xəstəliklər psixologiyaya təsir edir like
  • 20 Mar 23:35  
Digərləri DİQQƏT! Bu xəstəliklər psixologiyaya təsir edir

Nyu-York Universitetinin mütəxəssisləri diabet, diş itkisi ilə insan psixo

arrow Ətraflı
Mələkxanımın qızı AzTVdə like
  • 20 Mar 23:29  
Şou-biznes Mələkxanımın qızı AzTVdə

Xalq artisti Mələkxanım Eyubovanın rəssam qızı Nəzrin Nəcəfzadə AzTV-

arrow Ətraflı
Şarl Mişel Novruz bayramı ilə bağlı paylaşım edib like
  • 20 Mar 23:24  
Siyasət Şarl Mişel Novruz bayramı ilə bağlı paylaşım edib

Baharın başlanğıcı bu çətin vaxtlarda daha çox ehtiyac duyduğumuz yeni

arrow Ətraflı
Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir like
  • 20 Mar 23:12  
Digərləri Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir

Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı göz

arrow Ətraflı