Rasmussenin “Laçın yolu” açıqlamasından erməni konyakının “qoxusu” gəlir
Siyasət 16 Mar 2023 11:34:00 277 0
Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmaq üçün hər gün yeni addımlar atır. Baş nazir Nikol Paşinyan bir müddət əvvəl KTMT sammitində yekun bəyanata imza atmaqdan imtina etmişdi. Həmçinin Paşinyan Rusiyanın etirazlarına rəğmən Avropa İttifaqı (Aİ) mülki missiyasının Ermənistanda yerləşdirilməsinə nail oldu. Daha sonra Paşinyan, mətbuat konfranslarının birində Ermənistanın KTMT təlimlərində iştirak etməyəcəyini açıqlamışdı. Rəsmi İrəvan Təşkilatda baş katibin müavini vəzifəsindən də imtina edib. Ötən gün isə Paşinyan KTMT-nın Ermənistandan çıxmaq üzrə olduğunu elan etdi.
Bu xəbəri də oxu: Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib SƏRƏNCAM
Rasmussen Paşinyanın xəyanət planının baş rolunda
Göründüyü kimi, Nikol Paşinyan Ermənistanın KTMT-dan çıxma prosesini xüsusi ssenari üzrə həyata keçirir.
Bəs ona bu ideyaları kim verir?
Məlumdur ki, Paşinyanın KTMT-dan çıxdıqdan sonra üz tutacağı hərbi blok NATO-dur. Bu səbəbdən Ermənistan rəhbərliyinə Rusiyanın nəzarət etdiyi təşkilatla əlaqələri kəsməklə bağlı "dərsləri" NATO-nun mütəxəssisləri keçir. Əsas "müəllim" isə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussendir. Anders Foq Rasmussenin qısa tərcümeyi-halına nəzər salaq: Danimarka siyasətçisi, 2009-2014-cü illərdə NATO-nun baş katibi vəzifəsində çalışıb. 27 noyabr 2001-ci ildən 5 aprel 2009-cu ilədək isə Danimarkanın baş naziri olub. O, "Rasmussen Qlobal" siyasi konsaltinq təşkilatının təsisçisidir. Rasmussenin təkilatının Avropanın bir neçə ölkəsində ofisi var. Anders Foq Rasmussen təhlükəsizlik məsələləri üzrə konsaltinq xidməti həyata keçirir. "Rasmussen Qlobal" 2016-cı ildə Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya təhlükəsizliklə bağlı məsləhətlər verib.
Rasmussen indi də Paşinyana KTMT-dan canını qurtarmaqla, həmçinin NATO strukturlarının Ermənistanda möhkəmlənməsi üçün ideyalar verir. Rəsmi İrəvan da Rasmussenin səfəri ilə bağlı yaydığı açıqlamada, onun NATO-Ermənistan əlaqələrinin perspektivlərini müzakirə etmək üçün gəldiyini vurğulayıb. Sitat: "NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen Ermənistanda iki günlük rəsmi səfərdə olub. O, Ermənistanla NATO arasındakı əlaqələrin mövcud vəziyyətini və perspektivlərin müzakirə edib".
Hadisələrin gedişi göstərir ki, Rusiya Ermənistandan bu xəyanətkar davranışlarının qisasını çox sərt şəkildə alacaq. İndi ala bilmir. Çünki başı Ukrayna müharibəsinə qarışıb.
Rasmussenin "Laçın yolu" açıqlamasından erməni konyakının qoxusu gəlir
Anders Foq Rasmussen Ermənistana səfəri zamanı Paşinyanın Rusiyaya xəyanət planının ideoloqu kimi çıxış etməklə yanaşı, Azərbaycan əleyhinə verdiyi açıqlamalarla da diqqət çəkib. Rasmussen martın 14-də Cermukda jurnalistlərlə söhbətində Laçın yolunun "blokada"sından danışıb, hətta Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməkdən belə çəkinməyib. O bildirib ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, Qarabağı "blokada"da saxlayır, Avropa İttifaqı Bakıya təzyiqləri artırmalıdır. Rasmussenin KTMT məsələsində Paşinyanla hansı formada sövdələşməsi, İrəvanın Moskvaya xəyanəti Ermənistanın daxili işidir.
Keçmiş baş katibin Azərbaycan əleyhinə verdiyi açıqlamaları göstərir ki, o, Ermənistana yalnız KTMT məsələsinə görə gəlməyib. Rasmussenin hədəfində Rusiya ilə yanaşı Azərbaycan da var.
Bəs Rasmussen niyə Azərbaycanın haqq işini hədəf seçib?
Məlumdur ki, erməni lobbisi əvvəllər də avropalı rəsmiləri rüşvət qarşılığında asanlıqla ələ alıb. Avroparlamentin keçmiş vitse-prezidenti Eva Kailinin və digər deputatların erməni lobbisi ilə əlaqələri, həmçinin Azərbaycan əleyhinə verdikləri açıqlamalar buna sübutdur. Keçmiş NATO rəsmisinin Azərbaycanla bağlı açıqlamalarından da Ermənistanın "Konyak diplomatiyası"nın qoxusu gəlir. Çox ehtimal Rasmussen Ermənistana göndərilərkən o, təkcə KTMT ilə bağlı deyil, həm də Azərbaycan barədə təlimat alıb, üzərinə missiya götürüb. Rasmussen də konyakın qoxusunu alan kimi NATO dəyərlərini 3-5 avroya satıb, düşüb erməni lobbisinin "cibinə".
Ümumilikdə Azərbaycanın Qarabağla bağlı qərarlarına Rasmussenin verdiyi bəyanatların heç bir təsiri olmayacaq. Bu günə qədər erməni lobbisinin təsiri altında olan Avropa ParlamentiAzərbaycan əleyhinə onlarla qətnamə qəbul edib. Rasmussenin bəyanatı da Avropaparlamentin qəbul etdiyi qətnamələr kimi təsirsizdir.
TREND
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayacaqmı?
Bakıda məşhur influenserlər Həmidə Hacıyeva və Banu Allahverdinin başı
Bakıda kafedə musiqi sifarişi üstündə baş verən davada ölən və xəsar
Fars molla rejiminin Azərbaycana qarşı çirkin kampaniyası, təxribatları
"Həyat yoldaşımdan boşandım, daha sonra o, dünyasını dəyişdi. Gə
BMT nümayəndələri Füzuli Beynəlxalq Hava Limanına endikdən sonra erməni
Azərbaycanda iqtisadiyyatın diversifikasiyası sektorunun inkişafı üçün p
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə
Xəbər verdiyimiz kimi, Türkiyədə zəlzələnin olduğu Şanlıurfa və Adı
Heydər Əliyev tanrının Azərbaycan xalqına bəxş etdiyi əvəzedilməz lid
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazi
Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
"Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik edilir.
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və resto