Qərbi Azərbaycan İcması Fransaya çağırış etdi:
Siyasət 16 Mar 2023 10:28:00 276 0
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan bu addımları beynəlxalq sülhə və təhlükəsizliyə təhdid törətdiyi üçün onun aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin üzərinə böyük vəzifə düşür.
Bu xəbəri də oxu: İlham Əliyev: Azərbaycanın Türkiyənin yanında olmağından böyük qürur hissi duyuruq
Son.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əksini tapıb.
Bəyanatda, həmçinin bildirilir: "Bir sıra ölkələr vardır ki, onlar öz milli praktikaları, beynəlxalq hüquqa zidd davranışları və ikili standartları ilə Ermənistanı irqi ayrı-seçkilik siyasətinə daha da həvəsləndirirlər. Bu davranış təəssüflə qeyd edilməlidir. Belə ölkələrdən biri Fransadır. Fransanın etnik və dini azlıqlara qarşı dözümsüz siyasəti ciddi narahatlıq doğurur. Çoxlu sayda müxtəlif etnik və dini azlıqların yaşadığı Fransanın ümumiyyətlə, milli azlıqların hüquqlarını tanımaması, onlara qarşı repressiv aktları, Avropa Şurasının Mili Azlıqlar haqqında Çərçivə Konvensiyasına qoşulmaqdan imtina etməsi kütləvi hüquq pozuntusundan əziyyət çəkmiş olan İcmamızı ciddi narahat edir.
Fransa açıq-aşkar monoetnik cəmiyyətə nail olmağı hədəfləyib. Bu baxımdan Fransanın etnik təmizləmə yolu ilə monoetnik vəziyyətə nail olmuş Ermənistanın insan hüquqlarına zidd bütün davranışlarına dəstək verməsinin səbəbləri aydın olur. Özünü "insan hüquqları ölkəsi" adlandıran Fransanın bizim hüquqlarımız barədə bir dəfə də olsun mövqe bildirməməsi Ermənistanın etnik təmizləmə siyasətinə dəstəkdən başqa bir şey deyil. Eyni şəkildə, Fransa Ermənistan ərazisində Azərbaycan mədəni irsinin dağıdılması, oraya UNESCO-nun faktaraşdırıcı missiyasının göndərilməsi məsələsi ilə bağlı edilmiş müraciətləri görməzdən gəlir.
Fransa bu azmış kimi, ərazisində çoxlu sayda etnik azlıqların qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycana təzyiq etməyə və Ermənistanın ərazi iddialarına haqq qazandırmağa çalışır.
Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış yanaşması seçib. Bir daha vurğulamaq istərdik ki, beynəlxalq zəmanət və verifikasiya mexanizmləri altında təhlükəsiz və ləyaqətlə geri qayıtmaq bizim əzəli və təməl haqqımızdır. Bizim geri qayıtmaq hüququmuz mütləqdir və müzakirə mövzusu deyil. Biz İcma olaraq bu hüququmuzu sülh və dialoq yolu ilə reallaşdırmaqda qərarlıyıq. Beynəlxalq ictimaiyyətin bizim bu hüququmuzun reallaşdırmasına dəstək verməsi insan hüququnun aliliyinin və sülhün bərqərar edilməsi üçün zəruridir.
Fransaya çağırış edirik ki, öz ərazisindəki milli və dini azlıqlara qarşı ayrı-seçkilik siyasətinə son versin, dərhal Avropa Şurasının Mili Azlıqların Qorunması haqqında Çərçivə Konvensiyasına qoşulsun və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz öhdəliyini yerinə yetirib Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmalarının təmin edilməsinə dəstək versin".
Xəbər verdiyimiz kimi, Türkiyədə zəlzələnin olduğu Şanlıurfa və Adı
Heydər Əliyev tanrının Azərbaycan xalqına bəxş etdiyi əvəzedilməz lid
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazi
Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
"Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik edilir.
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və resto
Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadə yol-nəqliyyat
Bəzi sosial media platformalarında İraqın şimalında Türkiyə Silahlı Qü
Türkiyəli aktyor Çağatay Ulusoyun keçmiş sevgilisi aktrisa Duyğu Sarış�
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
İnsult xəstəliyinə qarşı öncədən nə qədər tez müalicə alınıb, t�
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
BMT nümayəndələrinin olduğu təyyarə Füzuli hava limanına eniş edib.
Mütəxəssislər deyirlər ki, çəkiyə nəzarət etsəniz və sağlam həyat