"Ermənilərin Gürcüstanda milli zəmində münaqişə yaratmaq planlarının qarşısını Heydər Əliyev aldı"
Siyasət 16 Mar 2023 10:06:00 246 0
Heydər Əliyev tanrının Azərbaycan xalqına bəxş etdiyi əvəzedilməz liderdir. Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycanın varlığından söhbət gedə bilməzdi. Ulu öndər Azərbaycan dövlətini və xalqını xilas etdi, ölkəmizi məhv olmaqdan qorudu. Azərbaycan xalqı bu əvəzsiz xidmətlərinə görə Heydər Əliyevə əbədi minnətdardır.
Bu xəbəri də oxu: Azərbaycan XİN ABŞdəki hücumu pislədi
Bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində təhlükəsizlik orqanlarının və 1-ci Qarabağ müharibəsinin veteranı, polkovnik Telman Budaqov bildirib.
O, əlavə edib ki, 90-cı illərin əvvəllərində xarici xüsusi xidmət orqanları Azərbaycanda ciddi təxribat pozuculuq fəaliyyəti ilə məşğul idi.
"Milli məsələləri qaldırırdılar, cənubda, şimalda separatçılıq alovladırılırdı. Bir tərəfdən də erməni təcüvüzü. Daxildə siyasi çəkişmələr, iqtisadi tənəzzül mövcud idi. Bütün bunlar çox təhlükəli proseslər idi. Belə bir ziddiyyətli məqamda Heydər Əliyev hakimiyyətə gəldi və ölkəni bu bəlalardan xilas etdi. Ulu öndərin qətiyyəti, siyasi təcrübəsi xarici xüsusi xidmət orqanlarının planlarını pozdu. Dövlət çevrilişinə cəhdlərin də qarşısı peşəkarlıqla alındı. Heydər Əliyevdən başqa ikinci bir şəxs bu çətin işin öhdəsindən gələ bilmərdi", - deyə o, əlavə edib.
Telman Budaqov qeyd edib ki, Heydər Əliyev sabitlik və təhlükəsizliyi yaratdıqdan sonra iqtisadi inkişafın əsasını qoydu:
"Neft müqavilələri çox ağır dövrdə imzalandı. İqtisadi inkişaf artdıqca ordu quruculuğu lazımi səviyyəyə qaldırıldı. Heydər Əliyevin təməlini qoyduğu güclü ordumuz sonrakı illərdə daha da gücləndi və biz Qarabağ Zəfərini qazandıq", - deyə o, əlavə edib.
Polkovnik xüsusilə vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycanın yox, həmin dövrdə qonşu Gürcüstanın da problemlərinin həllində yaxından iştirak edib.
"Gürcüstanın dövlət orqanlarında yüksək vəzifələr tutanların əksəriyyəti milliyyətcə erməni idi. Həmin ermənilər çalışırdılar ki, Gürcüstanda yaşayan azərbaycanlıları qovsunlar. Müxtəlif təzyiqlər, təxribatlar hazırlanırdı. Ermənilər istəyirdi ki, milli zəmində münaqişə yaransın. Hətta bəzi azərbaycanlılar Gürcüstandan köç edirdi. Bu prosesin də qarşısını birbaşa Heydər Əliyev aldı. Onun Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze ilə şəxsi dostluğu sayəsində bu təhlükələr dəf edildi. Bundan başqa, Gürcüstan dövlət qurumları tədricən ermənilərdən təmizləndi, milliləşdi. Bütün bunlar Heydər Əliyevin Azərbaycan və gürcü xalqları qarşısında müstəsna xidmətləridir".
Xəbərə aid video
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazi
Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
"Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik edilir.
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və resto
Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadə yol-nəqliyyat
Bəzi sosial media platformalarında İraqın şimalında Türkiyə Silahlı Qü
Türkiyəli aktyor Çağatay Ulusoyun keçmiş sevgilisi aktrisa Duyğu Sarış�
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
İnsult xəstəliyinə qarşı öncədən nə qədər tez müalicə alınıb, t�
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
BMT nümayəndələrinin olduğu təyyarə Füzuli hava limanına eniş edib.
Mütəxəssislər deyirlər ki, çəkiyə nəzarət etsəniz və sağlam həyat
Martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il tə