Azərbaycanda 120 milyon dollarlıq yeni proqrama start veriləcək
Siyasət 16 Mar 2023 10:37:00 309 0
Azərbaycanda iqtisadiyyatın diversifikasiyası sektorunun inkişafı üçün peşə təhsili və təliminin modernizasiyası proqramının 2023-cü ilin birinci yarısında təsdiq olunması planlaşdırılır.
Bu xəbəri də oxu: İlham Əliyev: Azərbaycanın Türkiyənin yanında olmağından böyük qürur hissi duyuruq
Bu barədə Trend-ə müsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan deyib.
Makdeyqanın sözlərinə görə, 2022-ci ildə AİB iqtisadiyyatın diversifikasiyası sektorunun inkişafı üçün modernizasiya proqramının hazırlığına 750 000 dollar dəyərində texniki yardım qrantını təsdiqləyib.
"Təklif edilən proqram Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası üzrə səylərini dəstəkləməyə yönəlib. Bu, peşə təhsili və təliminin ölkənin əmək bazarına və 4-cü sənaye inqilabına uyğunluğunu artırmaq yolu ilə əldə olunacaq",- o deyib.
Makdeyqan bildirib ki, proqram üçün 120 milyon dollar dəyərində borc və 30 milyon dollar dəyərində layihə borcu ayrılıb. Onun sözlərinə görə, bu, peşə təhsilini yaxşılaşdırmağa və daha inklüziv etməyə, keyfiyyəti və aktuallığı artırmağa, habelə onun institusional çərçivələrini möhkəmləndirməyə kömək edəcək.
Onun bildirdiyinə görə, proqramın yaxın gələcəkdə AİB-in Direktorlar Şurası tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Bu günədək AİB Azərbaycana dövlət sektoru üçün ümumilikdə 3,7 milyard dollar dəyərində 65 borc, qrant və texniki yardım ayırıb. Azərbaycana kreditlər üzrə toplam ödənişlər 3,93 milyard dollar təşkil edir. Bunlar müntəzəm və güzəştli adi kapital resursları hesabına maliyyələşdirilib. AİB-in Azərbaycanda cari suveren portfeli 856,8 milyon dollar dəyərində 2 kredit və 1 suveren təminat təşkil edir.
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə
Xəbər verdiyimiz kimi, Türkiyədə zəlzələnin olduğu Şanlıurfa və Adı
Heydər Əliyev tanrının Azərbaycan xalqına bəxş etdiyi əvəzedilməz lid
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazi
Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
"Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik edilir.
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və resto
Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadə yol-nəqliyyat
Bəzi sosial media platformalarında İraqın şimalında Türkiyə Silahlı Qü
Türkiyəli aktyor Çağatay Ulusoyun keçmiş sevgilisi aktrisa Duyğu Sarış�
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
İnsult xəstəliyinə qarşı öncədən nə qədər tez müalicə alınıb, t�
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
BMT nümayəndələrinin olduğu təyyarə Füzuli hava limanına eniş edib.