BMT nümayəndələri Füzulidə
Siyasət 16 Mar 2023 10:39:00 365 0
BMT nümayəndələri Füzuli Beynəlxalq Hava Limanına endikdən sonra ermənilərin işğal müddətində törətdikləri dağıntılarla tanış olmaları üçün şəhərin mərkəzinə aparılıblar.
Bu xəbəri də oxu: Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib SƏRƏNCAM
Bu barədə Trend-in Füzuliyə ezam olunmuş müxbiri xəbər verir.
Dağıntıların hərbi əməliyyatların deyil, planlı qarətin nəticəsi olduğu qonaqların nəzərinə çatdırılıb. Ermənilər tərəfindən törədilmiş vandalizmi və azərbaycanlı qəbirlərinin təhqir olunmasını təsdiqləyən çoxlu sayda faktlar nümayiş olunub.
Ziyarətçilər işğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı tikinti və bərpa işləri barəsində, xüsusən Özbəkistan və Qazaxıstan hökumətlərinin dəstəyi ilə inşa edilməkdə olan ümumi təhsil müəssisəsi və incəsənət məktəbi haqqında məlumatlandırılıblar.
Qonaqlar Füzuli şəhərinin mərkəzi ilə tanış olduqdan sonra Ağdama yola düşüblər.
Xatırladaq ki, bu gün Ağdamda Azərbaycan hökuməti ilə BMT-nin ölkədə fəaliyyət göstərən sistemi arasında yüksək səviyyəli strateji məsləhətləşmələr keçirilir. Tədbirdə 35-dən çox dövlət rəsmisi və BMT nümayəndələri iştirak edir. Tədbir Azərbaycanın davamlı inkişaf məqsədlərinə nail olunmasının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin rolu, humanitar yardım, ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər istiqamətlərinə həsr olunub.
Azərbaycanda iqtisadiyyatın diversifikasiyası sektorunun inkişafı üçün p
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə
Xəbər verdiyimiz kimi, Türkiyədə zəlzələnin olduğu Şanlıurfa və Adı
Heydər Əliyev tanrının Azərbaycan xalqına bəxş etdiyi əvəzedilməz lid
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazi
Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
"Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik edilir.
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və resto
Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadə yol-nəqliyyat
Bəzi sosial media platformalarında İraqın şimalında Türkiyə Silahlı Qü
Türkiyəli aktyor Çağatay Ulusoyun keçmiş sevgilisi aktrisa Duyğu Sarış�
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
İnsult xəstəliyinə qarşı öncədən nə qədər tez müalicə alınıb, t�
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �