Seyid Hüseyninin qiyamı
Digərləri 12 Fev 2023 21:20:00 270 0
Dini mətnlərdə qeyd edilib ki, Seyid Hüseyni qiyamı İmam Mehdinin (ə.f) zühur nişanələrindən hesab edilir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisin məzmununda deyilir ki, Seyid Hüseyni xoş simalı bir gəncdir. O, Ali-Muhəmmədə kömək göstərmək üçün Deyləm və Qəzvin diyarından qiyam edəcəkdir. Seyid uca səslə haray çəkərək insanları Ali-Muhəmmədə yardım etməyə səsləyəcəkdir. Cihada qarşı böyük şövqləri olan Taliqan kişiləri bu çağırışı müsbət qarşılayacaq və onun səsinə səs verəcəklər. Seyid Hüseyni İmam Həsənin (ə) nəslindəndir. O, nə Mehdilik iddiasındadır, nə də camaatı özünə tabe etməyə çalışır. Seyid imamət davamçısı və haqq dinə tabe olanlardandır. Onun danışıq və rəftarı Həzrət Muhəmmədin (s) dininə uyğundur. Seyidin dövründə hər yanı küfr və zülm bürüyəcək, insanlar zülmkar və günahkar insanların əlindən əziyyət çəkəcəklər. Belə bir şəraitdə Seyid Hüseyni insanları dinə yardım etmək üçün səsləyəcək və insanlar da ona dəstək verərək çağırışını müsbət qarşılayacaqlar. Uzun müddət sonra Seyid Hüseyni məntəqənin rəhbərliyini əlinə alacaq, zühurdan əvvəl İraqa - Kufəyə gedəcəkdir. O, Deyləm və Qəzvindən tutmuş Kufəyə qədər zülmkarla mübarizə aparacaqdır. Seyid Hüseyni bir müddət sonra Kufəni iqamətgah seçəcək və orada qalacaqdır. İmam Mehdinin (ə.f) zühur xəbəri ona çatdıqda, dostları ilə birlikdə Həzrətin (ə.f) hüzuruna gedəcək və İmamdan (ə.f) imamət dəlilləri və peyğəmbər mirasını istəyəcəkdir. İmam Sadiq (ə) bu haqda danışarkən bildirir ki, bu gənc İmamı tanıyacaq və onun haqlı olduğunu biləcəkdir. Sadəcə məqsədi İmamın (ə.f) həqiqətini dostları və insanlara tanıtmaq olacaqdır. İmam Mehdi (ə.f) ondan istədiyini təqdim etdikdən sonra Seyid və dostları Həzrətə (ə.f) beyət edəcəkdir. Hədisdə qeyd olunmuşdur ki, onların yanında Zeydiyyə adı ilə məşhur olan 4000 nəfər İmama (ə.f) beyət etməkdən imtina edəcəkdir. İmam Əli (ə) Həzrət Mehdinin (ə.f) qiyamdan sonra öz ordusu ilə Məkkədən İraqa hərəkət edəcəyini və Seyid Hüseyninin 12min nəfərlə Həzrətə (ə.f) qoşulacağını bildirmişdir. Hədislərə əsasən, Kufədə Həzrət Mehdiyə (ə.f) tabe olacaq dalğalanan üç bayraqdan biri Seyid Hüseyninin bayrağı olacaq və o, İmama tabe olaraq ona qoşulacaqdır. Bəzi hədislərdə Seyid Hüseyninin daha sonra İmamın (ə.f) bayraqdarı və qoşununun başçısı olacağı da qeyd edilir.
Bu xəbəri də oxu: Bu bürcün insanları daha tez İŞ TAPIR işəgötürənlər görən kimi..
"Rusiyanın Ermənistandakı "yumşaq güc" dairəsi effektli iş
Türkiyədə 14 maya planlaşdırılan prezident seçkilərinin təxirə salınm
İltihab əleyhinə qlükokortikosteroid dərman deksametazonun ağır koronavir
İran bundan əvvəl də müxtəlif qruplara Suriyaya yardım adı altında sila
Türkiyədə baş verən iki güclü zəlzələdən 156 saat sonra dağıntılar
Günorta tez-tez əsnəyən insan bu simptoma fikir verməlidir. Bu bəzi çox t
Hindistan zəlzələdən zərər çəkmiş Suriyaya 23 tondan çox humanitar yar
Əhli-beyt imamlarının, xüsusilə, Ali-əbadan sayılan Həzrət Əli, Həsə
Bir çoxları ömür boyu qara, yaşıl, uzağı kəklikotulu çaydan başqa he�
"Qabriel" siklonu səbəbindən Yeni Zelandiyada 15 minə yaxın abone
Bazar günü Çinin Riçjao şəhərinin yaxınlığında hava məkanında namə