Ermənilərin İranla hücum planı ifşa edildi
Siyasət 09 Fev 2023 08:28:00 293 0
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan mediası (Haqqin.az və Trend) diplomatik mənbələrə istinadla Ermənistanın İranla birlikdə Azərbaycana qarşı təxribat hücumu hazırladığı haqda məlumat yayıb.
Məlumatda qeyd edilir ki, SEPAH-ın etnik azərbaycanlılardan ibarət qrupu artıq Sünikə (Qərbi Zəngəzur) yerləşdirilib və Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır.
Əməliyyata SEPAH generalı rəhbərlik edir. Azərbaycan əsgərlərinin formasında olan SEPAH-ın azərbaycanlı qrupu Ermənistanda hücum həyata keçirir, erməniləri öldürməsi imitasiya edilir, azərbaycanca danışırlar və videolar çəkirlər, "buna cavab olaraq" SEPAH-ın əsas qüvvələri laçın və Qubadlı istiqamətində hücuma keçir və s.
Son.az axar.az-a istinadən bildirir ki, bu məlumat tirajlandıqdan sonra Ermənistanın Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, informasiyanı təkzib edib.
Müdafiə Nazirliyinin mətbuat katibi və Milli Təhlükəsizlik Xidməti direktorunun müşaviri eyni vaxtda və dərhal mediaya açıqlamalarında məlumatı "reallığa uyğun olmayan yalan" adlandırıblar.
Media Müdafiə Nazirliyinin mətbuat xidmətinin Aram Torosyan olduğunu sonradan qeyd edib, ancaq Milli Təhlükəsizlik Xidməti direktorunun müşavirinin adını gizli saxlayıb - buna baxmayaraq, açıqlamanı ikisinin adından tirajlayıblar.
Nədənsə az öncə Azərbaycan mediasında yayılan bu məlumatı hakim partiya deputatları, politoloqlar, media ilə yanaşı, hətta müxalifətdən olan millət vəkilləri də təkzibə girişib.
"Şərəfim var" fraksiyasının deputatı, hakimiyyətə qarşı kəskin mövqeyi ilə seçilən Tiqran Abramyan da məlumatı qətiyyətlə təkzib edib.
Olduqca maraqlıdır: İran və Ermənistanın Azərbaycanla sərhəddə gizli şəkildə təxribata hazırlaşdığı haqda Azərbaycan mediası məlumat yayırsa, bunu Ermənistan müxalifətinin təkzib etməsi hansı məntiqə sığır? Əgər bu gizli hazırlıqdırsa, yalnız hakimiyyətin bəlli strukturları bu barədə məlumatlıdır və onlar da məsələni əlbəttə ki, ört-basdır edəcəklər, təkzib də yayacaqlar. Bəs, radikal müxalifət hansı dəlil-sübutla bu informasiyanı dərhal təkzib etməyə qalxır?
Ən maraqlısı isə odur ki, bu təkziblər ardıcıl gəlir - sanki revanşizmi körükləyən "Şərəfim var" fraksiyası informasiyanın sızmasından hakumətdən daha çox narahatdır.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Qaşların altındakı dəri müvəqqəti və ya daimi olaraq sallana bilər. Bu
Son illər Azərbaycanda əyləncə məkanlarının, habelə pub barların sayı
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalanların xilase
Dırnağın ətə batması əksər inlğsanlarda meydana gələn və hərəkətl
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömər Fatih Saya
Alimlər yaxın illərdə Türkiyənin 17 milyona yaxın əhalisi olan ən böy�
"Türkiyəyə 150 nəfərdən çox axtarış-xilasetmə qrupu göndərmişi
Sumqayıtda zəncirvari yol qəzası baş verib, 1 nəfər hamilə qadın xəsar
Xolesterin orqanizmdə sağlam hüceyrə toxumasının əmələ gəlməsi üçü
Məlum olduğu kimi, bir neçə saat əvvəl Türkiyədə gözlənilməyən bir
Tanınmış türk siyasətçi Atilla Kaya Teleqraf.com-un suallarını cavabland
Paşinyanın nəzarətində olan "Hraparak" qəzeti Ruben Vardanyanın
1. Diş pastası ilə gümüş əşyaları sürtüb parıldatmaq mümkündür. S