HAARP sistemi ilə süni zəlzələnin törədilməsi... Atilla Kayadan
Dünya 09 Fev 2023 08:13:00 239 0
Tanınmış türk siyasətçi Atilla Kaya Teleqraf.com-un suallarını cavablandırıb.
Bu xəbəri də oxu: Quterreş COP29la bağlı “G20” ölkələrinə səsləndi:
Onunla müsahibəni təqdim edirik:
- Atilla bəy, hazırda qardaş Türkiyə zəlzələnin acı nəticləri ilə üz-üzədir. Xilasetmə işləri, yaralıların vəziyyəti necədir?
- İstanbulda olsam da bölgələrdəki, qəsəbələrdəki, kəndlərdəki dostlarımızla, yaxınlarımızla mütəmadi olaraq əlaqədəyik. Vəziyyət heç də yaxşı deyil.
- Yaxınlarınız, qohumlarınız arasında zəlzələdən əziyyət çəkən oldumu?
- Qohumlarımdan olmasa da, yaxın dostlarımızdan itkilərimiz, yaralılarımız var. Onlar əzizlərini, ailəsini itiriblər.
- Türkiyədə yardımlarla bağlı çağırış etdi, edilən yardımları hazırkı dövr üçün yetərli hesab edirsiniz?
- Türkiyə xalqının bu ağır durumunda yardım edənlərdən Allah razı olsun. Qardaş Azərbaycan dövləti Türkiyəyə ilk yardım göndərən ölkə oldu. Amma zəlzələnin miqyası olduqca böyükdür. 10 vilayəti əhatə edən dağıdıcı bir zəlzələ olub. Qış fəslinin bu çağında yaranmış vəziyyət olduqca acınacaqlıdır.
- Dağıntıların miqyası ilə bağlı nə demək olar?
- Görünür, Türkiyə olaraq 1999-cu ilin zəlzələsindən yetərincə dərs almamışıq. Çünki zəlzələnin ilk günü dağılan bir çox yerlərlə əlaqə saxlamaq mümkün olmadı. Eyni zamanda yardımlarla və xilas etmə ilə bağlı müdaxilələrdə gecikmələr baş verdi. Bu da təbii ki, yolların da zəlzələdən dağılması ilə bağlıdır. Misal üçün Hatay vilayətində yeni geniş hava limanı yararsız vəziyyətə düşüb. Bütün bunlar isə zəlzələnin itkilərini və zərərlərini artırmış olur.
- Şəhər mərkəzlərində durum necədir?
- Bu gün zəlzələ olan bütün bölgələrlə əlaqə saxlamaq olmur. 10 böyük şəhər və ümumilikdə 15 milyon əhalinin yaşadığı bir bölgədən söhbət gedir. Ona görə də, hələ də dağıntılar altında yardım gözləyən insanlarımız var. Bir çox yerlərdən insanların çarəsizlikləri ilə bağlı məlumatlar gəlir. Bununla bağlı sosial media və TV-lər də xəbərlər yayılır. Eyni zamanda bir çox insan telefonla İzmirdəki, Ankaradakı, İstanbuldakı yaxınlarına, qohumlarına zəng edərək "biz bu adresdə dağıntılar altındayıq. Mütləq bizə kömək etsinlər" deyirlər.
- 190 min insanın dağıntılar altında qalması ilə bağlı xəbərlər yayılır. Bu, nə dərəcədə həqiqətə uyğundur?
- Əslində bu cür xəbərləri məqsədli şəkildə yayanlar var. Məqsədləri psixoloji durumu bir qədər gərginləşdirməkdir. Amma AFAD-ın açıqladığı rəqəmlərə görə, 10 mindən çox dağılmış bina mövcuddur. Ona görə də, bu dağıntılar altında nə qədər insanın qalması ilə bağlı konkret fikir bildirmək çox çətindir.
- Süni zəlzələ ilə bağlı iddiaları necə dəyərləndirirsiniz?
- Süni zəlzələnin necə olacağını söyləyənlər belə buna inanmır. Bunlar mənasız, boş yanaşmalardır. Dünya miqyasında tanınan bir professora televiziya proqramında bu mövzu ilə bağlı sual verildi. Bunun müasir texnologiyalar vasitəsi ilə edilə biləcəyi iddiaları səsləndirildi. Amma bütün bunlara baxmayaraq bunlar elmdən uzaq yanaşmalardır. Bunun elmi faktlara heç bir bağlılığı yoxdur. Professor məhz bu cür absurd iddiaların ciddi elmi əsasının olmadığını faktlarla sübut etdi.
- "HAARP" sistemi ilə süni zəlzələnin törədilməsi ehtimallarını nə dərəcədə məntiqli hesab edirsiniz?
- Bununla bağlı FETO-çunun biri kitab yazmışdı. İndi onun özü Türkiyədən qaçıb Amerikada gizlənir. Bu fikirləri də o vaxt məhz həmin şəxs ortaya atmışdı. Amma bununla belə iddiaların elmi əsaslarla bir bağlılığı yoxdur.
- Zəlzələdən öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı Qərbdən və ABŞ-dan təzyiqlər artmışdı. Hazırda da nüfuzlu nəşrlər provokativ yazılar dərc edir, sizcə, bu nədən qaynaqlanırdı?
- Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələndə onu ilk dəstəkləyən ölkələr elə onlar idi. Əslində bu, geniş bir mövzudur. Sadəcə olaraq bunun üzərində spekulyasiyaya yol verilir.
- Sizcə, buna səbəb nədir?
- Görünür, onların maraqlarına görə indi də bu cür mövqe seçilir. Çünki onların Yaxın Şərqi qana boyayan "Yaxın Şərq" planı var idi. İndi bu məsələ daha çox diqqəti çəkir.
- Ermənistan da Türkiyəyə yardım göndərəcəyini açıqlayıb. Bu addım münasibətlərin inkişafına necə təsir edəcək?
- Türkiyə-Ermənistan əlaqələrinin normallaşması qarşı tərəfdən asılı bir işdir. Ermənistanla bağlı Türkiyənin siyasəti məlumdur. Türkiyə tərəfi bundan öncə də açıqlamışdı ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxandan sonra bu ölkə ilə normal münasibət qurula bilər. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra münasibətlərin formalaşmasında yeni bir şərait yaranıb. Bu da erməni tərəfinin davranışlarından asılı olan bir məsələdir. Ermənistan bu reallığı qəbul edib-etməyəcəyi proseslərin bundan sonrakı gedişində onun özü üçün daha vacibdir. Türkiyə və Azərbaycanla bağlı münasibətlərdə normal əlaqələrin qurulması Ermənistanın yürütdüyü siyasətdən asılı olacaq.
Paşinyanın nəzarətində olan "Hraparak" qəzeti Ruben Vardanyanın
1. Diş pastası ilə gümüş əşyaları sürtüb parıldatmaq mümkündür. S
Kahramanmaraşda dağıntılar altında qalan 27 yaşlı Ali adlı şəxsi axtar
Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycanla bağlı həssas payla
Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ böl
Türkiyədə dəhşətli zəlzələdən sonra dağıntılar altında qalanların
Kakao öz gözəl dadı ilə yanaşı insanlara enerji və sağlamlıq bəxş ed
"Uşaqlarımızı yaratdığımız məlumat forması ilə qeydiyyatdan keç
Böyrəklər insan orqanizmndə bir süzgəc rolu oynayır. Onun fəaliyyəti or
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Kahr
Kahramanmaraşda dağıntılar altında qalan 8 yaşlı Zübeyde axtarış-xilas
Limfa düyünləri orqanizmin dirilik suyu hesab edilir. Limfa sistemi hüceyrə
Allaha qurban olum, yəqin ki, onun məsləhəti belə imiş. Yaradan yaşadanda
Əvvəllər nazik qaşlar dəbdə idi. Nazik qaşlara sahib olmaq üçün bütü