Quterreş COP29la bağlı “G20” ölkələrinə səsləndi:
Dünya 19 Noy 2024 19:43:00 91 0
Qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmasaq artan təbii fəlakətlər bütün ölkələrin iqtisadiyyatına zərər verəcək.
Bu xəbəri də oxu: Əsma Əsədin sağ qalma şansını 50/50dir
Son.az APA-ya istinadən bildirir ki, bu barədə barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında qeyd olunub.
"Biz 1,5 dərəcə həddinə yaxınlaşmalıyıq və ölkələr qısa müddətdə emissiyaların azaldılmasını sürətləndirməlidirlər", - Baş katib çağırış edib.
O təəssüflə bildirib ki, hazırda emissiyalar artmağa davam edir: "Buna görə qalıq yanacaqlardan bərpa olunan enerjiyə ədalətli keçidi sürətləndirməliyik. Qalıq yanacaq dövrünün sonu qaçılmazdır. Bunun çox gec olmaması və ədalətli olması üçün hər şeyi edək".
Baş katib G20 ölkələrini ayıq-sayıq olmağa çağırıb: "Prezident Lulanın (Braziliya Prezidenti Lula da Silva) dediyi kimi, "Böyük iyirmilik" qlobal emissiyaların 80%-nə cavabdehdir. Ona görə də sizə ayıq-sayıq olmaq lazımdır. Keçən həftə iki üzvünüz - Braziliya və Britaniya emissiyaları azaltmaq üçün yeni tədbirlər elan edərək bizə yaxşı bir başlanğıc verdi".
Quterreş vurğulayıb ki, Bakıda uğur qazanmalı, etimad yaratmalı və gələn il üçün iddialı milli iqlim planlarının hazırlanmasını stimullaşdırmaq lazımdır: "Bu məqsəd, müxtəlif səviyyələrdə maliyyə hədəfi, güzəştli şərtlərlə dövlət vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə artmasından başlayaraq inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəməlidir. Mən çoxtərəfli İnkişaf Banklarının son bəyanatını alqışlayıram. Bu masaya toplaşan bütün ölkələri məsuliyyət hissi göstərməyə, COP29-un uğurunun təmini üçün kömək etməyə çağırıram".
Bu yaxınlarda yenilənmiş nüvə doktrinası Rusiyaya Ukraynadakı münaqişə
İranda ölkənin 85 yaşlı Ali Rəhbəri Seyid Əli Xameneinin siyasi varisi i
"Başım toylara qarışdı, ikinci övladım olmadı. Bir uşağı böyü
Bakının mərkəzində, Şəhid Həmidağa Hüseynzadə küçəsində (keçmiş
Rusiya xarici işlər naziri Sergey Lavrov Bryansk bölgəsinə ATACMS raketlər
Alimlər müəyyən bir genin aktivliyini artırmaqla ömrünü 30 faiz uzatmağ
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Palm-Biçdəki "Mar-a-L
Tanınmış aktrisa Günəş Teginin adından dələduzluq edilib.
Sağlam həyata addım atmaq istəyənlərə təkliflər təqdim edən Prof. Dr.
Livanda mümkün atəşkəs İsrailin hücumlarının dayandırılması demək d
Noyabrın 19-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhb