Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul olundu
Dünya 25 Dek 2024 10:33:00 61 0
BMT Baş Assambleyası çərşənbə axşamı - 24 dekabr 2024-cü ildə "Kibercinayətkarlığa qarşı BMT Konvensiyası"nı qəbul edib.
Bu xəbəri də oxu: Günəşdə güclü partlayışlar oldu
Son.az xəbər verir ki, bu, kibercinayətkarlıqla mübarizə aparmaq və cəmiyyətləri rəqəmsal təhdidlərdən qorumaq məqsədi daşıyan əlamətdar qlobal müqavilədir.
Hüquqi cəhətdən məcburi olan Konvensiya BMT-yə üzv dövlətlərin beşillik səylərinin nəticəsi olaraq qəbul edilib. Bu prosesdə habelə vətəndaş cəmiyyətləri, informasiya təhlükəsizliyi mütəxəssisləri, akademiklər və özəl sektor nümayəndələri iştirak ediblər.
BMT-nin Baş katibi Antonio Quterreş Konvensiyanın qəbul edilməsini alqışlayaraq Konvensiyanın "son 20 ildə müzakirə edilən ilk beynəlxalq cinayət ədaləti müqaviləsi" olduğunu deyib. Baş katib bildirib ki, "yeni müqavilə təhlükəsiz kiberməkanın təşviqinə xidmət edəcək və bütün dövlətləri Konvensiyaya qoşulmağa və onu müvafiq maraqlı tərəflərlə əməkdaşlıq şəklində həyata keçirməyə çağırır".
Qeyd edək ki, Beynəlxalq Konvensiyanın hazırlanması üzrə "Ad Hoc" Komitənin bu il BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında keçirilmiş yekun sessiyasında ölkəmizi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti təmsil edib.
"Canlı maniken" kimi tanınan türkiyəli məşhur aparıcı Vahe Kı
Vladiqafqazda ticarət mərkəzində partlayış olub.
Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti, tanınmış
Görünür, Nikola Tesla zamanda səyahətə çox düşkün idi. O, zaman maşı
Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsin
Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkət qraf
Türkiyədə 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvədə olacaq minimum
Ağdam rayonunda yeni yaşayış binaları inşa olunacaq.
Etibar insan münasibətlərinin ən önəmli təməlidir. Kiminə sirrini açma
"Məşədi Dadaş" məscidinin imamına qarşı sui-qəsddə, iki və
Londonda yaşayan Althia Brayden boynundakı karotid arteriyada yaranan problem
İranda "WhatsApp"və "Google Play"ə qoyulan məhdudiyyə
Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.