Məşhur türkiyəli aparıcıya 4 illik həbs, 5 milyonluq təzminat... FOTO
Şou-biznes 25 Dek 2024 10:24:00 50 0
"Canlı maniken" kimi tanınan türkiyəli məşhur aparıcı Vahe Kılıçarslanın yol verdiyi qəza nəticəsində ağır yaralanan və uzun bir müalicə dövrü keçirdikdən sonra 67% əlil olan Olcay Emine Yıldırım onun barəsində 4.5 il həbs cəzası ilə bağlı iddia qaldırıb.
Bu xəbəri də oxu: Aktyor boşandığı arvadı ilə yenidən evlənir FOTO
Son.az Haberler-ə istinadən bildirir ki, qəza nəticəsində uşağına belə sarıla bilmədiyini iddia edən Yıldırım həmçinin 5 milyon lirəlik təzminat iddiası da açıb.
Afyonkarahisarda 15 iyul 2023 tarixində "canlı maniken" kimi tanınan keçmiş maniken və teleaparıcı Vahe Kılıçarslan idarə etdiyi avtomobil ilə Olcay Emine Yıldırımın qohumu Dursun Yıldırımın sürdüyü maşın toqquşublar. Dursun Yıldırımın sürüdüyü avtomobil toqquşmanın təsiri ilə tərsinə çevrilib. Bu zaman avtomobildə olan Dursun Yıldırım həyat yoldaşı Seher Yıldırım, gəlin Olcay Emine Yıldırım və 8 yaşlı nəvəsi də olub.
Dursun Yıldırım və həyat yoldaşı Seher Yıldırım qəzanı daha az xəsarətlə atladıblar. Lakin ən ağır yaralanan şəxs gəlin Olcay Emine Yıldırım olub. O, 8 yaşlı oğlunun zərər görməməsi üçün üzərinə tullanaraq kürek sümüyünü qırıb. Vahe Kılıçarslan qəzanın ardından hadisə yerindən qaçıb, Yıldırım ailəsinə ətrafdakı insanlar kömək edib. Hadisə yerinə gələn təcili yardımla Afyon Dövlət Xəstəxanasına aparılan Olcay Emine Yıldırım, vəziyyəti çox ağır olduğu üçün Eskişehir Universiteti Xəstəxanasına göndərilib. Təcili əməliyyata alınan Yıldırım 6 gün intensiv terapiyada qalıb. Pelvis bölgəsində və bel sümüklərində ağır qırıq olan Yıldırımın bədəninə platin yerləşdirilib. Qəzanın ardından iflic olduğu üçün sol ayağı digər ayağından qısa qalan Yıldırıma 67% əlil dərəcəsi verilib.
İstintaq çərçivəsində ifadə verən Vahe Kılıçarslan ittihamları qəbul etməyərək hadisədə heç bir nöqsanı olmadığını bildirib. İstintaq nəticəsində Vahe Kılıçarslan haqqında "təqsirsiz olaraq bir neçə nəfərin xəsarət almasına səbəb olma" və "sümük sındıracaq şəkildə təqsirsiz yaralama" suçlarından 4.5 il həbs cəzası istənilib.
İddianamədə Vahe Kılıçarslanın əsas günahkar olduğu və bir neçə şəxsi yaraladığı üçün cəzalandırılması tələb olunub. Aparıcının məhkum edilməsi halında üç aydan az, üç ildən çox olmamaq şərti ilə sənətini icra etməsinin qadağan olunması və ya sürücülük vəsiqəsinin geri alınması ilə bağlı qərar verilməsi də vurğulanıb.
"Hürriyet" qəzetində yer alan xəbərə görə, məhkəmə işi davam edərkən, qəzanın ən ağır zərərçəkəni olan Olcay Emine Yıldırım, Vahe Kılıçarslan haqqında 5 milyonluq təzminat davası açıb.
İstanbul Adliye Məhkəməsində vəkili Handan Bakbak vasitəsilə açılan iddia ərizəsində ümumilikdə belə qeyd olunub: "Qəza nəticəsində ağciyərləri ciddi zədələnmiş müvəkkilim artıq ağır astma xəstəsidir. Bədəninə platin yerləşdirilən və sol ayağında qasılma olan müvəkkilim dərziyə şalvarlarını verərken birini digərindən daha qısa kəsmək məcburiyyətində qalır. Evində bir pərdə belə asa bilməyən müvəkkilim ciddi xəsarətlərlə yanaşı, həyat yoldaşı və qadın olaraq ailə həyatı və şəxsi həyatında problemlər yaşamaqdadır. Bel və pelvis sümüyündə qırıq səbəbi ilə çox istəməsinə baxmayaraq, bundan sonra övladı olmayacaq".
Açıqlama verən Olcay Emine Yıldırım isə "Həyatımın qalanında ağır bir çanta belə daşıya bilməyəcəyəm. Yalnız ayaq üstə gündəlik ehtiyaclarımı yerinə yetirirəm. Ailəm olmadan öz baxımımı edə bilmirəm. Ayaqqabımı belə bağlaya bilmirəm. İkinci uşaq arzumu həyata keçirmək istəyirdim. Lakin artıq bu arzumu belimdəki zədələr səbəbi ilə unutmalı oldum. Peşəmi icra edə bilmirəm, uşağımla oynaya bilmirəm. Düşünün, övladıma artıq sarıla bilmirəm. Hələ də sağalmadım. Həyatımın ən gözəl dövrü Vahe Kılıçarslan üzündən məhv oldu" dedi".
Musa Son.az
Vladiqafqazda ticarət mərkəzində partlayış olub.
Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti, tanınmış
Görünür, Nikola Tesla zamanda səyahətə çox düşkün idi. O, zaman maşı
Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsin
Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkət qraf
Türkiyədə 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvədə olacaq minimum
Ağdam rayonunda yeni yaşayış binaları inşa olunacaq.
Etibar insan münasibətlərinin ən önəmli təməlidir. Kiminə sirrini açma
"Məşədi Dadaş" məscidinin imamına qarşı sui-qəsddə, iki və
Londonda yaşayan Althia Brayden boynundakı karotid arteriyada yaranan problem
İranda "WhatsApp"və "Google Play"ə qoyulan məhdudiyyə
Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.
Suriya Xarici İşlər Naziri Əsəd əl-Şeybani çərşənbə axşamı günü