"Ağadadaş baltanı atanda Nurəddinin başına dəyəcəkdi"
Şou-biznes 25 Dek 2024 18:11:00 53 0
Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Bu xəbəri də oxu: Dilarə Əliyevanın sabahkı konserti təxirə düşdü
Son.az APA-a istinadla xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttiham aktına münasibət bildirən Nurəddin Cəlilov özünü təqsirli bilməyib.
Zərərçəkmiş Ağadadaş Ağayevin vəkili Asim Abbasov müvəkkilinin səhhəti ilə əlaqəli prosesdə iştirak etmədiyini əsas gətirərək məhkəmənin təxirə salınmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib və proses davam edib. Şahid qismində ifadə verən hospitalın xadiməsi Nəzakət Paşayeva bunları deyib:
"Həmin gün işləyirdim, səs-küy gəldi. Baxdım, bir nəfər gəlir, əlində balta var. Fikir vermədim və işimin arxasınca getdim. Sonra səs-küy artdı. Ağadadaş Ağayev əlində balta ilə gəldi. Mən baxanda artıq şlaqbaumu keçmişdi. Mühafizəçi qapıya çıxdı. Mən də öz işimlə məşğul idim. Bu zaman ayağımda zərbə hiss etdim, baltanın sapı ayağıma dəymişdi. Baltanı qıraq bir yerə qoydum ki, heç kəs götürüb hücum etməsin. Bu zaman mühafizəçi burnu qanayaraq gəldi. Baltanı atanın Ağadadaş Ağayev olduğunu görənlər onun yanına yığışdılar. Ağadadaş Ağayev balta ilə gəldi, sonra qayıtdı. İkinci dəfə gələndə onu pəncərədən gördüm".
Nəzakət Paşayeva qeyd edib ki, Ağadadaş Ağayev baltanı atandan sonra Nurəddin Cəlilov onun üstünə gedib:
"Mən baltanı alıb kənara qoyandan sonra gördüm ki, dalaşırlar, Ağadadaş Ağayev yıxıldı. O, içəri gələndə söyüş söyürdü. İçəridə olanlarla birgə çox qorxu keçirdim".
Daha sonra hospitalda baş tibb bacısı vəzifəsində çalışan Nəzakət Zülfüqarlı ifadə verib:
Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən əlaqələndirilmiş qaydada təş
Azərbaycanda süni intellekt laboratoriyası yaradılacaq.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin g�
Ermənistanın baş naziri Nikol Paşinyan daha bir koronavirus testinin müsbə
Bakı-Qroznı reysi üzrə uçan təyyarnin qəzaya uğraması nəticəsində z�
"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində
Aktauda qəzaya uğrayan "Embraer"in göyərtəsində Azərbaycan və
Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin
Aktauda qəzaya uğrayan təyyarənin sərnişini qəzadan sonrakı ilk saniyə
Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxanlardan biri 90-cı ill�
Aktauda qəzaya uğrayan təyyarənin pilotları güclü mütəxəssisdir.
İran Bakı-Qroznı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar
"Oğlum Qroznuya getmək üçün dünən Bakıya yollanıb. Bu gün səhər