5 dəqiqəyə 20 min manat... “TikTok”da çirkli pullar necə yuyulur?


Şou-biznes 24 Dek 2024 21:56:00 71 0

5 dəqiqəyə 20 min manat...  “TikTok”da çirkli pullar necə yuyulur?

Zaman-zaman sosial şəbəkələrdə əndazəni aşan şəxslərə qarşı hüquq çərçivəsində ciddi tədbirlər görülsə də, bu, bəzən başqalarına dərs olmur. Bu mövzuda dırnaqarası xüsusi fərqlənən isə "TikTok"dur. Çünki burada həm də pul qazanmaq olur. Bu maraq bəzilərini sosial platformada fenomen olmağa can atdırır. Bunun üçün bəzən savad, bilik yox - tərbiyəsizlik, əxlaqsızlıq, soyunmaq, təhqir etmək, ağzına gələni danışmaq lazımdır. Bu nə bizim iddiamızdır, nə də "TikTok"un daxili qaydası. Bu, hamının gördüyü, gəldiyi nəticədir. Bu şəxslər üçün tez bir zamanda "məşhurlaşmağın" başqa yolu yoxdur.

Biz istəsək də, istəməsək də bu şəxslərin videosunu görürük, qarşımıza çıxır. Amma əlimizdən bir şey gəlmir, biz bu insanları dəstəkləməsək də, özlərinin ayrıca imkanlı dəstəkçiləri var ki, bu barədə bir qədər sonra.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gündən başlayaraq "TikTok"da özlərini apara bilməyən, tərbiyəsizliyi təbliğ edənlərə qarşı əməliyyat keçirilib və bir sıra şəxslər saxlanılıb. Bu, ilk növbədə cəmiyyətin polisə kütləvi çağırışı idi. DİN-in məsələyə həssas yanaşması, tədbir keçirməsi, anında cəmiyyətin çağırışına haray verməsi ötən günün hadisəsi kimi dəyərləndirilə bilər. Elə bunun nəticəsidir ki, bu mövzuda hər paylaşımın şərh bölümündə Azərbaycan polisinə təşəkkür edilir.

Digər tərəfdən bu fikirdə olanlar da var ki, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əxlaqsızlığı təbliğ edən tiktokerləri gözləyən məsuliyyət və cəza yoxdur. Amma nəzərə almaq lazımdır ki, DİN sadəcə, bu şəxslərin saxlanılmasını təsdiqləyib, araşdırmanın davam etdirildiyini bildirib. Çünki burada məsələ həm də təkcə tərbiyəsizliyin təbliği deyil...

Yuxarıda qeyd etdiyimiz kimi, tiktokerlərə qarşı kürtləvi marağın olması burada təkcə əyləncə xarakteri daşımır. "TikTok"da əsas məsələ iqtisadi maraqlar, maliyyə dövriyyəsidir. Hansısa formalarda oyuna cəlb edilmiş şəxslər əyləncə adı altında vəsaitləri xaricə çıxarır. Yəni, oyunlarda iştirak edən şəxslər vəsaitləri kriptovalyuta dövriyyəsinə yönəltməklə hesabatdan gizlədilmiş formada gəlirlər əldə edir. Oyunları əyləncə adı altında keçirən şəxslərin üzərlərindən yüzlərlə ayrı-ayrı banklara məxsus kartların aşkarlanması faktı varsa, bu, onların əsas maliyyə hədəfləri olmasını aydın göstərir. Digər tərəfdən hər bir iştirkaçıya oyunun guya əyləncəli olmasını artırmaq məqsədilə 500-1000 manat pul vəsaitlərinin verilməsi də qaranlıq məqamlar sırasındadır.  

Bu proses həyata keçirilərkən bir neçə faktor nəzərə alınır. Əvvəlcə, bank kartlarından oğurlanan, o cümlədən çirkli pulları yumağa çalışan şəxslər tiktokerlərlə anlaşır, onlara müəyyən məbləğ göndəriləcəyi və pulun bir hissəsinin geri qaytarılacağı bildirilir. 20-25 faiz qazanc vəd edilən tiktoker bu virtual hədiyyələri qəbul edərək sonradan məbləği nağdlaşdırır və çirkli pulların yuyulmasında beləcə iştirak edir.  

Təbii ki, bizim əlimizdə hər hansı fakt olmadan kimisə çirkli pulların yuyulmasında ittiham edə bilmərik. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının səlahiyyətində olan məsələdir. Daxili İşlər Nazirliyinin də açıqlamasında qeyd olunduğu kimi, məsələ araşdırılır.

Yeni il axşamı like
  • 24 Dek 21:44  
Digərləri Yeni il axşamı

Yeni il bayramları zamanı Moskvada kiçik zəlzələlər baş verə bilər.

arrow Ətraflı
Azərbaycanlı blogerlər ağır qəzaya düşdü  "Maşının ön hissəsi bərbad gündə idi..." like
  • 24 Dek 21:33  
Şou-biznes Azərbaycanlı blogerlər ağır qəzaya düşdü "Maşının ön hissəsi bərbad gündə idi..."

İnfluenserlər Mehin Oktaylı (iconmekh) və Mesi Rəhman (Mesi_rekhman) avtomo

arrow Ətraflı
Əməliyyatdan sonra ilk dəfə efirə çıxdı : "Vətərlərim qopmuşdu" like
  • 24 Dek 21:29  
Şou-biznes Əməliyyatdan sonra ilk dəfə efirə çıxdı : "Vətərlərim qopmuşdu"

Müğənni Elitstar Cəmilə keçirdiyi əməliyyatdan sonra ilk dəfə efirdə

arrow Ətraflı
Bayden Rusiyaya son zərbələrini hazırlayır like
  • 24 Dek 21:03  
Dünya Bayden Rusiyaya son zərbələrini hazırlayır

ABŞ Prezidenti Co Bayden yanvarın 20-dək Rusiyanın enerji sektoruna qarşı

arrow Ətraflı
"Bəlkə Zelenskini Marsa göndərək?" like
  • 24 Dek 20:55  
Dünya "Bəlkə Zelenskini Marsa göndərək?"

Vətənə xəyanət ittihamı ilə istintaq təcridxanasında saxlanılan Ali Ra

arrow Ətraflı
Dilan Polata görə infarkt keçirdi  FOTO like
  • 24 Dek 20:47  
Şou-biznes Dilan Polata görə infarkt keçirdi FOTO

Məşhur türk influenser Dilan Polatın fanatlarından birinin açıqlaması so

arrow Ətraflı
İflas etdiyini elan etdi – 2 əsrlik tarixin SONU like
  • 24 Dek 20:32  
Digərləri İflas etdiyini elan etdi – 2 əsrlik tarixin SONU

Almaniyanın dünyaca məşhur avtomobil markası olan Mercedes nişanının ist

arrow Ətraflı
Vatsapda yeni funksiya like
  • 24 Dek 20:24  
Digərləri Vatsapda yeni funksiya

Vatsap messencerinə yeni funksiya əlavə olunub.

arrow Ətraflı
Nəsrullahın dəfn yeri məlum oldu like
  • 24 Dek 20:23  
Dünya Nəsrullahın dəfn yeri məlum oldu

Bu il sentyabrın 27-də İsrailin aviahücumu nəticəsində öldürülən &quo

arrow Ətraflı
Ofeliya Sənani yeni xəbər var  FOTO like
  • 24 Dek 20:15  
Kriminal Ofeliya Sənani yeni xəbər var FOTO

Bu gün Xalq artisti Ofeliya Sənani Xətai Tibb Mərkəzində müalicəsini bit

arrow Ətraflı
Əsədin arvadı üçün bir ölkədən like
  • 24 Dek 20:08  
Dünya Əsədin arvadı üçün bir ölkədən

İngiltərə Suriyanın devrilmiş lideri Bəşər Əsədin britaniyalı həyat

arrow Ətraflı
“Azərpoçt” adından like
  • 24 Dek 20:07  
Digərləri “Azərpoçt” adından

Azərpoçt MMC-nin adından dələduzluq halları davam edir.

arrow Ətraflı
ICESCOnun Baş direktoru İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 24 Dek 20:02  
Siyasət ICESCOnun Baş direktoru İlham Əliyevə təbrik məktubu ünvanlayıb

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti

arrow Ətraflı
Bələdiyyə seçkiləri ilə bağlı vacib məlumat  VİDEO like
  • 24 Dek 19:45  
Digərləri Bələdiyyə seçkiləri ilə bağlı vacib məlumat VİDEO

Xəbər verdiyimiz kimi, 2025-ci il yanvarın 29-u Bələdiyyə seçkiləri ke�

arrow Ətraflı