Əsədin arvadı üçün bir ölkədən
Dünya 24 Dek 2024 20:08:00 62 0
İngiltərə Suriyanın devrilmiş lideri Bəşər Əsədin britaniyalı həyat yoldaşı Esma Əsədin ölkəyə qayıtması planlarından narahatdır. İkili vətəndaşlığı olan Esma Əsədin İngiltərəyə dönəcəyi təqdirdə pasportunun ləğvi çağırışı edilib.
Bu xəbəri də oxu: Suriya XİN İrana xəbərdarlıq etdi
Son.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Esma Əsədin İngiltərədə dəbdəbəli həyata qayıtmasının onun milyonlarla qurbanına təhqir olacağı bildirilib.
İngiltərədəki siyasi dairələr Suriyanın devrilmiş lideri Bəşər Əsədin britaniyalı həyat yoldaşı Esma Əsədin ölkəyə mümkün qayıdış planları ilə bağlı həyəcan təbili çalıb. Səlahiyyətlilər ikili vətəndaşlığı olan Esma Əsədin pasportunu ləğv etməyə çağırıb.
ATƏT-in Minsk qrupu ləğv olunmalı, Ermənistan Konstitusiyasını dəyişməlidir - İLHAM ƏLİYEV Rusiya Ukraynadakı müharibədə qalib gəlməməlidir - Merkel Tarixin ən gənci: Ağ evin mətbuat katibi Kerolayn Livitt haqqında nə məlumdur? - ONU TANI
Bu ay Suriyada rejimin devrilməsindən sonra Rusiyaya sığınan Əsəd cütlüyü haqqında təəccüblü iddialar səsləndirilib. 49 yaşlı Esma Esadın xərçəng müalicəsi üçün İngiltərəyə qayıtmağı planlaşdırdığı bildirilir.
Ədliyyə naziri Robert Cenrik, "Əsədin həyat yoldaşının İngiltərədə dəbdəbəli həyata qayıtması onun milyonlarla qurbanına təhqir olardı" deyərkən, xarici işlər naziri Devid Lemmi deyib: "Sanksiyaya məruz qalan biri kimi o, İngiltərədə xoş qarşılanmayacaq".
Londonda doğulub böyüyən və uğurlu bank karyerasına malik Esma Esad 2000-ci ildə Bəşər Əsədlə ailə həyatı qurub. 2012-ci ildə Aİ-nin sanksiyaları çərçivəsində İngiltərədəki aktivləri dondurulan Esma Əsədə qarşı 2021-ci ildə Suriyada hərbi cinayətlərdə iştirak etdiyi iddiası ilə istintaq başladılıb.
İngiltərə hökuməti sanksiyaların və səyahət qadağasının davam edəcəyini bildirsə də, Əsəd cütlüyü hələlik boşanma xəbərləri ilə bağlı açıqlama verməyib. /Lent.az
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti
Türkiyəli aparıcı Ela Rümeysa Cebeci diqqət çəkən paylaşım edib.
Xəbər verdiyimiz kimi, 2025-ci il yanvarın 29-u Bələdiyyə seçkiləri ke�
Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən sab
Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 24-də Azərbaycan Respub
Türkiyənin məşhur müğənnisi Emrah özünə yeni mülk alıb.
Türkiyənin Antalya şəhərində 1 yaşlı Toprak adlı uşaq "divandan d
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill dekabrın 24-də Azərbaycan
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid dekabrın 24-də
Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.
Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun tanınmış �
Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat edib.
"Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası&quo