Türkiyədə növbədənkənar seçki olacaq? – Ərdoğan namizəd olmasa, Azərbaycan…


Siyasət 19 Noy 2024 21:17:00 83 0

Türkiyədə növbədənkənar seçki olacaq? – Ərdoğan namizəd olmasa, Azərbaycan…

Son günlər Türkiyədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyinə dair iddialar yayılıb. Bu iddialar daha çox Türkiyə müxalifətindən və müxalifətə bağlı media resursları üzərindən yayılır. Müxalifətin iddiası belədir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir dönəm də prezident seçilmək istəyir və buna görə konstitusiyanı dəyişdirmək, habelə kürd elektoratın dəstəyini almaq üçün "Öcalan kartı"nı irəli sürür.

Son.az Globalinfo.az-a istinadən bildirir ki, AKP hakimiyyətinin yürütdüyü daxili və xarici siyasət müəyyən qrupları narazı salır. Xüsusilə Türkiyə daxilində buna dair etirazlar artmaqdadır. Bütün bunlara baxmayaraq, Türkiyədə bu tezlikdə növbədənkənar prezident seçkilərinin keçirilməsi inandırıcı deyil. Bunun ən önəmli səbəbi seçkilərin 2023-cü ildə keçirilməsidir. Bir çoxu indiki məqamda AKP-nin seçkiyə getmək istədiyini desə də, əslində, belə deyil. Bu daha çox CHP və digər müxalifətin istəyidir.

CHP-nin nüfuzu artmaqdadır. AKP belə bir zamanda seçkiyə çətin ki, getsin. Digər tərəfdən konstitusiyada dəyişiklik olmadan seçkinin baş tutması, daha doğrusu, Əroğdanın yenidən prezident seçilməsi mümkün deyil.

CHP hazırda xüsusilə aktivdir. Bu aktivlik təkcə ölkə daxilində deyil, həm də xaricdə müşahidə edilir. Misal üçün Türkiyənin İstanbul şəhərinin bələdiyyə başqanı Əkrəm İmamoğlu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində Azərbaycana gəldi. Bundan başqa, CHP başqanı Özgür Özəl də Bakı ilə son zamanlar yaxınlaşıb.

AKP növbədənkənar seçkilərə hazırlıqsız getsə, CHP-yə və onun namizədinə məğlub ola bilər. Buna görə də AKP növbəti seçkiyə qədər hazırlıq görəcək, ya da konstitusiyanı dəyişdirməyə çalışacaq.

Türkiyədə növbədənkənar prezident seçkiləri qədər, bu seçkilərin ehtimal nəticəsinin Bakı-Ankara münasibətlərinə təsiri də diqqət çəkir. Qeyd etmək olar ki, Türkiyədə seçkilərin nəticəsi iki ölkə münasibətlərinə təsir etməyəcək. Məsələ ondadır ki, münasibətlər hansısa partiya ya da şəxsin üzərində deyil, çoxşaxəli sistem, habelə tarixi etnik bağlar əsasında qurulub. R.T.Ərdoğan və AKP dövrü münasibətlərin zirvə nöqtəsi olsa da, sonrasında münasibətlərin pozulacağını gözləmək sadəlövhlükdür.

Misal üçün, İsrail Prezidenti İshaq Hersoq COP29-da iştirak üçün 19 noyabrda Bakıya planlaşdırılan səfərini ləğv edib. Məlum olub ki, Türkiyə hökuməti Hersoqun Bakıya uçması üçün hava məkanından istifadəyə icazə verməyib. Suriya, İraq və İran üzərindən uçuşun təhlükəli olması da nəticə etibarilə planlaşdırılan səfərin ləğvinə səbəb olub.

Bu və bu kimi hallar belə iki ölkənin münasibətlərinə zərər vurmur. Tərəflər hər dəfə ortaq məxrəcə gələ bilir. Bu mənada sabah CHP ya da başqa bir partiya iqtidara gələrsə, Azərbaycan-Türkiyə münasibətləri pozulmayacaq. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Saxta həkimləri paylaşdı  səhifəsi bağlandı like
  • 19 Noy 21:12  
Şou-biznes Saxta həkimləri paylaşdı səhifəsi bağlandı

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb.

arrow Ətraflı
Aqil Abbasın vəzifədən çıxarılan oğlu ədliyyə polkovniki oldu like
  • 19 Noy 21:06  
Digərləri Aqil Abbasın vəzifədən çıxarılan oğlu ədliyyə polkovniki oldu

Deputat Aqil Abbasın polis rəisi vəzifəsindən azad edilən oğlu Tuncay Abb

arrow Ətraflı
Berbok Bakıya gəlir like
  • 19 Noy 21:06  
Dünya Berbok Bakıya gəlir

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfər edəcək

arrow Ətraflı
Türkiyəli müğənnilərin yeni il qazancı like
  • 19 Noy 20:58  
Şou-biznes Türkiyəli müğənnilərin yeni il qazancı

Türk müğənnilərin bu Yeni ildə alacağı qonorarlar müəyyənləşib.

arrow Ətraflı
Bəyə həyatının şoku: toydan yarım saat əvvəl gəlini like
  • 19 Noy 20:50  
Dünya Bəyə həyatının şoku: toydan yarım saat əvvəl gəlini

Gəlinin toydan yarım saat əvvəl etdiyi xəyanətə görə, məclis ləğv ed

arrow Ətraflı
Efirdə səsi bir neçə dəfə KƏSİLDİ: "Ayıb olsun, sənə" like
  • 19 Noy 20:38  
Digərləri Efirdə səsi bir neçə dəfə KƏSİLDİ: "Ayıb olsun, sənə"

Müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Rəngarəng" verilişində

arrow Ətraflı
"Sən Allah qurtarın, psixologiyam POZULDU"  VİDEO like
  • 19 Noy 20:16  
Şou-biznes "Sən Allah qurtarın, psixologiyam POZULDU" VİDEO

Rejissor və aktyor Kənan MM (Mahmudov) izləyicilərinə əsəbiləşib.

arrow Ətraflı
Gəncə Dövlət Filarmoniyasinda "Təbiətin səsi" adlı sərgi baş tutub  FOTO like
  • 19 Noy 20:15  
Kriminal Gəncə Dövlət Filarmoniyasinda "Təbiətin səsi" adlı sərgi baş tutub FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı

arrow Ətraflı
101 minlik qızılı Azərbaycana keçirmək istədi like
  • 19 Noy 20:11  
Kriminal 101 minlik qızılı Azərbaycana keçirmək istədi

məhkBakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi

arrow Ətraflı
Azərbaycanda məşhur bank CƏRİMƏLƏNDİ like
  • 19 Noy 20:05  
Digərləri Azərbaycanda məşhur bank CƏRİMƏLƏNDİ

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Beynəlxalq Bankı" AS

arrow Ətraflı
"İfritə qaynana" bu dəfə Ezigi Molaya like
  • 19 Noy 19:59  
Şou-biznes "İfritə qaynana" bu dəfə Ezigi Molaya

Türkiyəli aktrisa Nur Sürerin yeni layihəsi izləyicilərini sevindirəcək.

arrow Ətraflı
Ən gec qocalan like
  • 19 Noy 19:47  
Digərləri Ən gec qocalan

Bəzi bürclər təkcə zahiri görkəmləri ilə deyil, daxili enerjiləri ilə

arrow Ətraflı
Quterreş COP29la bağlı “G20” ölkələrinə səsləndi: like
  • 19 Noy 19:43  
Dünya Quterreş COP29la bağlı “G20” ölkələrinə səsləndi:

Qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmasa

arrow Ətraflı
"Rusiya vakum bombalarından istifadə edə bilər" like
  • 19 Noy 19:38  
Dünya "Rusiya vakum bombalarından istifadə edə bilər"

Bu yaxınlarda yenilənmiş nüvə doktrinası Rusiyaya Ukraynadakı münaqişə

arrow Ətraflı
Xamenei gedir, yerinə like
  • 19 Noy 19:31  
Digərləri Xamenei gedir, yerinə

İranda ölkənin 85 yaşlı Ali Rəhbəri Seyid Əli Xameneinin siyasi varisi i

arrow Ətraflı