BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib


Siyasət 19 Noy 2024 10:13:00 101 0

BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib

BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən A/C.3/79/L.35 nömrəli, "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilir ki, BMT-yə üzv olan 56 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub. Azərbaycan 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəllifidir.

Məlumata görə, qətnamədə, silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunur. Qətnamədə, həmçinin itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.

Qətnamə silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır.

Bu il qəbul olunan qətnamədə ilk dəfə olaraq həmçinin minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsi ilə bağlı narahatlıqlar ifadə olunur və dövlətləri insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq etməyə çağırır.

XİN-dən qeyd edilib ki, "İtkin düşmüş şəxslər" məsələsi Azərbaycanın gündəliyində mühüm yer tutur:

"1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4000-ə qədər azərbaycanlı itkin düşüb. 6 Azərbaycan vətəndaşı isə 2020-ci ildə Vətən müharibəsi zamanı itkin düşüb.

2023-cü ildən etibarən ölkəmiz də bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil edir. 2-3 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfransın Bəyannaməsi rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb".

Əlavə edilib ki, son illərdə itkin düşmüş şəxslərin axtarışı və kimliyinin müəyyən olunmasının səmərəliliyini əhəmiyyətli dərəcədə artıran texnoloji irəliləyişlərə baxmayaraq, statistik məlumatlar dünyada itkin düşənlərin sayının kəskin şəkildə artdığını və sayın 212000-dən çox olduğunu göstərir. Bu faktların fonunda BMT Baş Assambleyasının "İtkin düşmüş şəxslər" adlı qətnaməsi beynəlxalq gündəlikdə öz aktuallığını saxlayır.

"Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsini prioritet qaydada davam etdirəcək", - məlumatda vurğulanıb.

Bir çox insan turşu ilə bağlı bu səhvə yol verir: hansı duzu seçmək lazımdır? like
  • 19 Noy 09:54  
Digərləri Bir çox insan turşu ilə bağlı bu səhvə yol verir: hansı duzu seçmək lazımdır?

Kələm turşusunun dadlı olub-olmaması ən azı istifadə olunan inqrediyentl

arrow Ətraflı
Van Dammın oğlu azərbaycanlı xanımının FOTOsunu paylaşdı like
  • 19 Noy 09:45  
Şou-biznes Van Dammın oğlu azərbaycanlı xanımının FOTOsunu paylaşdı

Hollivud aktyoru Jan Klod Van Dammın oğlu Kristofer həyat yoldaşı Suada Hac

arrow Ətraflı
Dünya bazarlarında neft bahalaşıb like
  • 19 Noy 09:40  
Digərləri Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neftin bahalaşması davam edir.

arrow Ətraflı
Limonu dondurub yesək nə baş verər?  Alimlərdən yeni "kəşf" like
  • 19 Noy 09:35  
Digərləri Limonu dondurub yesək nə baş verər? Alimlərdən yeni "kəşf"

Mütəxəssislər limonun bilinməyən təsirlərini açıqlayıblar.

arrow Ətraflı
Dollar almaq istəyənlərin nəzərinə like
  • 19 Noy 09:30  
Digərləri Dollar almaq istəyənlərin nəzərinə

Azərbaycan Mərkəzi Bankı (AMB) 19 noyabr tarixindən etibarən valyuta məz�

arrow Ətraflı
Lukaşenkodan sərt addım: 21 hərbi qulluqçu və... like
  • 19 Noy 09:22  
Dünya Lukaşenkodan sərt addım: 21 hərbi qulluqçu və...

Belarus Prezidenti Aleksandr Lukaşenko 21 hərbi qulluqçu və xüsusi xidmət

arrow Ətraflı
Livan və “Hizbullah” ABŞnin atəşkəs təklifi ilə razılaşıb like
  • 19 Noy 09:16  
Dünya Livan və “Hizbullah” ABŞnin atəşkəs təklifi ilə razılaşıb

Livan və "Hizbullah" ABŞ-nin İsraillə atəşkəsə dair təklif et

arrow Ətraflı
Ancelina Colinin həyatındakı 2ci "Bred Pit" like
  • 19 Noy 09:09  
Digərləri Ancelina Colinin həyatındakı 2ci "Bred Pit"

48 yaşlı Oskar mükafatçısı aktrisa Ancelina Coli 16 yaşlı oğlu Noks il�

arrow Ətraflı
Tbilisidə polis aksiyaçılara güc tətbiq etdi  VİDEO like
  • 19 Noy 09:00  
Digərləri Tbilisidə polis aksiyaçılara güc tətbiq etdi VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusitəyinatlı polis bölmələri T

arrow Ətraflı
“Rusiyanın qərbə cavabı səsküylü olacaq”  Zaxarova like
  • 19 Noy 08:50  
Digərləri “Rusiyanın qərbə cavabı səsküylü olacaq” Zaxarova

"Qərbin Rusiya ərazisinə raket hücumlarına Moskvanın cavabı adekvat

arrow Ətraflı
Nəvəsi milyonçu Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonlarından danışdı... like
  • 19 Noy 08:38  
Digərləri Nəvəsi milyonçu Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonlarından danışdı...

"Bu il babam - neft milyonçusu-xeyriyyəçi Ağa Musa Nağıyevin anadan o

arrow Ətraflı
Tramp ABŞdə fövqəladə vəziyyət elan edə bilər like
  • 19 Noy 08:24  
Dünya Tramp ABŞdə fövqəladə vəziyyət elan edə bilər

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkəd�

arrow Ətraflı
Milli Məclisin vəzifəli şəxsi öldü  FOTO like
  • 19 Noy 08:18  
Digərləri Milli Məclisin vəzifəli şəxsi öldü FOTO

Milli Məclisin Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə

arrow Ətraflı