Pakistanın baş naziri təyyarə qəzası ilə bağlı başsağlığı verib
Siyasət 26 Dek 2024 20:26:00 53 0
Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı vermək üçün Azərbaycanın İslamabaddakı səfirliyinə gedib.
Bu xəbəri də oxu: Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevə başsağlığı verib
Bu barədə Trend baş nazirin ofisinə istinadən xəbər verir.
"2024-cü il dekabrın 26-da hökumət başçısı Azərbaycanın səfiri Xəzər Fərhadovla görüşüb və başsağlığı kitabına bu çətin anda Azərbaycan xalqına dəstəyini qeyd edib", - məlumatda bildirilir.
Məhəmməd Şahbaz Şərif həmrəyliyin vacibliyini qeyd edib və Pakistanın faciə ilə bağlı lazımi yardımı göstərməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.
Göyçay rayonunun 7 saylı tam orta məktəbində təhsil alan bir şagird dil-
Zülal həmişə bədənimiz üçün vacib bir komponent olmuşdur, çünki o, �
Ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərni�
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 30-a qə
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo Prezident İlham
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məh
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilinin dam örtüyünün üzərind�
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Aktauda qəzaya uğrayan AZAl-a məxsus sərnişin təyyarəsində olan Mahir Ca
Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım vəhüquqi münasibə
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Suriyadakı müvəqqəti hökumət iki universitetin adını dəyişdirib.
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prez