Təyyarə qəzasında yaralanan Azərbaycan vətəndaşları "Yeni Klinika"ya gətirilib
Digərləri 26 Dek 2024 20:00:00 59 0
Ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində yaralanan 7 Azərbaycan vətəndaşları "Yeni Klinika"ya gətirilib.
Bu xəbəri də oxu: Azərbaycanda bu dərman apteklərdən yığışdırıldı
Trend xəbər verir ki, yaralılar FHN-nin amfibiya tipli təyyarəsi ilə ölkəyə gətirilib.
Məlumata görə, onlar həkimlərin və psixoloqların köməyi ilə gətirilib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 30-a qə
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo Prezident İlham
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məh
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilinin dam örtüyünün üzərind�
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Aktauda qəzaya uğrayan AZAl-a məxsus sərnişin təyyarəsində olan Mahir Ca
Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım vəhüquqi münasibə
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Suriyadakı müvəqqəti hökumət iki universitetin adını dəyişdirib.
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prez
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabr
"Azərbaycan Hava Yolları" QSC-nin Aktauda qəzaya uğrayan təyyarə