Ağdamın düşməndən azad olunması Zəfər tarixinin mühüm hadisəsidir


Siyasət 19 Noy 2024 10:39:00 100 0

Ağdamın düşməndən azad olunması Zəfər tarixinin mühüm hadisəsidir

İkinci Qarabağ müharibəsində əldə olunan Qələbənin ən mühüm hadisələri sırasında 10 noyabr 2020-ci ildə Üçtərəfli bəyanatın imzalanmasından on gün sonra noyabrın 20-də Ağdam rayonunun işğalına son qoyulması xüsusi qeyd edilməlidir. 

Ağdam uğrunda 42 gün davam edən döyüşlər 1993-cü il 23 iyul tarixində rayonun ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün vəziyyətinə düşmüşdür. Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə vətəndaşımız yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. 

Ağdamın işğalını qətiyyətlə pisləyən BMT-nin Təhlükəsizlik Şurası 1993-cü il 29 iyul tarixində 853 saylı qətnamə qəbul edərək, "işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını" tələb etmişdir. Təəssüf ki, bu qətnamə yalnız kağız üzərində qalaraq, icra olunmamışdır. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhraman Azərbaycan Ordusu beynəlxalq hüququ döyüş meydanında bərpa etmişdir. Tarixi Zəfərin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir və həmin Sərəncama uyğun olaraq 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. 

Ağdamda hazırda mühüm quruculuq işləri həyata keçirliir və 2021-ci 28 may tarixində ictimaiyyətə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərdə 5 məhəllənin yaradılması nəzərdə tutulur və hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır, bundan sonra isə paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. 

Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü 

Türkiyədə çoban faciəvi şəkildə öldü like
  • 19 Noy 10:36  
Digərləri Türkiyədə çoban faciəvi şəkildə öldü

Türkiyədə çobanların üstünə qaya parçası düşüb.

arrow Ətraflı
Ceyhun Hüseynzadə bu agentliyə müavin təyin olundu like
  • 19 Noy 10:28  
Digərləri Ceyhun Hüseynzadə bu agentliyə müavin təyin olundu

Ceyhun Şirzad oğlu Hüseynzadə İnformasiya Kommunikasiya Texnologiyaları Ag

arrow Ətraflı
Benzinin qiyməti ilə bağlı like
  • 19 Noy 10:24  
Digərləri Benzinin qiyməti ilə bağlı

Aİ-95 markalı benzinin bir neçə aydır ki, Azərbaycanda istehsalına başla

arrow Ətraflı
Sosial yardım nə qədər artırılacaq? like
  • 19 Noy 10:20  
Digərləri Sosial yardım nə qədər artırılacaq?

"Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdır�

arrow Ətraflı
Bir çox insan turşu ilə bağlı bu səhvə yol verir: hansı duzu seçmək lazımdır? like
  • 19 Noy 09:54  
Digərləri Bir çox insan turşu ilə bağlı bu səhvə yol verir: hansı duzu seçmək lazımdır?

Kələm turşusunun dadlı olub-olmaması ən azı istifadə olunan inqrediyentl

arrow Ətraflı
Van Dammın oğlu azərbaycanlı xanımının FOTOsunu paylaşdı like
  • 19 Noy 09:45  
Şou-biznes Van Dammın oğlu azərbaycanlı xanımının FOTOsunu paylaşdı

Hollivud aktyoru Jan Klod Van Dammın oğlu Kristofer həyat yoldaşı Suada Hac

arrow Ətraflı
Dünya bazarlarında neft bahalaşıb like
  • 19 Noy 09:40  
Digərləri Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neftin bahalaşması davam edir.

arrow Ətraflı
Limonu dondurub yesək nə baş verər?  Alimlərdən yeni "kəşf" like
  • 19 Noy 09:35  
Digərləri Limonu dondurub yesək nə baş verər? Alimlərdən yeni "kəşf"

Mütəxəssislər limonun bilinməyən təsirlərini açıqlayıblar.

arrow Ətraflı
Dollar almaq istəyənlərin nəzərinə like
  • 19 Noy 09:30  
Digərləri Dollar almaq istəyənlərin nəzərinə

Azərbaycan Mərkəzi Bankı (AMB) 19 noyabr tarixindən etibarən valyuta məz�

arrow Ətraflı
Lukaşenkodan sərt addım: 21 hərbi qulluqçu və... like
  • 19 Noy 09:22  
Dünya Lukaşenkodan sərt addım: 21 hərbi qulluqçu və...

Belarus Prezidenti Aleksandr Lukaşenko 21 hərbi qulluqçu və xüsusi xidmət

arrow Ətraflı
Livan və “Hizbullah” ABŞnin atəşkəs təklifi ilə razılaşıb like
  • 19 Noy 09:16  
Dünya Livan və “Hizbullah” ABŞnin atəşkəs təklifi ilə razılaşıb

Livan və "Hizbullah" ABŞ-nin İsraillə atəşkəsə dair təklif et

arrow Ətraflı
Ancelina Colinin həyatındakı 2ci "Bred Pit" like
  • 19 Noy 09:09  
Digərləri Ancelina Colinin həyatındakı 2ci "Bred Pit"

48 yaşlı Oskar mükafatçısı aktrisa Ancelina Coli 16 yaşlı oğlu Noks il�

arrow Ətraflı
Tbilisidə polis aksiyaçılara güc tətbiq etdi  VİDEO like
  • 19 Noy 09:00  
Digərləri Tbilisidə polis aksiyaçılara güc tətbiq etdi VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusitəyinatlı polis bölmələri T

arrow Ətraflı