Peloni Azərbaycandan qaçıdı
Siyasət 18 Noy 2024 08:27:00 78 0
Azərbaycan xalqını təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Peloni artıq ölkəni tərk edib.
Bu xəbəri də oxu: Türkiyə XİN Azərbaycanı təbrik etdi
Son.az xəbər verir ki, bu barədə APA-ya diplomatik mənbələrdən məlumat daxil olub.
Qeyd edək ki, F.Peloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olmuşdu.
APA diplomatik mənbələrdən dəqiqləşdirib ki, əslində, Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıb. Bu məqsədlə o, ötən şənbə günü - günorta Bakıya gəlib, həftəsonunu Bakını gəzməklə, qeyri-rəsmi görüşlər keçirməklə yaddaqalan etməyə çalışıb.
Lakin Bakıda hava limanında Azərbaycan mediasına yaxalanan Frank Peloni sualları cavablandırmayıb. Onun gəlişindən xəbər tutan yerli QHT rəhbərləri və ictimai fəallar isə qalacağı otelin qarşısına toplaşıblar. Onların dağılışmasını gözləmək üçün ABŞ konqresmeni marşrutunu dəyişib, otelə getməyib, qəfil COP29-da görünüb. Burada yerli media ondan Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər maliyyə alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə maraqlanıb. F.Peloni sualları cavablandırmadan COP29-un arxa otaqlarında jurnalistlərdən gizlənməyə çalışıb. Ona ABŞ-ın qanunvericilik orqanından təmsilçilərin iştirakı ilə COP29-da keçirilən brifinqdə iştirak təklif olunsa da, ictimai qəzəblə qarşılanan F.Peloni Azərbaycan mediasının sualları ilə üzləşməkdən ehtiyat edərək Bakıda brifinqə qatılmaqdan imtina edib. Onu oteldə Azərbaycanın bir qrup qəzəbli QHT rəhbərləri və ictimai fəalları etiraz aksiyası ilə qarşılayıb. "Pellone, rədd ol!", "Azərbaycan xalqından üzr istə!" şüarları ilə üzləşən ABŞ konqresmeni otelə mühafizəçilərinin və yerli hüquq mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilib və bütün görüşlərini ləğv edib.
Frank Peloni Azərbaycan xalqının hiddətindən ehtiyat etdiyi üçün oteldən bayıra çıxa bilməyib. Dünən növbəti dəfə Azərbaycan QHT təmsilçilərinin və ictimai fəallarının Peloninin qaldığı otelin qarşısında "Pellone, rədd ol!", "Pellone - sərhəd pozucusu", "Pellone, cavab ver" şüarları ilə etiraz aksiyasından sonra Bakıya səfərini yarımçıq qoyaraq qaçmağa çalışıb.
Oteldə çoxsaylı xarici qonaqlar olduğundan içəridə də pərt vəziyyətinə düşüb, lakin oteldən çıxmağa da qorxub.
Onun otel pəncələrindən yaxınlıqda görünən Hərbi Qənimətlər Parkında və Zəfər Tağında Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan Vətən müharibəsi və antitterror əməliyyatı ilə "Böyük Ermənistan mifi"nin necə məhv olmasını ürək ağrısı ilə izlədiyi, otelin belə yerdə seçiminə görə köməkçilərini sərt danladığı da bildirilir.
Peloninin hava işıqlanmamış - səhərəyaxın oteli xəlvət tərk edərək birbaşa hava limanına gəldiyi, xüsusi çarter reysi ilə Bakını tərk etdiyi bildirilir. Beləliklə, Frank Peloninin Azərbaycana səfəri rüsvayçılıqla yadda qalıb.
Xatırladaq ki, F.Peloni ABŞ-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi məşhurdur. Onun fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. F.Peloni ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məşhur türk yutuber və komediyaçı Ali Biçim yeni sevgilisi ilə tətilə
Ağdamda ər arvadına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb
Rusiyanın məşhur "Na-Na" qrupunun keçmiş solisti Vladimir Levkin
Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habek BMT-nin İqlim
07:01 Nəsimi rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət ala
Qulaqcıqlardan həddindən artıq istifadə bir sıra sağlamlıq problemlərin
Meditasiyaya başlamaq istəyirsinizsə, sadə addımlarla ilkin təcrübəni qa
Stress, hər addımda bizi müşayiət edən həyatın qaçılmaz hissəsidir. �
Qara pişik cinsləri arasında bir çox insanın düşündüyündən daha çox
Əməkdar artist Lalə Məmmədova yeni fotosessiyası ilə diqqət çəkib.
Harbin Tibb Universitetinin Çin alimləri təbii spermidin maddəsi ilə depres
Sentyabr ayında Toyota Corolla Tesla Model Y elektrik avtomobilini keçərək 2