Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır


Siyasət 03 Yan 2025 10:58:00 98 0

Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır

Azərbaycan Cənub və Şərqi Avropa ölkələri ilə iqtisadi əlaqələrini fəal şəkildə möhkəmləndirərək, regionla bağlı uzunmüddətli neft-qaz strategiyasını gerçəkləşdirir.

Strategiyanın əsas elementlərindən biri Cənub Qaz Dəhlizi (CQD) layihəsidir ki, bu da hazırkı geosiyasi kontekstdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 2024-cü ildə Azərbaycan qaz ixracını genişləndirərək, Sloveniya və Xorvatiyaya tədarükə başladı, Şimali Makedoniya və Slovakiya ilə əməkdaşlıq qurdu.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu böyükdür. 2022-ci ildə başlayan Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Avropa dövlətləri enerji mənbələrini şaxələndirmək ehtiyacını daha kəskin şəkildə hiss etdilər. Bu istiqamətdə Azərbaycan Avropa üçün əsas tərəfdaşlardan birinə çevrildi. 2024-cü ildə Azərbaycanın Avropaya qaz tədarükü 13 milyard kubmetrə çatdı ki, bu da 2021-ci ilin 8 milyard kubmetrlik göstəricisindən xeyli çoxdur. Ümumilikdə isə 2024-cü ildə qaz ixracı 25 milyard kubmetrdən çox oldu, halbuki 2021-ci ildə bu rəqəm 18 milyard kubmetr idi.

Bəhs etdiyimiz sahədəki nailiyyətlər qaz-nəqliyyat infrastrukturunun modernləşdirilməsi və qaz hasilatının artırılması üzrə Azərbaycanın səyləri sayəsində mümkün olub. Azərbaycanın energetika naziri Pərviz Şahbazov qeyd edib ki, tədarük marşrutlarının şaxələndirilməsi enerji bazarının sabitliyi üçün ən mühüm amildir. Hazırda Azərbaycan qazı 10 ölkəyə, o cümlədən, Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya ixrac edilir. Eyni zamanda, Sloveniya və Xorvatiya kimi yeni dövlətlərə tədarük də genişləndirilir.

2024-cü ilin əlamətdar hadisələrindən biri Azərbaycanın Sloveniya və Xorvatiyaya qaz ixracına başlaması oldu. İyul ayında SOCAR Sloveniya qaz şirkəti "Geoplin" ilə memorandum imzaladı və avqustun 1-dən qaz tədarükünə başladı. Sentyabr ayında isə Macarıstanın PPD və "MET Group" şirkətləri ilə Xorvatiyaya qaz tədarükü üzrə razılaşma əldə edildi. Bu təşəbbüslər Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirdi.

Daha bir mühüm addım Şimali Makedoniya ilə əməkdaşlıq oldu. 2024-cü ilin noyabrında SOCAR Şimali Makedoniyanın ESM səhmdar cəmiyyəti ilə enerji təhlükəsizliyini gücləndirmək üçün uzunmüddətli əməkdaşlıq haqqında memorandum imzaladı. Bu razılaşma 2024-2025-ci ilin qış mövsümündə qaz tədarükünün perspektivlərini əhatə edir.

Dekabr ayında isə Slovakiyaya "Həmrəylik Halqası" (STRING) təşəbbüsü çərçivəsində pilot qaz tədarükünə başlandı. Bolqarıstanın təşəbbüsü ilə başlayan bu layihə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanı birləşdirən modernləşdirilmiş qaz-nəqliyyat sistemidir. Layihənin iştirakçıları geniş yeraltı qaz anbarlarına malikdir ki, bu da Azərbaycanın qazını Avropaya sabit şəkildə tədarük etməyə imkan verir.

Bütün bunlara baxmayaraq, xarici siyasi çağırışlar və bəzi Avropa siyasətçilərinin təzyiqləri fonunda Azərbaycan enerji sahəsindəki öhdəliklərini ardıcıl olaraq yerinə yetirir. 2024-cü ildə qaz ixracı sahəsində əldə edilən uğurlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan strateji rolunu təsdiq edir.

Rəsmi Bakının şəksiz uğurlarından biri də Avropa İttifaqı ölkələrinə "mavi yanacaq" icracatı həcminin artırılmasıdır.

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 9,4 milyard kubmetr qaz ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,3% çoxdur. 2020-ci ilin dekabrında TAP boru kəmərinin işə salınmasından 2024-cü ilin sentyabrına qədər onun vasitəsilə 40 milyard kubmetrdən çox qaz nəql olunub. TAP-ın imkanlarının genişləndirilməsi 2026-cı ilin əvvəlində boru kəmərinin illik ötürmə qabiliyyətini 1,2 milyard kubmetr artırmağı planlaşdırır.

Azərbaycanın qazı artıq Sloveniya, Xorvatiya və Şimali Makedoniya kimi yeni ölkələrdə də mövcuddur. İnfrastruktur baxımından isə Bolqarıstanla Serbiyanı birləşdirən 170 kilometrlik Niş-Dimitrovqrad interkonnektoru istifadəyə verilib.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. 2022-ci ilin iyulunda imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq memorandumu 2028-ci ilə qədər Azərbaycan qazının Avropaya tədarükünü iki dəfə artırmağı nəzərdə tutur. SOCAR-ın məlumatına əsasən, Cənub Qaz Dəhlizinin modernləşdirilməsi üzrə layihələr daha çox ölkəni əhatə etməyə və onların enerji ehtiyaclarını ödəməyə imkan verəcək.

Beləliklə, Azərbaycan enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi öz mövqeyini gücləndirməkdə davam edir. Qaz tədarükünün həcminin artırılması, ixrac coğrafiyasının genişləndirilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi ölkəni Avropa İttifaqının enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevirir.

Dekabr 2024-cü ildə Slovakiya Azərbaycanın qaz nəqliyyat sisteminə qoşulan 12-ci Avropa ölkəsi oldu. Bu, SOCAR ilə "Slovensky Plynarensky Priemysel" (SPP) arasında imzalanmış qısamüddətli pilot müqavilə əsasında həyata keçirildi. 1 dekabrdan etibarən "Həmrəylik Halqası" (STRING) təşəbbüsü çərçivəsində qaz tədarükünə başlanıldı. Bu addım Azərbaycanın Avropaya təbii qaz təchizatı sahəsindəki mövqeyini daha da gücləndirərək Avropa İttifaqının enerji təhlükəsizliyini artırdı.

2023-cü ilin aprelində SOCAR ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya qaz nəqliyyat sistemlərinin operatorları arasında Anlaşma Memorandumu imzalandı. Sənəd Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya modernləşdirilmiş "Həmrəylik Halqası" infrastrukturu vasitəsilə nəqlini təmin edən əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi. STRING təşəbbüsü çərçivəsində Slovakiyanın qaz tədarükünə qoşulması ilə Azərbaycanın qaz təchizat potensialı daha da artdı. Slovakiya qaz və neft assosiasiyasının icraçı direktoru Rixar Kvasnevskiyə görə, layihənin ilkin mərhələsində tədarüklərin illik 5 milyard kubmetr olması planlaşdırılır.

Slovakiyanın Azərbaycan qazına marağı xüsusilə 2024-cü ildə Rusiya qazının Ukrayna vasitəsilə tranzit tədarük müqaviləsinin başa çatması ilə daha da artdı. Slovakiya yeni enerji mənbələri axtarışına çıxaraq, qaz anbarlarının və mövcud boru kəmərlərinin inkişaf etmiş şəbəkəsindən yararlanmaqla Azərbaycan qazını vacib alternativ kimi qəbul etdi.

Slovakiya ilə əməkdaşlıq perspektivləri bəzi çətinliklərlə üzləşir. SOCAR ilə SPP arasında mümkün əməkdaşlıq modelləri, o cümlədən, "Qazprom"dan alınan qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli müzakirə edilsə də, sanksiyalar və Rusiya ilə Aİ arasındakı siyasi gərginlik bu cür təşəbbüslərin həyata keçirilməsini çətinləşdirir. Digər tərəfdən, qaz tədarükünün genişləndirilməsi üçün infrastrukturun modernləşdirilməsi və Aİ səviyyəsində razılaşmalar tələb olunur.

Slovakiyanın CQD sisteminə hətta pilot rejimində qoşulması mühüm bir addımdır. Bu, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın strateji rolunu gücləndirir. SOCAR-ın məlumatına görə, 2023-cü ildə Avropaya qaz tədarükü 12 milyard kubmetr təşkil etmiş və 2027-ci ilə qədər bu rəqəmin 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. STRING təşəbbüsü Cənub-Şərqi Avropa ölkələrinin Azərbaycan qazı ilə dayanıqlı təchizatına imkan verərək, bölgədə yeni bir enerji dəhlizinin yaradılması üçün zəmin hazırlayır.

Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə iqtisadi mövqelərini möhkəmləndirərək, SOCAR-ın gəlirlərini artırır. Slovakiyanın Azərbaycan qazına qoşulması onun enerji təhlükəsizliyini artırmaqla yanaşı, regionda diversifikasiya səylərini dəstəkləyir.

Azərbaycan Avropanın enerji bazarında strateji tərəfdaş kimi mövqeyini gücləndirir və Avropa İttifaqı ilə əməkdaşlıqda əsas oyunçu olaraq çıxış edir. Slovakiyanın bu sistemə qoşulması Azərbaycanın enerji ixracı sahəsində artan əhəmiyyətini bir daha təsdiqləyir.

Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığı mürəkkəb geosiyasi çağırışlar fonunda inkişaf edir. Xüsusilə, 2024-cü ilin sonunda Rusiya qazının Ukrayna üzərindən tranziti üzrə müqavilənin başa çatması Slovakiya və Çexiya üçün alternativ tədarüklərə marağı artırıb. Bu vəziyyət Azərbaycanın qarşısında yeni imkanlar açır, lakin həm də Aİ və Rusiya səviyyəsində, xüsusən də sanksiya təzyiqləri ilə bağlı çətin məsələlərin həllini tələb edir.

2022-ci ildə Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq memorandumu imzalandıqdan sonra CQD-in infrastrukturunun modernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə layihələr davam edir. Bu səylər çərçivəsində kompressor stansiyalarının modernləşdirilməsi, interkonnektorların tikintisi və Transadriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətinin artırılması nəzərdə tutulur. TAP-ın illik ötürmə qabiliyyəti artıq 2026-cı ilə qədər 1,2 milyard kubmetr qaz artırılacaq.

Azərbaycan Avropa enerji bazarında mövqelərini inamla möhkəmləndirərək, regionun enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Tədarük coğrafiyasının genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi və Cənub və Şərqi Avropa ölkələri ilə uğurlu əməkdaşlıq Azərbaycanın qlobal enerji sahəsindəki strateji əhəmiyyətini artırır. Bu nailiyyətlər Bakı tərəfindən uzunmüddətli siyasətin nəticəsidir ki, bu da tədarük marşrutlarının şaxələndirilməsinə və etibarlılığın təmin edilməsinə yönəlib.

Göründüyü kimi, ölkəmiz sadəcə səbatlı və etibarlı enerji tərəfdaşı deyil, eyni zamanda beynəlxalq arenada nüfuzunu fasiləsiz artıraraq mövqelərini gücləndirən ölkə qismində çıxış edir.

Elçin Alıoğlu Trend

Manatın nominal effektiv məzənnəsi artdı like
  • 03 Yan 10:50  
Digərləri Manatın nominal effektiv məzənnəsi artdı

Ötən il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən

arrow Ətraflı
Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi like
  • 03 Yan 10:47  
Dünya Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sosial şəbəkələrdə yayılan �

arrow Ətraflı
Azərin son durumu açıqlandı like
  • 03 Yan 10:35  
Şou-biznes Azərin son durumu açıqlandı

Aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

arrow Ətraflı
Külək güclənib  FAKTİKİ HAVA like
  • 03 Yan 10:31  
Digərləri Külək güclənib FAKTİKİ HAVA

Yanvarın 03-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava

arrow Ətraflı
PKK iflas ərəfəsində: ya tərksilah, ya tam məhv like
  • 03 Yan 10:26  
Siyasət PKK iflas ərəfəsində: ya tərksilah, ya tam məhv

28 dekabr 2024-cü il kürd məsələsində əsaslı dəyişiklikləri qeyd edə

arrow Ətraflı
Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerləri  SİYAHI like
  • 03 Yan 10:20  
Digərləri Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerləri SİYAHI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqa

arrow Ətraflı
Ucuz avtomobil almaq istəyənlərə MÜJDƏ like
  • 03 Yan 10:15  
Digərləri Ucuz avtomobil almaq istəyənlərə MÜJDƏ

Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus nəqliyyat vasitələri h�

arrow Ətraflı
ABŞdə təyyarə binaya çırpıldı – Ölənlər və yaralananlar var – like
  • 03 Yan 10:08  
Dünya ABŞdə təyyarə binaya çırpıldı – Ölənlər və yaralananlar var –

ABŞ-nin Kaliforniya ştatının Fullerton şəhərində kiçikhəcmli təyyarə

arrow Ətraflı
"Tramp Putini dayandırmağa qadirdir" like
  • 03 Yan 09:58  
Dünya "Tramp Putini dayandırmağa qadirdir"

Amerika Birləşmiş Ştatlarının gələcək prezidenti Donald Tramp Rusiya li

arrow Ətraflı
2025ci ildə bürcləri nələr gözləyir?  Hazırlıqlı olun like
  • 03 Yan 09:47  
Digərləri 2025ci ildə bürcləri nələr gözləyir? Hazırlıqlı olun

2025-ci ilə sayılı günlər qalıb. Bir çox insan qarşıdan gələn ildə o

arrow Ətraflı
Avtomobil təkəri almadan əvvəl bu məlumatları bilməlisiniz like
  • 03 Yan 09:40  
Digərləri Avtomobil təkəri almadan əvvəl bu məlumatları bilməlisiniz

Avtomobil təkəri alarkən nələrə diqqət yetirmək lazımdır?

arrow Ətraflı
Moldova Ermənistanın aviaşirkətinin uçuşlarına qadağa qoymaq istəyir like
  • 03 Yan 09:33  
Dünya Moldova Ermənistanın aviaşirkətinin uçuşlarına qadağa qoymaq istəyir

Moldova hakimiyyəti bir sıra ölkələrin, o cümlədən Ermənistan və Rusiy

arrow Ətraflı
Tokayev AZALın qəzaya uğrayan təyyarəsinin “qara qutu”sundan danışdı like
  • 03 Yan 09:24  
Digərləri Tokayev AZALın qəzaya uğrayan təyyarəsinin “qara qutu”sundan danışdı

"AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau �

arrow Ətraflı
Almaniyada partlayış  2 polis əməkdaşı yaralandı like
  • 03 Yan 09:15  
Dünya Almaniyada partlayış 2 polis əməkdaşı yaralandı

Berlində polis idarəsinin yaxınlığında partlayış baş verib .

arrow Ətraflı
Kolbasanın uşaqlar üçün dəhşətli like
  • 03 Yan 08:59  
Digərləri Kolbasanın uşaqlar üçün dəhşətli

"İşlənmiş ət xərçəngə səbəb ola bilər. Çünki bişirmə proses

arrow Ətraflı