Türkiyənin bu ölkə ilə gərginliyi Bakıya təsir edir
Siyasət 18 Noy 2024 22:16:00 107 0
Türkiyənin hava sahəsi İsrail təyyarələrinə bağlı olduğuna görə bu ölkənin prezidenti (İshaq Hersoq) Bakıda keçirilən COP29 tədbirində iştirak edə bilmədi. Halbuki İsrail tərəfi Türkiyə hava məkanının onlar üçün bağlı olduğunu əvvəlcədən bildiyinə görə, bu ölkənin rəhbəri daha uzun məsafə olsa da, fərqli ölkələrin hava sahəsindən istifadə edərək Bakıdakı tədbirə qatıla bilərdi.
Son.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bütün hallarda son olay Türkiyə-İsrail münasibətlərindəki gərginliyin Azərbaycana da təsir etdiyini göstərdi:
"Bu arada, İsrail-Türkiyə informasiya müharibəsinin son nümunəsi də diqqəti çəkib. Xəbər yayılıb ki, fikir ayrılığına görə HƏMAS təşkilatının siyasi rəhbərliyi Qətər paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb. İsrail mediası dərhal xəbər yayıb ki, HƏMAS mərkəzi ofisini Türkiyəyə köçürüb. Bu xəbər ətrafında geniş müzakirələr başlayarkən, Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb.
Beləliklə, iki ölkə arasında qarşıdurma səngimək bilmir. Bu qarşıdurma nə qədər tez bitərsə, Azərbaycan üçün bir o qədər faydalı olar".
Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoqun COP29 üçün Bakıya səfəri ləğv edilib. Buna səbəb Türkiyə hava məkanını Hersoqun təyyarəsi üçün açmaması olub. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa c
Gürcüstanda azərbaycanlıların kopmakt yaşadığı Marneuli şəhərində a
Abşeronun Masazır ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, 6 n
Nazilə Səfərlinin qarğıdalı saçağını yeməsi başına iş açıb.
Böyük görücü nəinki gələcəyi proqnozlaşdırırdı, həm də astrologiy
Müəyyən qidaların müntəzəm qəbulu kolorektal xərçəngə tutulma riskin
İranda "siyasi" məhbusların azad edilməsi tələbi ilə dodaqları
Rusiyada mızıldanırlar ki, budur, Lukaşenko, çoxvektorluq... Yenə də bu s
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İ
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukrayna ilə bağlı ça
COP29 çərçivəsində keçirilən tədbirlərdə iqlim dəyişikliyinin insan
Müğənni Qumral MTV-də qonaq olduğu verilişdə maraqlı açıqlamalar verib
Rusiyanın Orenburq vilayətində yaşlı anasını döyən şəxsə qarşı iş