Etirazını dodaqlarını birbirinə tikərək bildirdi
Digərləri 18 Noy 2024 20:55:00 72 0
İranda "siyasi" məhbusların azad edilməsi tələbi ilə dodaqlarını tikən fəal Tehranda oturaq aksiyaya başlayacağını açıqlayıb.
Bu xəbəri də oxu: Azərbaycanda Həcc ziyarətinin qiyməti niyə bahadır? Şeyx cavab verdi
Son.az xəbər verir ki, Hüseyn Roneki adlı aktivist, X sosial media hesabında paylaşdığı mesajda "siyasi" məhbusların azadlığa buraxılmasını tələb edən, lakin tələbi yerinə yetirilməyəndə intihar etdiyi iddia edilən fəal Kiyanuş Sencerinin tələblərini davam etdirəcəyini bildirib. Bununla bağlı dodaqlarını tikərkən çəkilmiş fotosunu paylaşan Roneki Tehranın Vəliəsr küçəsinin bir küncündə təkbaşına oturaq aksiyaya başlayacağını açıqlayıb. Roneki mesajında "Gəlib oturanda məni apara bilərsən. Aparana qədər müqavimətim mənimdir. Kiyanuşun canını verdiyi dava üçün mübarizə aparacağam" deyib. İranda "siyasi" məhbusların azad olunmayacağı təqdirdə intihar edəcəyini açıqlayan fəal Sencerinin noyabrın 13-də intihar etdiyi iddia edilib. Senceri 2021-ci ildə etirazlar zamanı ictimai asayişi pozmaqda təqsirləndirilən və ölüm cəzasına məhkum edilən 3 nümayişçinin azadlığa buraxılmasını tələb edib. Yaxınları daha sonra Sencerinin "Heç kim öz fikrini ifadə etdiyi üçün həbs edilməməlidir" mesajından sonra intihar etdiyini açıqlayıb. Sosial şəbəkələrdə reaksiyalara səbəb olan bu hadisədən sonra müxaliflər ölkə rəhbərliyini günahlandırıblar. Tehran Cəza Məhkəməsinin sədri Məhəmməd Şəhriyari mətbuata açıqlamasında hadisənin şübhəli ölüm kimi araşdırıldığını və polisin binadakı təhlükəsizlik kamerası görüntülərini araşdırdığını bildirib. Sosial mediada bəzi fəallar Sencerinin öldürülə biləcəyini iddia ediblər. Səncərinin cənazəsi noyabrın 15-də Tehranın Beheşt-i Zəhra qəbiristanlığında dəfn edilib. /Demokrat.az
/Rusiyada mızıldanırlar ki, budur, Lukaşenko, çoxvektorluq... Yenə də bu s
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İ
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukrayna ilə bağlı ça
COP29 çərçivəsində keçirilən tədbirlərdə iqlim dəyişikliyinin insan
Müğənni Qumral MTV-də qonaq olduğu verilişdə maraqlı açıqlamalar verib
Rusiyanın Orenburq vilayətində yaşlı anasını döyən şəxsə qarşı iş
Astroloqlar deyirlər ki, bürcün beş əlaməti noyabrın 18-dən 24-ə kimi u
Sabahdan Bakıda E2 nömrəli ekspress marşrutu fəaliyyətə başlayacaq.
Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Tumanyan təyin edilib.
Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin alimləri müəyyən ediblər
Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə gündəmə gəlib.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə İsgəndər-M raket
Seçkilərdə uduzan Bayden Braziliyada Amazon meşələrinə gedib
Rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Kirill Fomenkov Mo