Yer kürəsini böyük təhlükə gözləyir Adil Qeybulla açıqladı
Dünya 18 Noy 2024 20:31:00 112 0
COP29 çərçivəsində keçirilən tədbirlərdə iqlim dəyişikliyinin insan sağlamlığına təsirləri də müzakirə olunur. Qeyd olunub ki, iqlim dəyişikliyi hər kəsin, xüsusilə də uşaqların sağlamlığı üçün böyük riskdir. Niderlandın gənclər və idman naziri Vinsent Karremans COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib ki, sağlamlıq və iqlim dəyişikliyi arasında çox əhəmiyyətli əlaqə var. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə apararkən və emissiyaları azaldarkən insan sağlamlığına da nəzər yetirmək lazımdır: "Misal olaraq, Avropanın ən böyük limanı olan Rotterdamda güclü yağış və ekstremal istiliklə mübarizə aparmaq üçün daha çox "yaşıl" infrastruktur üzərində işləyirik. Yaşıllıqların çox olmasının böyük faydası var. Çünki bu, təmiz hava yaradır, insanları idmanla məşğul olmağa, uşaqları oynamağa, qaçmağa sövq edir. Bu gün Niderlandın Səhiyyə Nazirliyi bu istiqamətdə layihələri maliyyələşdirir və dəstəkləyir, çünki bu, iqlim dəyişikliyi ilə mübarizədə çox aktual məsələdir", - deyə niderlandlı nazir vurğulayıb.
Bu xəbəri də oxu: Quterreş Azərbaycana başsağlığı verdi
Son.az bildirir ki, Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, iqlim problemləri davam edərsə, insanlıq və bəşəriyyət böyük təhlükə ilə üzləşə bilər: "Əslində bu prosesin adı iqlim dəyişikliyi yox, başqa cür qoyulmalıdır. Bu, Yer kürəsinin istilik tənzimlənməsinin pozulmasıdır. Bu, insan fəaliyyətinin nəticəsidir. Sənayeləşmə, avtomobillərdən istifadənin çoxalması və digər çoxsaylı səbəblərdən karbon qazı havaya buraxılır. Bu proseslər fonunda atmosferin çirklənməsi addımbaddım davam edir. İnsanlar özləri iqlim dəyişikliklərində birbaşa günahkardırlar, flora və faunanı məhv edirlər. Bu da onların özlərinə qarşı çevrilir. İqlim dəyişikliyinin qarşısını almaq üçün müzakirə olunan tədbirlər yetərli deyil. Biz yeni üsullar tapmalıyıq, alternativ enerji mənbələri tapmalıyıq. Bununla yanaşı insanların təbiətə qarşı vəhşi münasibətinə ciddi nəzarət olunmalıdır. Əks halda, Yer kürəsi böyük təhlükə qarşısında qalacaq. Əgər temperatur 2 dərəcədən çox artarsa, Yer kürəsinin relyefi dəyişə bilər".
Müğənni Qumral MTV-də qonaq olduğu verilişdə maraqlı açıqlamalar verib
Rusiyanın Orenburq vilayətində yaşlı anasını döyən şəxsə qarşı iş
Astroloqlar deyirlər ki, bürcün beş əlaməti noyabrın 18-dən 24-ə kimi u
Sabahdan Bakıda E2 nömrəli ekspress marşrutu fəaliyyətə başlayacaq.
Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Tumanyan təyin edilib.
Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin alimləri müəyyən ediblər
Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə gündəmə gəlib.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə İsgəndər-M raket
Seçkilərdə uduzan Bayden Braziliyada Amazon meşələrinə gedib
Rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Kirill Fomenkov Mo
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, COP29 çərçivəsind�
Abşeron rayonunda hündürlükdən yıxılan 42 yaşlı fəhlə ölüb.
Çoxumuz xəstələnən kimi həkimdən öncə dədə-baba, nənə-bibi üsulunu
Aktrisa Pərvin Abıyeva illər öncə səsləndirdiyi "Qardaşıma özüm