Doğuşdan sonra ana ölümünün səbəbi AÇIQLANDI: qıcolmalar müşahidə olundu


Digərləri 13 Yan 2025 17:37:00 72 0

Doğuşdan sonra ana ölümünün səbəbi AÇIQLANDI: qıcolmalar müşahidə olundu

Akademik Mirqasımov adına Klinik Xəstəxanada Rübab Dadaşova adlı qadının doğuşdan sonra ölməsi ilə bağlı məlumat yayılıb. İddia edilib ki, hamilə qadın anamnez götürülmədən əməliyyata alınıb. Uşaq doğulduqdan sonra qadının epilepsiyası olub və ona naməlum iynə vurulub. Komaya girən R.Dadaşova yanvarın 2-i ölüb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1 yanvar 2025-ci il saat 16:40 radələrində 2001-ci il təvəllüdlü, 37-38 həftəlik hamilə olan şəxs Respublika Klinik Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.

"Qadın ilk doğuşunun qeysəriyyə kəsiyi əməliyyatı ilə həyata keçirildiyini, əvvəlki qeysəriyyə çapığı bölgəsində şiddətli ağrılar hiss etdiyini bildirib.

Pasiyentin ilkin müayinəsi aparılıb, zəruri laborator və instrumental analizlər yerinə yetirilib. Təcili olaraq əməliyyata alınan xəstədə əməliyyatın son mərhələlərində qıcolmalar müşahidə edilib. Bu səbəblə xəstəyə sedasiya tətbiq edilərək təcili olaraq Reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində də qıcolmalar davam edərək, vəziyyəti daha da ağırlaşan xəstəyə intubasiya tətbiq olunub, lakin qıcolmaların qarşısını almaq mümkün olmayıb. Ağırlaşmanın fonunda aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ölüm faktı qeydə alınıb.

Dəqiq diaqnozun təsdiqi üçün reanimasiya və əməliyyat zamanı toplanan klinik məlumatlar, histopatoloji və laborator analizlər həlledici rol oynayacaq. Hazırda bu səbəblərin araşdırılması, tam dəyərləndirilməsi üçün müvafiq istintaq və tibbi ekspertiza prosesi davam edir", - məlumatda bildirilib.

Qeyd edilib ki, sözügedən şəxsin boyu 52 sm, çəkisi 3 kq. 400 qr. olan qız övladı dünyaya gəlib. Zəruri tibbi xidmətlər göstərilən, vəziyyəti qənaətbəxş olan körpə ambulator müalicə üçün evə buraxılıb.

Mustafa Sandal keçmiş arvadı ilə barışdı like
  • 13 Yan 17:29  
Şou-biznes Mustafa Sandal keçmiş arvadı ilə barışdı

Məşhur müğənni Mustafa Sandal və həyat yoldaşı Melis Sütşurup arasın

arrow Ətraflı
Bakıda ağır qəza  ANBAAN VİDEO like
  • 13 Yan 17:20  
Digərləri Bakıda ağır qəza ANBAAN VİDEO

Bakıda baş verən ağır qəzanın görüntüsü yayılıb.

arrow Ətraflı
Putin Pezeşkianla mühüm saziş imzalayacaq like
  • 13 Yan 17:13  
Dünya Putin Pezeşkianla mühüm saziş imzalayacaq

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian yanvar�

arrow Ətraflı
Bu istiqamətə əlavə qatar reysləri olacaq like
  • 13 Yan 17:00  
Digərləri Bu istiqamətə əlavə qatar reysləri olacaq

Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək m

arrow Ətraflı
Rusiyada hospital yanır  VİDEO like
  • 13 Yan 16:53  
Dünya Rusiyada hospital yanır VİDEO

Rusiyanın Tula şəhərindəki hərbi xəstəxanada yanğın baş verib.

arrow Ətraflı
Bakı aeroportunda ÖLÜM like
  • 13 Yan 16:48  
Digərləri Bakı aeroportunda ÖLÜM

Türkiyə vətəndaşı Bakıda ölüb. 

arrow Ətraflı
Putini o canlandıracaq like
  • 13 Yan 16:42  
Şou-biznes Putini o canlandıracaq

İngilis aktyor Jude Law-un yeni layihəsi böyük maraq doğurub.

arrow Ətraflı
Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib  FOTO like
  • 13 Yan 16:41  
Kriminal Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
Ölümlərə səbəb olan həkimləri və klinikaları hansı cəza gözləyir? like
  • 13 Yan 16:24  
Digərləri Ölümlərə səbəb olan həkimləri və klinikaları hansı cəza gözləyir?

Burun əməliyyatı keçirən Nəzrin Mansurovanın komaya düşərək vəfat et

arrow Ətraflı
"Vaqa" ilə bağlı qərar verildi like
  • 13 Yan 16:23  
Kriminal "Vaqa" ilə bağlı qərar verildi

"TikTok" əməliyyatında həbs edilən "Vaqa" ləqəbli tik

arrow Ətraflı
Ulduz aktrisanın yaxın dostu da yanğında öldü like
  • 13 Yan 16:15  
Şou-biznes Ulduz aktrisanın yaxın dostu da yanğında öldü

Hollivud ulduzu Cennifer Qarnerin yaxın dostu Los-Ancelesdə baş verən meşə

arrow Ətraflı
Keçmiş prorektor vəfat etdi  FOTO like
  • 13 Yan 15:59  
Digərləri Keçmiş prorektor vəfat etdi FOTO

Bakı Dövlət Universitetinin (BDU) sabiq prorektoru polkovnik Rövşən Abdull

arrow Ətraflı
"Bu yağın Azərbaycana idxalı qadağan olunmalıdır" like
  • 13 Yan 15:51  
Digərləri "Bu yağın Azərbaycana idxalı qadağan olunmalıdır"

"Azərbaycana bu yağın idxalı qadağan edilməlidir".   Son.az b

arrow Ətraflı
Galaxy Təqdimatı Yanvar 2025: Mobil AI Təcrübələrində Növbəti Böyük Sıçrayı like
  • 13 Yan 15:50  
Digərləri Galaxy Təqdimatı Yanvar 2025: Mobil AI Təcrübələrində Növbəti Böyük Sıçrayı

Galaxy Təqdimatı Yanvar 2025: Mobil AI Təcrübələrində Növbəti Böyük S

arrow Ətraflı