"Bu yağın Azərbaycana idxalı qadağan olunmalıdır"
Digərləri 13 Yan 2025 15:51:00 64 0
"Azərbaycana bu yağın idxalı qadağan edilməlidir". Son.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli 10 ayda Azərbaycana 50 min tona yaxın palma yağının idxalından danışarkən deyib.
Bu xəbəri də oxu: Müğənni olmaq üçün falçıya 12 min manat verdi VİDEO
Onun sözlərinə görə, palma yağının bir kiloqramı Azərbaycana 1 dollar 20 sentə gəlib çıxır: "Bu qiymətə normal palma yağı almaq mümkün deyil. Yəni, palma yağı özü də iki cürdür. Bir var palmanın toxumlarından alınan yağ, bir də var onun lətindən alınan yağ. Palmanın lətindən alınan yağ çox yüksək keyfiyyətli və dəyərli yağ hesab olunur. Onu Avropada heç 10 dollara da ala bilməzsiniz. Amma Azərbaycana idxal olunan palma yağının qiymətindən bəlli olur ki, bu palmanın toxumlarından alınan texniki yağdır. Bu yağ Avropada və bütün dünyada texniki yağ hesab olunur. Daha çox sabun istehsalında istifadə edilir. Palmanın toxumlarından alınan yağ əvəllər gəmiçilikdə kanatların yağlanmasında istifadə edilib. Bunun qida məhsuluna heç bir aidiyyatı yoxdur". Akif Nəsirli hesab edir ki, məsələ araşdırılmalıdır:
"Bu qədər yağın texniki vasitələr üçün idxal edilir, yoxsa bu qida məhsulu kimi istehsal olunur? Çünki idxal vaxtı sənədlərdə qeyd olunur ki, bu yağ Azərbaycana hansı təyinat üçün gətirilir. Əgər sənədlərdə doğrudan qida məhsulu kimi qəbul edilirsə, deməli, Qida Təhlükəsizliyi Agentliyi də bu sahibkarlarla bir işləyir, Azərbaycan xalqının sağlamlığına zərər vurur. Qiymətindən aydındır ki, qida məhsulu kimi istifadə edilən palma yağı deyil. Palma yağının gömrük qiyməti iki manatadırsa, bu yağ texniki yağdır. Qiymət onu təsdiqləyir".
Akif Nəsirli vurğulayıb ki, bunu hökumət qarşısında qaldırmaq lazımdır:
"İdxalçılar kimdir? Onlar bu yağı hansı məqsədlə ölkəyə gətirir? Böyük ehtimalla Azərbaycana idxal olunan kərə yağı yenidən qablaşdırırlar. Azərbaycanda qablaşdırılan kərə yağının tərkibinə bu palma yağından əlavə edirlər ki, maya dəyərini aşağı salsınlar. Məsələn, bir kiloqram yağın tərkibinə 20-30% palma yağı vururlar. Bu halda onun qiyməti gömrük qiymətindən də aşağı düşür. Təxminən 9 manat gömrük qiymətidirsə, onun tərkibinə palma yağı vurmaqla maya dəyərini 6-7 manata salırlar və 25 manata satışa qoyurlar. Bu monopoliyanın təsirləridir. Ölkə iqtisadiyyatında ciddi rəqabət olsaydı, rəqiblərin qorxusundan heç kəs buna getməzdi. Kim nə istəyir onu edir, rəqib, müflüsləşmə qorxusu da yox".
Galaxy Təqdimatı Yanvar 2025: Mobil AI Təcrübələrində Növbəti Böyük S
Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən "Sheyx Lounge" re
Türkiyədə restorana molotov kokteyli atılıb.
"2025-ci ildə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti
İnsan ömrü və sağlamlığı ilə bağlı aparılan araşdırmalar nəticəs
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə ba
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə �
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bərdədə yol qəzası baş verib.
Cümə günü ABŞ prezidenti Co Baydenin Rusiyanın kölgə donanması, neft v�
"Qızımın ölümündə həkim günahkardı, prokurorluğa müraciət etmi
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti
Burun əməliyyatından sonra komaya düşən və bir neçə gün sonra vəfat e
Xəbər verdiyimiz kimi, Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə pro