Nəzrinin ölümü ilə bağlı məsələ böyüyür: Həkim 35 gün sonra mesaj yazıb ki...


Digərləri 13 Yan 2025 14:37:00 64 0

Nəzrinin ölümü ilə bağlı məsələ böyüyür: Həkim 35 gün sonra mesaj yazıb ki...

"Qızımın ölümündə həkim günahkardı, prokurorluğa müraciət etmişəm. Yəqin bununla bağlı artıq onun qapısını döyüblər".

Son.az xəbər verir ki, bunu açıqlamasında burun əməliyyatından sonra komaya düşüb ötən gün vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadə deyib.

Nəzrin Mansurova 1995-ci ildə anadan olub. Özü və həyat yoldaşı ADA Universitetinin məzunudur. Nəzrin Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışıb. Ailəlidir, üç yaşlı bir qızı var.

Aydın Abışzadə deyir ki, yoldaşıyla Laçının Sus kəndində yaşayır. Qızı Nəzrin Mansurova isə ailəsiylə birlikdə Bakıda yaşayıb işləyirmiş:

"Noyabrda ailəsiylə kəndə gələndə bizə burun əməliyyatı olmaq istədiyini, artıq həkimlə razılaşdığını demişdi, amma mən əməliyyata ehtiyac olmadığını dedim. Onu fikrindən döndərmişdik. Dekabrda həkim özü ona yazıb və əməliyyat üçün qeydiyyatdan keçdiyini, analizlər verdiyi halda niyə gəlmədiyini soruşub. Qızımı yenidən əməliyyata cəlb edib. Götürülən analizin üzərindəm 35 gün keçib, ona görə həkim yenidən analiz götürüb əməliyyat etməliydi, amma bunu etmədən birbaşa əməliyyat eləyib. Əməliyyat öncəsi KATE də etməyib. Həkim günahkardı, prokurorluğa şikayət etmişəm. Yəqin bununla bağlı artıq onun qapısını döyüblər".

Nəzrinin əməliyyatı yanvarın 3- də Mərcan Klinikasında həkim Sənan Mehdiyev tərəfindən həyata keçirilib:

"Əməliyyatla bağlı yoldaşım Bakıya gəldi, qızım əməliyyat olan gün o, nəvəsinə baxırdı. Əməliyyatdan bir gün sonra qızımın halı pisləşib. Təcili yardım çağırılıb, ona diklofenak iynəsi vurulub. Əməliyyatı edən həkimlə danışılıb və ona qızımın xəstəxanaya yerləşdirilməsinin vacibliyi deyilib. Amma həkim deyib ki, onu tərpətməyin, anesteziyanın fəsadlarıdır, keçib gedəcək. Gecə səhərə kimi qızım baş-beyin ağrısından çox əziyyət çəkib. Ayın 5 -i axşama doğru halı tamam pisləşib, hissiyyatını itirib və xəstəxanaya yerləşdirilib. Ora çatanda beyin şoku keçirib. Bir də deyirəm: Qızımın ölümündə həkim günahkardır".

Qeyd edək ki, Nəzrin Mansurova yanvarın 5-də "Liv Bona Dea" hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.

Nəzrin Mansurovanın üç mərasimi yanvarın 15- də Heydər Məscidində olacaq./teleqraf.com

Bakıda 2,8 milyona gəmi satışa çıxarıldı like
  • 13 Yan 14:32  
Digərləri Bakıda 2,8 milyona gəmi satışa çıxarıldı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti

arrow Ətraflı
Nəzrin Mansurova dəfn edildi like
  • 13 Yan 14:29  
Digərləri Nəzrin Mansurova dəfn edildi

Burun əməliyyatından sonra komaya düşən və bir neçə gün sonra vəfat e

arrow Ətraflı
ABŞdakı meşə yanğınlarından dəhşətli görüntülər like
  • 13 Yan 14:23  
Dünya ABŞdakı meşə yanğınlarından dəhşətli görüntülər

Xəbər verdiyimiz kimi, Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə

arrow Ətraflı
Mehriban Abasquliyeva ifadə verməkdən imtina etdi like
  • 13 Yan 13:56  
Digərləri Mehriban Abasquliyeva ifadə verməkdən imtina etdi

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə pro

arrow Ətraflı
ABŞdə yaşayan azərbaycanlı Kaliforniyadakı yanğın barədə danışdı like
  • 13 Yan 13:50  
Digərləri ABŞdə yaşayan azərbaycanlı Kaliforniyadakı yanğın barədə danışdı

ABŞ-də yaşayan azərbaycanlı Mahir Məmmədli Kaliforniyada baş verən yan�

arrow Ətraflı
6 min illik təpələrin sirri açıldı  Bunun üçün istifadə edilirmiş like
  • 13 Yan 13:43  
Dünya 6 min illik təpələrin sirri açıldı Bunun üçün istifadə edilirmiş

Yeni aparılan araşdırmalar göstərir ki, Yaxın Şərqdəki qədim Rujm əl-

arrow Ətraflı
Milyonları ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılır like
  • 13 Yan 13:36  
Digərləri Milyonları ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılır

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlər

arrow Ətraflı
Cazibədar görünmək istəyən xanımlar oxusun like
  • 13 Yan 13:23  
Digərləri Cazibədar görünmək istəyən xanımlar oxusun

İndi payız tam gücü ilə başladı, yalnız üzünüz deyil, bədənin də d

arrow Ətraflı
Xülya Sabirli vəzifəsindən getdi like
  • 13 Yan 13:11  
Digərləri Xülya Sabirli vəzifəsindən getdi

Fransa-Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr üzrə meneceri X

arrow Ətraflı
Mask Ağ Evdən qovulur?  Trampın müşaviri açıqladı like
  • 13 Yan 13:07  
Dünya Mask Ağ Evdən qovulur? Trampın müşaviri açıqladı

ABŞ-nin keçmiş prezidenti Donald Trampın müşaviri Stiven Bennon İlon Mas

arrow Ətraflı
Bu tarixdə "Planetlərin paradı"nı adi gözlə görmək mümkün olacaq like
  • 13 Yan 13:00  
Digərləri Bu tarixdə "Planetlərin paradı"nı adi gözlə görmək mümkün olacaq

Yanvar ayının 21-də astronomiya həvəskarları  yeddi planet və Yerin peyk

arrow Ətraflı
Bəxtiyar Hacıyevə 10 il like
  • 13 Yan 12:58  
Digərləri Bəxtiyar Hacıyevə 10 il

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar

arrow Ətraflı
"Grammy" də təxirə salındı like
  • 13 Yan 12:53  
Şou-biznes "Grammy" də təxirə salındı

Musiqi dünyasının populyar mükafatları arasında yer alan "Grammy"

arrow Ətraflı
Bölgələrdə yeni liseylər yaradılır like
  • 13 Yan 12:49  
Digərləri Bölgələrdə yeni liseylər yaradılır

Bölgələrdə istedadlı şagirdlərin təhsil ala biləcəyi lisey və gimnazi

arrow Ətraflı