Milyonları ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılır
Digərləri 13 Yan 2025 13:36:00 81 0
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan təqsirləndirilən şəxslər barədə cinayət işləri məhkəməyə göndərilib.
Bu xəbəri də oxu: Özündən 10 yaş böyük sevgilisini bu səbəbdən öldürübmüş
Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Belə ki, Quba rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə "EA-Fruits" MMC tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 30.4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 51.8 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Məmmədov Adil Nüsrət oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Quba rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şəmkir rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə "Exspressagro" MMC tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 2,1 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3,5 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Əliyev Toğrul Elşən oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hər iki cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün müvafiq olaraq aidiyyəti üzrə Quba və Şəmkir rayon məhkəməsinə gönədrilib.
İndi payız tam gücü ilə başladı, yalnız üzünüz deyil, bədənin də d
Abşeronda bədbəxt hadisə baş verib.
Fransa-Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr üzrə meneceri X
ABŞ-nin keçmiş prezidenti Donald Trampın müşaviri Stiven Bennon İlon Mas
Yanvar ayının 21-də astronomiya həvəskarları yeddi planet və Yerin peyk
Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar
Musiqi dünyasının populyar mükafatları arasında yer alan "Grammy"
Bölgələrdə istedadlı şagirdlərin təhsil ala biləcəyi lisey və gimnazi
Bakıda yerləşən "Mərcan Medicare" səsküylü ölüm halları il�
Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Kürdəmir rayonu, Atakişili kəndi ərazisində avtomobildə yanğın olub.
12 yanvar 2025-ci ildə Los Anceles şəhərində baş verən yanğınlar tarix
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmi
Qeyri-rəsmi birlikdə yaşadığı kişini öldürməkdə ittiham olunan Ruhiyy