Ölümlərə səbəb olan həkimləri və klinikaları hansı cəza gözləyir?


Digərləri 13 Yan 2025 16:24:00 90 0

Ölümlərə səbəb olan həkimləri və klinikaları hansı cəza gözləyir?

Burun əməliyyatı keçirən Nəzrin Mansurovanın komaya düşərək vəfat etməsi həkimlərlərin fəaliyyəti ilə bağlı məsələni yenidən gündəmə gətirib. Məlumata görə, əməliyyatı edən həkim Sənan Mehdiyev 2015-ci ildə də 18 yaşlı Leyla Mürsəlovanın ölümünə səbəb olub. Sənan Mehdiyev həmin hadisəyə görə 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib. Bundan sonra cərrah kimi fəaliyyətini davam etdirib. Cərrahın daha bir neçə pasiyenti onun əməliyyatından şikayət edib. Səbinə Nağıyeva burun əməliyyatından sonra yaranan fəsadlara görə şikayət edib, lakin sonra həkimlə barışıb. Başqa bir şikayətçi isə Ülviyyə İmanzadədir. O, burun əməliyyatından sonra nəfəs almasında problem yarandığını bildirib. Təəssüf ki, səhlənkarlıq səbəbindən xəstəsinin həyatını təhlükəyə atan, hətta ölümünə səbəb olan bu kimi onlarla həkim var.

Maraqlıdır, barəsində şikayət olan həkimlər necə fəaliyyətini davam etdirə bilir? Həmçinin həkimlərin işləmək üçün icazə prosesi necə baş tutur?  

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, son dövrlər plastik əməliyyatla bağlı klinikalarda ölüm hallarının artmasının müəyyən obyektiv və subyektiv səbəbləri var.

Onun sözlərinə görə, vətəndaşlar plastik əməliyyatla bağlı həkim seçərkən olduqca diqqətli olmalı, sosial şəbəkələrdəki saxta və cəlbededici reklamlara aldanmamalıdır. Vəkil qeyd edib ki, həkimin icazə olmadan fəaliyyət göstərməsi qanunsuzdur:

"Təcrübədə rastlaşdığım və şəxsi müşahidələrimə əsasən, plastik əməliyyat edən bir çox həkimin ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş sertifikasiya şəhadətnaməsi yoxdur, ya da ümumiyyətlə həkim deyil. Bəzən isə ümumi cərrahlar müvafiq icazə almadan bu əməliyyatı yerinə yetirirlər. Plastik əməliyyat aparmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən mütləq qaydada icazə alınmalıdır. Belə icazə olmadan fəaliyyət göstərən həkimin hərəkətləri qanunsuzdur. Hətta belə həkimlərin fəaliyyətinə şərait yaradan tibb müəssisələri və klinikaların özləri də məsuliyyət daşıyır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə -  vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Əməliyyatı qanunsuz icra edən həkim isə xəsarətin dərəcəsindən Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun şəkildə cinayət məsuliyyəti daşıyır". 

"Xəbər saytlarında gördüyüm qədər hazırda qeyd etdiyiniz məsələ həm Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, həm də hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır. Əminəm ki, əməldə təqsirləri müəyyən olunarsa, məsul həkim və tibb müəssisəsi ən sərt şəkildə cəzalandırılacaqlar",-  vəkil əlavə etdi.

"Vaqa" ilə bağlı qərar verildi like
  • 13 Yan 16:23  
Kriminal "Vaqa" ilə bağlı qərar verildi

"TikTok" əməliyyatında həbs edilən "Vaqa" ləqəbli tik

arrow Ətraflı
Ulduz aktrisanın yaxın dostu da yanğında öldü like
  • 13 Yan 16:15  
Şou-biznes Ulduz aktrisanın yaxın dostu da yanğında öldü

Hollivud ulduzu Cennifer Qarnerin yaxın dostu Los-Ancelesdə baş verən meşə

arrow Ətraflı
Keçmiş prorektor vəfat etdi  FOTO like
  • 13 Yan 15:59  
Digərləri Keçmiş prorektor vəfat etdi FOTO

Bakı Dövlət Universitetinin (BDU) sabiq prorektoru polkovnik Rövşən Abdull

arrow Ətraflı
"Bu yağın Azərbaycana idxalı qadağan olunmalıdır" like
  • 13 Yan 15:51  
Digərləri "Bu yağın Azərbaycana idxalı qadağan olunmalıdır"

"Azərbaycana bu yağın idxalı qadağan edilməlidir".   Son.az b

arrow Ətraflı
Galaxy Təqdimatı Yanvar 2025: Mobil AI Təcrübələrində Növbəti Böyük Sıçrayı like
  • 13 Yan 15:50  
Digərləri Galaxy Təqdimatı Yanvar 2025: Mobil AI Təcrübələrində Növbəti Böyük Sıçrayı

Galaxy Təqdimatı Yanvar 2025: Mobil AI Təcrübələrində Növbəti Böyük S

arrow Ətraflı
Məşhur restorana HÜCUM: obyekt sahibi yaralandı – ANBAAN VİDEO like
  • 13 Yan 15:31  
Kriminal Məşhur restorana HÜCUM: obyekt sahibi yaralandı – ANBAAN VİDEO

Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən "Sheyx Lounge" re

arrow Ətraflı
Qıza görə restorana molotov kokteyli atdılar  FOTO like
  • 13 Yan 15:30  
Digərləri Qıza görə restorana molotov kokteyli atdılar FOTO

Türkiyədə restorana molotov kokteyli atılıb.

arrow Ətraflı
İki universitetə 27 milyon manat ayrıldı like
  • 13 Yan 15:20  
Digərləri İki universitetə 27 milyon manat ayrıldı

"2025-ci ildə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti

arrow Ətraflı
Bu qan qrupundan olan insanlar çox yaşayırlar like
  • 13 Yan 15:15  
Digərləri Bu qan qrupundan olan insanlar çox yaşayırlar

İnsan ömrü və sağlamlığı ilə bağlı aparılan araşdırmalar nəticəs

arrow Ətraflı
20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb like
  • 13 Yan 15:01  
Digərləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə ba

arrow Ətraflı
Vilayət Eyvazov Tural Hacıyevi bu rayona rəis təyin etdi like
  • 13 Yan 14:58  
Digərləri Vilayət Eyvazov Tural Hacıyevi bu rayona rəis təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə �

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ like
  • 13 Yan 14:53  
Digərləri Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

arrow Ətraflı
Bayden istədiyinə nail oldu: Çin Rusiya neft tankerlərini qəbul etmir like
  • 13 Yan 14:42  
Dünya Bayden istədiyinə nail oldu: Çin Rusiya neft tankerlərini qəbul etmir

Cümə günü ABŞ prezidenti Co Baydenin Rusiyanın kölgə donanması, neft v�

arrow Ətraflı
Nəzrinin ölümü ilə bağlı məsələ böyüyür: Həkim 35 gün sonra mesaj yazıb ki... like
  • 13 Yan 14:37  
Digərləri Nəzrinin ölümü ilə bağlı məsələ böyüyür: Həkim 35 gün sonra mesaj yazıb ki...

"Qızımın ölümündə həkim günahkardı, prokurorluğa müraciət etmi

arrow Ətraflı