Bakıda bu ərazilərdə mənzillər bahalaşdı
Digərləri 13 Yan 2025 23:20:00 77 0
Metro stansiyaların inşası paytaxtda ictimai nəqliyyatın inkişafına, tıxacın azalmasına səbəb olacaq. Bununla yanaşı inşa ediləcək metro stansiyaların ətrafında mənzillərin qiymətinin indidən bahalaşdığı deyilir.
Bu xəbəri də oxu: 3 BÜRC üçün artıq "qara zolaq" başladı
Son.az bildirir ki, bu faktı Trend-ə mənzil alqı-satqısı ilə məşğul olan Orxan Rüstəmov da təsdiqləyib.
O qeyd edib ki, artıq həmin ərazilərdə mənzillərini satışa çıxaran bəzi sakinlər hər kvadratmetrinə görə qiyməti 50 manat bahalaşdırıb:
"Yeni metro xətləri, ərazinin nəqliyyat infrastrukturunu gücləndirir və şəhər içində daha asan və sürətli hərəkət etməyə imkan verir. Bu, ərazinin daha cəlbedici olmasına səbəb olur. Yeni ticarət obyektləri, ofislər və yaşayış binaları tikilə bilər ki, bu da ərazinin iqtisadi dəyərini artırır".
Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, metro stansiyalar inşa edilən zaman kəsiyində mənzillərin qiymətində artım baş verəcək ki, bu da hər il qeydə alınır. Lakin bu metro stansiyaların tikintisi ilə bağlı deyil. Bunun bir çox səbəbləri var.
"Nəzərə almalıyıq ki, ictimai nəqliyyatla təmin olunan ərazilər də daşınmaz əmlak qiymətlərinə təsir göstərir. Bu, əmlakın qiymətləndirilməsinin formalaşmasında vacib elementlərdən biridir. Lakin qeyd etdiyimiz ərazilərdə qiymət necə dəyişəcək onu zaman göstərəcək", - o əlavə edib.
Öz növbəsində, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, metro stansiyaların inşası uzun çəkən prosesdir.
"Hələlik həmin ərazilərdə mənzillərin qiymətinin bahalaşması barədə danışmaq tezdir. Adətən metro stansiyanın açılışından iki il əvvəldən həmin ərazilərə maraq artır", - deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Bakıda 10 yeni metro stansiyasının inşa ediləcəyini açıqlayıb. Son.az
Ağdam, Füzuli və Xocavənd şəhərlərində təməlqoyma mərasimlərinin t�
NATO-nun Baş katibi Mark Rutte Rusiya, Şimali Koreya və İranı dünya təhl�
Müğənni Ramal İsrafilovun qızı Liya illər sonra ilk dəfə efirə çıxı
Türkiyədə yeni doğulan ilk uşaq üçün 5 min lirə (təqribən 240 manat)
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər n
Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib.
D vitamini sümük və diş sağlamlığı üçün vacib olsa da, həddindən ar
Yanvarın 14-də Lənkəran Elektrik Şəbəkəsinə daxil olan bir sıra ərazi
Ağır vəziyyətdə xəstəxanaya aparılan və daxili qanaxması olduğu bilin
"Bitcoin" 2024-cü ilin noyabrından bəri ilk dəfə 90 min dollardan
Əməkdar artist Sənubər İsgəndərli yeni çəkilən filmlərin tənqid olun
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi il�
Daşkəsən Azərbaycanda qəbiristanlığın olmadığı yeganə şəhər tipli