Lavrovun Azərbaycan XİN rəhbərinə yazdığı iddia edilən saxta məktubu siyasi sifarişdir Rusiya XİN
Siyasət 13 Yan 2025 22:22:00 77 0
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova yazdığı iddia edilən saxta məktub siyasi sifarişdir və "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etmək cəhdidir.
Bu xəbəri də oxu: Belarus Azərbaycana yeni səfir təyin edib
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.
"İnternetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış saxta məktub yayılır. Bu məktubda deyilir ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır. Bu, emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulmuş primitiv saxtakarlığın nümunəsidir.
Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır.
Xatırladaq ki, təyyarə qəzasının səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Dekabrın 28-də Lavrov və Bayramov arasında telefon danışığı baş tutub və nazirlər Rusiya və Azərbaycan prezidentlərinin bu faciəli hadisənin hərtərəfli araşdırılmasının təmin edilməsinin zəruriliyi barədə razılıqlarını təsdiq ediblər.
Saxta məlumatlara etibar etməməyi tövsiyə edirik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi materialları və bəyanatları, Lavrovun çıxışlarının stenoqramları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki hesablarında yerləşdirilir", - deyə Rusiya XİN bildirib. Son.az
Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib.
D vitamini sümük və diş sağlamlığı üçün vacib olsa da, həddindən ar
Yanvarın 14-də Lənkəran Elektrik Şəbəkəsinə daxil olan bir sıra ərazi
Ağır vəziyyətdə xəstəxanaya aparılan və daxili qanaxması olduğu bilin
"Bitcoin" 2024-cü ilin noyabrından bəri ilk dəfə 90 min dollardan
Əməkdar artist Sənubər İsgəndərli yeni çəkilən filmlərin tənqid olun
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi il�
Daşkəsən Azərbaycanda qəbiristanlığın olmadığı yeganə şəhər tipli
Bakıda fəaliyyət göstərən "Funda Hospital"ın rəhbəri Sevdiyar
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anası Zübeyde x
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Tel
"Hüquqşünassan ki, qarşımıza iddia qoyursan?"
Bu həftə bürcün üç əlaməti üçün son dərəcə çətin olacaq. Onlar a
Türkiyə Prezidenti Ərdoğan Beştepe Milli Konqres və Mədəniyyət Mərkəz