Azərbaycanda ən çox onların maaşı artıb
Digərləri 14 Yan 2025 13:40:00 71 0
Azərbaycanda ötən il bütün sahələrdə əməkhaqlarında artım qeydə alınıb. Bu artımlar sayəsində ölkə üzrə orta əməkhaqqı 921 manatdan 993 manata (yanvar-oktyabr aylarının müqayisəsində - red.) qədər yüksəlib. Ölkə üzrə maaşlarda artım 7,8 faiz təşkil edib.
Bu xəbəri də oxu: Rusiya, Azərbaycan və İran arasında üçtərəfli görüş keçiriləcək
Son.az xəbər verir ki, bəzi sahələrdə maaşlarda artım daha yüksək olması ilə seçilib. Ötən il maaşlar bəzi sahələrdə 350 manatdan çox artıb.
Fərqin böyük olması faiz nisbətində də müşahidə edilir. Elə sahələr var ki, orada artım sürəti 2-5 faiz olduğu halda, bəzilərində 15-20 faiz təşkil edib.
2024-cü ildə əməkhaqqı ən çox artan sahə maliyyə və sığorta fəaliyyəti sahələridir. Burada aylıq maaşlar orta hesabla 370 manat artıb. Bir il əvvəl 2 330 manat olan maaşlar ilin sonunda 2700 manata çatıb. Bu sahədə maaşlar 16 faiz artıb.
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində, eləcə də mədənçıxarma sənayesi sahəsində çalışanların aylıq maaşlarında təxminən 181 manat artım qeydə alınıb. Mədənçıxarma sahəsində çalışanların maaşı 3 353 manatdan 3 534 manata çatmaqla 5 faiz artıb.
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində çalışanlarının maaşı isə 877 manatdan 1060 manata qədər artıb. Burada illik artım sürəti 21 faiz təşkil edib.
Adıçəkilən sahələrdən başqa, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, elektrik, qaz və istilik təchizatı sahələrində, eləcə də nəqliyyat sahələrində də maaşlar çox artıb.
Maaşlarda artım informasiya və rabitədə 170 manat (11 faiz artım), peşə, elmi və texniki fəaliyyət sahələrində 136 manat (9 faiz artım), elektrik, qaz və istilik təchizatı sahələrində 130 manat (14 faiz artım), nəqliyyat sektorunda 105 manat (8 faiz) olub.
Digər fəaliyyət sahələrində maaşlarda artım böyük olmayıb. O cümlədən istirahət, əyləncə və incəsənət sahəsində maaşlar 18 manat, kənd təsərrüfatı, tikinti, turizm sahələrində 25-27 manat artıb./sfera.az
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fua
Bu gün axşam saatlarında Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xa
London mağazasından aldığı ülgüclə üz nahiyəsini kəsən Nik Silvertho
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ara
Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizin
Rusiyanın FPV pilotsuz təyyarəsi bayquş tərəfindən vurulub.
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini m
Gürcüstanın siyasi səhnəsi tarixinin bəlkə də ən ağır və gərgin dö
Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam o
Diş sağlamlığı gündəlik içki vərdişlərimizdən birbaşa təsirlənə
Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin (ADSW) açılış mərasimində BƏƏ
Astroloqlar hesab edir ki, ulduzlar təkcə insanın xarakterinə deyil, həm d�
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsi
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə