Mehriban Abasquliyeva ifadə verməkdən imtina etdi


Digərləri 13 Yan 2025 13:56:00 79 0

Mehriban Abasquliyeva ifadə verməkdən imtina etdi

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib.

Son.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif edib.

Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər.

Dövlət ittihamçısı Mehriban Abasquliyevanın ifadə vermək istəmədiyini ifadə verməmək kimi qiymətləndirilib. Onun ibtidai istintaqda verdiyi ifadəsini elan edib.

İttiham aktından məlum olub ki, Mehriban Abasquliyeva 11 ay Perinetal Mərkəzin direktoru işləyib. Ancaq vəkil Əliövsəd Abasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib və hakim vəkilin təklifi ilə razılaşıb.

Məhkəmənin növbəti prosesi fevral ayının 10-da keçiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib./report.az

ABŞdə yaşayan azərbaycanlı Kaliforniyadakı yanğın barədə danışdı like
  • 13 Yan 13:50  
Digərləri ABŞdə yaşayan azərbaycanlı Kaliforniyadakı yanğın barədə danışdı

ABŞ-də yaşayan azərbaycanlı Mahir Məmmədli Kaliforniyada baş verən yan�

arrow Ətraflı
6 min illik təpələrin sirri açıldı  Bunun üçün istifadə edilirmiş like
  • 13 Yan 13:43  
Dünya 6 min illik təpələrin sirri açıldı Bunun üçün istifadə edilirmiş

Yeni aparılan araşdırmalar göstərir ki, Yaxın Şərqdəki qədim Rujm əl-

arrow Ətraflı
Milyonları ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılır like
  • 13 Yan 13:36  
Digərləri Milyonları ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılır

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlər

arrow Ətraflı
Cazibədar görünmək istəyən xanımlar oxusun like
  • 13 Yan 13:23  
Digərləri Cazibədar görünmək istəyən xanımlar oxusun

İndi payız tam gücü ilə başladı, yalnız üzünüz deyil, bədənin də d

arrow Ətraflı
Xülya Sabirli vəzifəsindən getdi like
  • 13 Yan 13:11  
Digərləri Xülya Sabirli vəzifəsindən getdi

Fransa-Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr üzrə meneceri X

arrow Ətraflı
Mask Ağ Evdən qovulur?  Trampın müşaviri açıqladı like
  • 13 Yan 13:07  
Dünya Mask Ağ Evdən qovulur? Trampın müşaviri açıqladı

ABŞ-nin keçmiş prezidenti Donald Trampın müşaviri Stiven Bennon İlon Mas

arrow Ətraflı
Bu tarixdə "Planetlərin paradı"nı adi gözlə görmək mümkün olacaq like
  • 13 Yan 13:00  
Digərləri Bu tarixdə "Planetlərin paradı"nı adi gözlə görmək mümkün olacaq

Yanvar ayının 21-də astronomiya həvəskarları  yeddi planet və Yerin peyk

arrow Ətraflı
Bəxtiyar Hacıyevə 10 il like
  • 13 Yan 12:58  
Digərləri Bəxtiyar Hacıyevə 10 il

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar

arrow Ətraflı
"Grammy" də təxirə salındı like
  • 13 Yan 12:53  
Şou-biznes "Grammy" də təxirə salındı

Musiqi dünyasının populyar mükafatları arasında yer alan "Grammy"

arrow Ətraflı
Bölgələrdə yeni liseylər yaradılır like
  • 13 Yan 12:49  
Digərləri Bölgələrdə yeni liseylər yaradılır

Bölgələrdə istedadlı şagirdlərin təhsil ala biləcəyi lisey və gimnazi

arrow Ətraflı
Goranboyda iki bacı tüstüdən zəhərləndi like
  • 13 Yan 12:45  
Digərləri Goranboyda iki bacı tüstüdən zəhərləndi

Goranboyda iki bacı tüstüdən zəhərlənib.

arrow Ətraflı
Bakıda ölüm saçan klinika  1 ayda 2 nəfər öldü like
  • 13 Yan 12:40  
Digərləri Bakıda ölüm saçan klinika 1 ayda 2 nəfər öldü

Bakıda yerləşən "Mərcan Medicare" səsküylü ölüm halları il�

arrow Ətraflı
Sabah Bakıda duman olacaq, rayonlara qar yağacaq like
  • 13 Yan 12:38  
Digərləri Sabah Bakıda duman olacaq, rayonlara qar yağacaq

Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Kürdəmirdə avtomobil yandı like
  • 13 Yan 12:36  
Digərləri Kürdəmirdə avtomobil yandı

Kürdəmir rayonu, Atakişili kəndi ərazisində avtomobildə yanğın olub.

arrow Ətraflı