Gənclər arasında spirtli içkiyə meyllilik niyə artıb?
Digərləri 09 Fev 2023 08:24:00 305 0
Son illər Azərbaycanda əyləncə məkanlarının, habelə pub barların sayı artıb. Gənclər işdən sonra və ya özəl günlərdə bu məkanlara üz tuturlar. Xüsusən pandemiya dönəmindən sonra stresdən əziyyət çəkən gənclər spirtli içkini xilas yolu kimi görürlər. Bəzən işsizlik, bəzənsə xoşagəlməz çevrə gəncləri içki girdabında boğur. Nəticə...?
Bu xəbəri də oxu: Azərbaycanda sosial yardımlar nə qədər artırılacaq? – Ekspertlərdən
Ötən il 14-29 yaşda gənclərin hər 100 000 nəfərindən 1-nə alkoqolizm diaqnozu, 62 nəfərinə isə narkomaniya və ya toksikomaniya diaqnozu qoyulub.
Son.az musavat.com-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il həyatında ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan 14-29 yaşda xəstələrin sayı 529 min nəfər və ya əhalinin hər 10 000 nəfərinə hesabı ilə 2325 nəfər olub, dispanser qeydiyyatında olan xəstələrin sayı isə əhalinin hər 10 000 nəfərinə hesabı ilə 1229,1 nəfər təşkil edib.
Ümumi xəstələnənlər arasında gənclərin xüsusi çəkisi az olsa da, bu problem ölkəmizdə hələ də mövcuddur. Belə ki, 2021-ci ildə 14-29 yaşda gənclərin 843 nəfərində aktiv vərəm, 274 nəfərində isə bədxassəli şiş xəstəliyi aşkar edilib və bu yaşda olan əhalinin hər 100 000 nəfərinə müvafiq olaraq 37 və 12 nəfər xəstə düşüb.
"Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da spirtli içkilərin istifadəsi qadağan olunmayıb. Bu səbəbdən məişət sərxoşluğu ilə alkoqol asılılığının başlanğıc mərhələsi arasındakı fərqi yalnız mütəxəssislər qiymətləndirə bilər".
Spirtli içki qəbul edən şəxs xəstəxanaya düşdü
Bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov daha öncə mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, alkoqol birinci növbədə psixoaktiv maddə olaraq mərkəzi sinir sisteminə təsir göstərir və davamlı istifadə olunduğu halda ilk olaraq baş beyində bərpaolunmaz üzvi dəyişikliklərə səbəb olur: "Alkoqol asılılığı son nəticədə yaddaş pozulmasına (psixoorqanik sindrom) və digər əqli problemlərə gətirib çıxara bilər. Daha ağır hallarda beyində atrofik proseslərin yaranmasına, həmçinin periferik sinir sisteminin xəstəliklərinə (nevrit, polinevrit, neyropatiya) səbəb ola bilər. Daha ağır hallarda baş beyində atrofik gətirib çıxara bilər. Periferik sinir sistemi tərəfindən polinevritlər qeyd olunur. Ümumiyyətlə orqanizmin bütün orqan və sisitemləri zərər çəkir: ürək damar sistemi (alkoqol miokardiodistrofiya), qaraciyər (qaraciyər serrozu), böyrəklər (xroniki böyrək çatışmazlığı).
Ümumiyyətlə, araşdırmalar göstərir ki, alkoqol asılılığının bir xəstəlik kimi formalaşmasına bir neçə il mütəmadi olaraq alkoqol qəbulu (məişət sərxoşluğu) səbəb olur.
Gənclər arasında alkoqol asılılığının formalaşmasına nadir hallarda təsadüf edilir. Əksər hallarda bu xəstəlikdən əziyyət çəkənlər orta yaş qrupunun nümayəndələridir. Lakin son zamanlar gənclər arasında energetik spirtli içkilərin istifadəsinə tez-tez rast gəlinir. Bu növ içkilərin mütəmadi istifadə edilməsi adi spirtli içkilərlə müqayisədə daha tez asılılıq yaradır və daha ağır fəsadlar verir. Yeniyetmələrdə spirtli energetik içkilərin çox miqdarda və mütəmadi qəbulu zamanı psixi pozuntuların yaranmasına gətirib çıxaran hallara da tez-tez rast gəlmək mümkündür.
Bundan başqa, araşdırmalar sübut edib ki, alkoqolun insanın psixikasına təsirinin ən ağır fəsadlarından biri də şəxsiyyətin spesifik alkoqol deqradasiyasına uğramasıdır. Alkoqolun insan psixikasına bu təsiri başqa psixoaktiv maddələrdən fərqli olaraq daha tez inkişaf edir və şəxsiyyətin daha dərin pozuntularına səbəb olur. Xəstədə öz vəziyyətinə, ətrafında yaranmış situasiyaya tənqidi münasibəti zəifləyir. Müalicə və reabilitasiya prosesində xəstənin fəal iştirakı tələb olunur. Bunun üçün ilk növbədə pasiyent öz asılılığını etiraf etməlidir. Bu halda o, alkoqol asılılığından azad ola bilər.
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalanların xilase
Dırnağın ətə batması əksər inlğsanlarda meydana gələn və hərəkətl
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömər Fatih Saya
Alimlər yaxın illərdə Türkiyənin 17 milyona yaxın əhalisi olan ən böy�
"Türkiyəyə 150 nəfərdən çox axtarış-xilasetmə qrupu göndərmişi
Sumqayıtda zəncirvari yol qəzası baş verib, 1 nəfər hamilə qadın xəsar
Xolesterin orqanizmdə sağlam hüceyrə toxumasının əmələ gəlməsi üçü
Məlum olduğu kimi, bir neçə saat əvvəl Türkiyədə gözlənilməyən bir
Tanınmış türk siyasətçi Atilla Kaya Teleqraf.com-un suallarını cavabland
Paşinyanın nəzarətində olan "Hraparak" qəzeti Ruben Vardanyanın
1. Diş pastası ilə gümüş əşyaları sürtüb parıldatmaq mümkündür. S
Kahramanmaraşda dağıntılar altında qalan 27 yaşlı Ali adlı şəxsi axtar
Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycanla bağlı həssas payla
Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ böl