Qarakənd faciəsindən 33 il ötür


Digərləri 20 Noy 2024 00:04:00 134 0

Qarakənd faciəsindən 33 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 33 il ötür.

Son.az xəbər verir ki, Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.

1991-ci il noyabrın 7-də Bakıda Qarabağdakı vəziyyəti müzakirə etmək məqsədilə Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan nümayəndələrinin görüşü keçirilir. Nümayəndələr Xankəndiyə getməyə və hadisələri öz gözləri ilə görməyə razılaşırlar.

1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin, çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalı idi.

Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. 1991-ci il noyabrın 19-u saat 19:05-də siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır. Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil salınır. Tofiq İsmayılov tərtib olunmuş siyahıya rəhbərlik etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirilməli idi.

1991-ci il noyabrın 20-də saat 12:57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun (69 və 72 nömrəli) yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, ikinci vertolyot - Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikinci vertolyot təhlükəsizliyi təmin edilmədən 13:48-də birincinin yerinə havaya qalxır. Həmin ərəfədə Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş (M-16-26 və MS-22-22 nömrəli) və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 vertolyotu ilə rabitə əlaqələri kəsilir. Bu barədə məlumat Xocavənd istiqamətinə ötürülür, lakin törədilən faciə haqqında ilkin məlumat təqribən altı saat sonra verilir. Hesablamalara görə, Qarakənd üzərində 300 metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.

Ümumilikdə qəza nəticəsində 22 nəfər ölüb.

Həmin gün "Mi-8" hərbi helikopterində həlak olan şəxslər:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi - İsmət İsmayıl oğlu Qayıbov - baş prokuror - Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri - Zülfi Saleh oğlu Hacıyev - baş nazirin müavini - Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili - Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili - Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatının şöbə müdiri - Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini - İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru - Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi - Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi - Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı - Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini - Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru - Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant - Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi - Alı Mustafa oğlu Mustafayev - telejurnalist - Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı - Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator - Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri - Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü - Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bu gün Ağdam Şəhəri Günüdür like
  • 20 Noy 00:02  
Digərləri Bu gün Ağdam Şəhəri Günüdür

Bu gün Ağdam Şəhəri Günüdür.

arrow Ətraflı
Günün qoroskopu: Sərt, aqressiv olmayın like
  • 20 Noy 00:01  
Digərləri Günün qoroskopu: Sərt, aqressiv olmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycanlı alim vəfat etdi like
  • 19 Noy 23:50  
Digərləri Azərbaycanlı alim vəfat etdi

Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının keçmiş do

arrow Ətraflı
Yeni dələduzluq növü  smartfonlara toy dəvətnamələri göndərərək... like
  • 19 Noy 23:47  
Kriminal Yeni dələduzluq növü smartfonlara toy dəvətnamələri göndərərək...

Kibercinayətkarlar bu dəfə vətəndaşlara toy dəvətnamələri göndərər�

arrow Ətraflı
Bitkoin rekord qiymətə like
  • 19 Noy 23:39  
Digərləri Bitkoin rekord qiymətə

"Binance" platformasının məlumatlarına görə, Bitkoinin dəyəri

arrow Ətraflı
66 yaşlı Ursula fon der Lyayen G20 sammitində "şou" göstərdi  akrobatik hərəkət like
  • 19 Noy 23:29  
Dünya 66 yaşlı Ursula fon der Lyayen G20 sammitində "şou" göstərdi akrobatik hərəkət

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Braziliyada keçirilə

arrow Ətraflı
Azad edilən hər girova 5 milyon dollar... like
  • 19 Noy 23:20  
Dünya Azad edilən hər girova 5 milyon dollar...

İsrail HƏMAS-ın əlindən azad edilən hər girov üçün 5 milyon dollar öd

arrow Ətraflı
Yarpaq dolmasını qatıqla yeyənlərə like
  • 19 Noy 23:06  
Digərləri Yarpaq dolmasını qatıqla yeyənlərə

Yarpaq dolmasını qatıqla yeməyin zərərləri əsasən fərdi qida həssasl�

arrow Ətraflı
"15 gün bundan əvvəl təzyiqim 180 oldu" like
  • 19 Noy 22:55  
Şou-biznes "15 gün bundan əvvəl təzyiqim 180 oldu"

"Mən xəngəl, piti yemirəm. Xaşı heç dilimə vurmaram. Bu yeməklərd

arrow Ətraflı
Leyla Əliyeva Yaşıl Zonada balıq körpələrinin suya buraxılışında iştirak edib like
  • 19 Noy 22:33  
Digərləri Leyla Əliyeva Yaşıl Zonada balıq körpələrinin suya buraxılışında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Na

arrow Ətraflı
Çernobılda doğulan pişiyin görüntüsü dəhşətə gətirdi like
  • 19 Noy 22:27  
Dünya Çernobılda doğulan pişiyin görüntüsü dəhşətə gətirdi

Çernobılda baş verən nüvə fəlakətindən sonra bölgə güclü radiasiyay

arrow Ətraflı
Lavrov Makronla niyə salamlaşıb? like
  • 19 Noy 22:11  
Digərləri Lavrov Makronla niyə salamlaşıb?

Fransa Prezidenti Emmanuel Makron Rio-de-Janeyroda keçirilən G20 sammitində R

arrow Ətraflı
Almaniya XİN rəhbəri Ermənistandadır like
  • 19 Noy 21:58  
Digərləri Almaniya XİN rəhbəri Ermənistandadır

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistana səfər edib.

arrow Ətraflı
Mina yenidən ərə gedir? like
  • 19 Noy 21:45  
Şou-biznes Mina yenidən ərə gedir?

Müğənni Mina Hüseyn şəxsi həyatından söz açıb.

arrow Ətraflı
Ərdoğan özü açıqladı: İsrail prezidentinin Bakıya getməsinə icazə vermədik like
  • 19 Noy 21:37  
Siyasət Ərdoğan özü açıqladı: İsrail prezidentinin Bakıya getməsinə icazə vermədik

"Türkiyə olaraq tək qalsaq da məzlumların yanında olmağa davam edəc

arrow Ətraflı