Hədəfi 4 saniyəyə vura bilir “PANTSIRS”in özəllikləri
Digərləri 26 Dek 2024 23:55:00 80 0
Xəbər verdiyimiz kimi, bir sıra aparıcı beynəlxalq KİV-də AZAL-ın sərnişin təyyarəsinin Rusiyanın "PANTSIR-S" hava hücumundan müdafiə sistemi tərəfindən vurulması ilə bağlı məlumatlar yayılıb.
Bu xəbəri də oxu: Günün qoroskopu: Önəmli məsələləri nəzərdən qaçırmayın
Son.az qafqazinfo-ya istinadən sözügedən HHM-in əsas özəlliklərini təqdim edir:
"PANTSIR-S" raket sistemi özüyeriyən, orta mənzilli yer-hava raket və zenit-raket kompleksidir.
Bu, döyüş təyyarələri, helikopterlər və PUA hücumlarından qorunmaq üçün nəzərdə tutulan HHM-dir. Raket sisteminin su üzərindəki və hərəkətdə olan hədəfləri (təyyarə, helikopter, PUA) vurmaq potensialı var.
Avtomatik və manual rejimdə işləyə bilir. Raket hədəf koordinatlarını (istənilən mənbədən) aldıqdan sonra 4-6 saniyəyə vura bilir. Atışlar arasındakı interval 1-1,5 saniyə təşkil edir ki, bu da analoq sistemlər üçün dünya rekordudur.
Silahın qəlpə radiusu 200 metrə qədərdir.
Xatırladaq ki, ötən gün səhər saatlarında Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğrayıb.
Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanıb.
Qəzadan dərhal sonra Rusiya KİV-də hadisənin detalları ilə bağlı fərziyyələr irəli sürülüb. Bunlar arasında təyyarənin quş sürüsü ilə toqquşması ilkin versiya olub.
Daha sonra, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının dezinformasiya ilə mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko təyyarənin Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulduğunu iddia edib.
Kremlin mətbuat katibi Dmitri Peskov isə hadisə ilə bağlı belə mövqe sərgiləyib:
"İstintaq yekunlaşmadan Aktau yaxınlığındakı təyyarə qəzasının baş vermə səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün deyil".
O, qəza ilə bağlı araşdırmanı sonuna qədər gözləməyi tövsiyə edib. Son.az
Bu sözləri Teleqraf.com-a açıqlamasında təyyarə qəzasında həlak olan H
Ötən gün Prezidenti İlham Əliyev "Əhalinin sosial rifahının yaxşı
"Dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reys
Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı reysini yerinə yetirən sər
Ötən gün qəzaya uğrayan təyyarənin sərnişinlərindən biri də Şəmkir
Rejissor və aparıcı Ranar Musayevin qohumu da təyyarədə həlak olanların
Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı reysi ilə uçan "AZAL&q
Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq
İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Te
AZAL-ın "Bakı - Qroznı" reysi ilə hərəkət edərkən qəzaya uğ
AzTV-də yayımlanan "Hədəf" verilişində qəzadan sonra müzakirə
Türkiyəli məhşur astroloq Ayşen Tok dekabrn 12-də "X" hesabında
Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vət
Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Luka
Musavat TV-nin əməkdaşları qəhrəman stüardessa Hökümə Əliyevanın Gə