Bakıda bu ərazilərdəki evlər söküləcək
Digərləri 20 Noy 2024 06:29:00 118 0
2040-cı ilə kimi paytaxtda mərkəzə yaxın ərazilərdə yerləşən fərdi evlər, 3, 4 və 5 mərtəbəli binalar söküləcək.
Bu xəbəri də oxu: Yaralı və ağır yaralıların sayı açıqlandı
Son.az xəbər verir ki, bunu "İTV xəbər"ə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov deyib.
Onun sözlərinə görə, həm tikintiyə, həm söküntüyə, həm də digər məsələlərə ciddi və xüsusi normalar tətbiq olunacaq:
"Bakı uzun illərdir monosentrik şəhərlərin bir mərkəzi kimi inkişaf edib. İdeyaya əsasən, 2040-cı ilə kimi Bakının bir sıra mərkəzləri olacaq və bu mərkəzlər bir-biri ilə yaşıl kolidorlar vasitəsilə əlaqələndiriləcək".
Söküntü aparılan ərazilərdə meşə tipli parkların salınması, yaşıllıq zolaqlarının artırılması nəzərdə tutulub.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə bildirib ki, söküləcək tikintilərin sakinləri üçün ətraf ərazilərdə göydələnlər ucaldılacaq.
"Həmin sakinlər istəsələr həmin göydələnlərdə məskunlaşacaq, istəməsələr, aldıqları kompensasiya ilə şəhərin başqa səmtində mənzil sahibi olacaqlar. Bu plan 2027-ci ildən daha sürətli şəkildə həyata keçiriləcək. Söküntü işlərinin daha çox şəhərin Alatava, Yasamal, Kubinka ərazilərində aparılması nəzərdə tutulur. Artıq Kubinkanın yarıdan çoxu demək olar, sökülüb. Bundan başqa, Keşlə ərazisi, Montin qəsəbəsində salınan kiçik gecəqondu evləri də bu siyahıya daxildir". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ağarmış saçlar, üzdəki qırışlar kimi, qocalığın çoxsaylı əlamətl
"Dedilər, fotosessiyanın tutması üçün mütləq soyunmalısan. Soyunma
Uğur hər kəs üçün fərqli məna kəsb etsə də, əgər həyatda müəyyə
Müğənni Şəbnəm Tovuzlu yeni tərzi ilə sevənlərini mat qoyub.
Yaşlı insanlarda gündüz yuxululuğunun artması, gündüzlər yatmaq, ya da
Türkiyənin Hatay vilayətində toya bir həftə qalmış təzə bəy qardaşı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Vanq
Ukraynanın arsenalında ABŞ-ın uzaqmənzilli ATACMS ballistik raketləri var
Gələn ildən sosial yardımlar artırılacaq.
Müğənni Nahidə Babaşlı ikinci dəfə "Altın Kelebek" mükafatla
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus &q
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının keçmiş do