Türkiyəli məşhurlar zəlzələdən zərərçəkənlərə nələr etdilər?


Digərləri 09 Fev 2023 03:22:00 170 0

Türkiyəli məşhurlar zəlzələdən zərərçəkənlərə nələr etdilər?

Türkiyədə üç gündür davam edən faciəvi vəziyyət dünyaca məşhur simalar da daxil olmaqla bir çoxları reaksiyalarını ifadə edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, türkiyəli sənətçilər hər gün sosial şəbəkə hesablarında və real həyatda əllərindən gələni əsirgəmədiklərini bildirirlər.

Məşhur müğənni Haluk Leventin sözlərinə görə, aktyor Kıvanç Tatlıtuğ, tanınmış aşpazlar "CZN" Burak və Nüsret, aktyorlar Aras Bulut İynemli və Burak Deniz, futbolçular Mert Hakan Yandaş, Burak Yılmaz, Emre Kılınç, Hakan Balta və Melih Demiral, müğənnilər Edis, Mustafa Ceceli, İrem Derici və başqa tanınmış simalar zəlzələdən zərərçəkənlərə külli miqdarda pul yardımı ediblər.

Türkiyədə baş verən zəlzələ səbəbilə matəm elan olunduğu üçün aparıcısı olduğu proqramına ara verən Esra Erol və tanınmış aktyor Saruhan Hünelin bacısı Aslı Hünel paylaşımlarında "Çox məyusam, canım yanır. Gözəl ölkəm, keçmiş olsun", - yazaraq, kədərlərini ifadə ediblər.

Məşhur aktrisa Türkan Şoray sosial media hesabında kədərini bu sözlərlə bildirib: "Bir daha içimiz yandı. Kahramanmaraş bölgəsində və digər yerlərdə baş verən zəlzələləri bir daha yaşamamağımızı diləyirəm. İtkilərimiz çox böyükdür. Bu son yaşadığımız fəlakət də göstərir ki, binaların tikilməsində insan həyatını düşünmək lazımdır. Bu cür şeylərə diqqət etmək lazımdır. Dua edirəm, keçmiş olsun".

Tanınmış müğənni Demet Akalın "Adana, Kahramanmaraş, Diyarbəkir, Rəbbim yardımcınız olsun", - deyə, paylaşımında yazıb.

Türkiyənin "diva"sı Bülent Ərsoy kədərini bir cümlə ilə ifadə edib: "Keçmiş olsun, Türkiyəm".

Tanınmış aktrisa Özlem Ada Şahin sosial media hesabında "Olanlara inana bilmirəm, çox məyusuq, çox. Allahım, sən kömək ol. Ürəyimiz yandı", - deyə, paylaşımında kədərini ifadə edib.

Azərbaycan əsilli model Çağla Şikel paylaşımında "Türkiyə dördüncü səviyyə fövqəladə vəziyyət elan edib. Bu, beynəlxalq yardım çağırışıdır. Dünyanın hər tərəfində bu mesajı oxuyanlara səslənirəm, insanların xilas edilmək üçün yardımınıza ehtiyacları var", - yazıb.

Müğənni Tuğba Özerk baş verən dəhşətli zəlzələdən zərər çəkənlərə dəstəyini belə ifadə edib: "Çox ağrılı bir zəlzələdən sarsılan ölkəm... İçimiz yandı. Yaralılara şəfa, itirdiyimiz canlara Allahdan rəhmət diləyirəm. Dualarla xilas olunacaq canları gözləyirik. Çox, çox məyusam".

"Yeşilçam"ın məşhur aktrisası Hülya Köçyiğit də dəstəyini ifadə edənlərdən simalardandır: "Ürəyim yanır. Zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tez zamanda sağalmaları üçün şəfa diləyirəm. İtkilərin artmaması üçün dualar edirəm. Keçmiş olsun". 

Məşhur müğənnilər Bengü və Hadisə "Qapqara bir günə oyandıq. Çox üzülürəm. Bütün məmləkətimizə keçmiş olsun. Uçqun altında qalıb yardım istəyən bütün vətəndaşlarımız üçün dualar edirik. Allah yardımçımız olsun", - deyə, paylaşımında yazıb.

Tanınmış model-aktrisa Didem Üzel və müğənni Berkay Şahin də paylaşımlar edərək, kədər və dəstəklərini bu şəkildə ifadə ediblər: "İnanılmaz görüntülərə baxıb, insan qışqırıqlarını eşidib oyandım. Necə üzülürəm, ifadə edə bilmərəm. Keçmiş olsun".

Türkiyəli pop müğənni Işın Karaca paylaşımında "Kahramanmaraş, Diyarbəkir, Malatya, Adana, Adıyaman, Şanlıurfa, Osmaniye, Mersin, Gaziantep, Hatay... Dualarımız sizinlədir. Birləşmək vaxtıdır!", - deyə, yazıb.

Tanınmış aktrisa Arzu Yanardağ və aktyor-rejissor Önder Açıkbaş "Həyatını itirənlərə rəhmət, yaralananlara şəfa diləyirəm. Dağıntılar altında qalanlara və xilasedicilərə güc-qüvvət arzu edirəm. Kəlimələr ifadə etmir, çox böyük acıdır", - deyə, paylaşımlarında qeyd ediblər. 

Bu kimi paylaşımları edənlər arasında müğənnilər Ferhat Göçer və Nilüfer, aktrisa Filiz Akın, gürcü əsilli məşhur türkiyəli aktrisa Selda Alkor, aktrisa-modellər Aydan Şener və Hale Soygazi, aktyor Ahmet Kural və başqa sənət adamları da var.

Gün ərzində 1 stəkan bu içkidən istifadə etmək... like
  • 09 Fev 03:03  
Digərləri Gün ərzində 1 stəkan bu içkidən istifadə etmək...

Gün ərzində 1 stəkan bu içkidən istifadə etmək qan damarlarındakı skle

arrow Ətraflı
Cenniferlə Afflekin münasibətləri təhlükə altındadır  VİDEO  FOTO like
  • 09 Fev 02:44  
Şou-biznes Cenniferlə Afflekin münasibətləri təhlükə altındadır VİDEO FOTO

Xəbər verdiyimiz kimi, iki gün əvvəl "Qremmi-2023" mükafatının

arrow Ətraflı
Ayaqlarınızın artıq dəridən xilas olmasını istəyirsinizsə, o zaman mütləq oxuyun! like
  • 09 Fev 02:02  
Digərləri Ayaqlarınızın artıq dəridən xilas olmasını istəyirsinizsə, o zaman mütləq oxuyun!

Bu iki maddədən hazırlanan qarışım sizin ayağınızdakı mazollardan, qat

arrow Ətraflı
Bürclərin etibarlılıq səviyyəsi  Ən güvənilməz əkizlər, ən məsuliyyətli oğlaqlar... like
  • 09 Fev 01:22  
Digərləri Bürclərin etibarlılıq səviyyəsi Ən güvənilməz əkizlər, ən məsuliyyətli oğlaqlar...

Güvən əksər insanlar üçün münasibətlərdə ən önəmli faktordur. Laki

arrow Ətraflı
Xərçəng xəstəliyi spermatozoidlərlə müalicə olunacaq like
  • 09 Fev 01:01  
Digərləri Xərçəng xəstəliyi spermatozoidlərlə müalicə olunacaq

Almaniyanın Elmi Tədqiqat Universitetinin alimləri spermatozoidlərlə şiş

arrow Ətraflı
200 kilo arıqladı, hələ də kökdür  VİDEO  FOTO like
  • 09 Fev 00:44  
Digərləri 200 kilo arıqladı, hələ də kökdür VİDEO FOTO

"300 kq çəkim var" verilişinə qatılaraq 200 kilo arıqlayan ameri

arrow Ətraflı
Günün qoroskopu: Ətrafınıza həmfikirləri toplayın, nüfuzlu müttəfiqlər tapın like
  • 09 Fev 00:01  
Digərləri Günün qoroskopu: Ətrafınıza həmfikirləri toplayın, nüfuzlu müttəfiqlər tapın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Rusiya Xoy vilayətindəki zəlzələ ilə bağlı İrana yardım yolladı like
  • 08 Fev 23:43  
Dünya Rusiya Xoy vilayətindəki zəlzələ ilə bağlı İrana yardım yolladı

Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi İran İslam Respubli

arrow Ətraflı
DYP Naxçıvanla bağlı müraciət etdi like
  • 08 Fev 23:37  
Digərləri DYP Naxçıvanla bağlı müraciət etdi

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi

arrow Ətraflı
O əfsanə “Jiquli”nin sahibi danışdı like
  • 08 Fev 23:32  
Digərləri O əfsanə “Jiquli”nin sahibi danışdı

Bəşirli Sərvər bir saatın içində həm Azərbaycanın, həm də Türkiyən

arrow Ətraflı
Bu ölkədə 5,9 bal gücündə zəlzələ oldu like
  • 08 Fev 23:27  
Dünya Bu ölkədə 5,9 bal gücündə zəlzələ oldu

Fevralın 8-də Hondurasda 5,9 maqnituda gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
BMT rəsmiləri Türkiyəyə gəlir like
  • 08 Fev 23:22  
Dünya BMT rəsmiləri Türkiyəyə gəlir

Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmiləri yaxın günlərdə Türk

arrow Ətraflı
Şuşaya qar yağır: Temperatur 3 dərəcəyə düşdü  VİDEO like
  • 08 Fev 23:16  
Digərləri Şuşaya qar yağır: Temperatur 3 dərəcəyə düşdü VİDEO

Ötən gün axşam saatlarından başlayaraq Şuşa şəhərinə yağan qar dava

arrow Ətraflı