COP for Hope: COP29 mühüm təkan ola bilər AİBin baş direktoru
Digərləri 20 Noy 2024 08:03:00 127 0
Son.az xəbər verir ki, COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Bu xəbəri də oxu: Bacılarım sonuncu dəfə mesaj yazdılar ki…
Budəfəki müsahibimiz Asiya İnkişaf Bankının (AİB) Baş direktoru və sektorlar üzrə Qrup rəhbəri Rameş Subramaniamdır.
Rameş Subramaniam COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində konfransın diqqətinin getdikcə ekoloji bacarıqların inkişafı və "yaşıl" iş yerlərinin yaradılmasına yönəlməsindən məmnun olduğunu bildirib.
"Bizə ekoloji təmiz sektorlarda keyfiyyətli iş yerlərinin yaradılması ilə müşayiət olunan dayanıqlı iqtisadi artıma töhfə verəcək düşünülmüş siyasət və investisiyalar lazımdır. Gözlənilən "yaşıl" iş yerlərinin artımı fonunda COP çərçivəsində aparılan müzakirələr ekoloji bacarıqların inkişafına sərmayələrin artırılması üçün lazım olan təkan ola bilər. Bu bacarıqlar təmiz və ədalətli keçidin təmin edilməsində əsas rol oynayır və gənc nəsillərə əmək bazarında yeni və perspektivli imkanlar açır", - deyə o vurğulayıb.
Təhsil iqlim dəyişikliyinə qarşı mübarizədə əsas vasitə kimi
Baş direktor ilk dəfə keçirilən İnsan İnkişafı Gününün mühüm bir hadisə olduğunu qeyd edib və onun iqlim dəyişikliyi ilə bağlı bilik və bacarıqların təhsil sistemlərinə inteqrasiyası üzrə yeni öhdəliklərin başlanğıc nöqtəsi olacağına ümid etdiyini ifadə edib.
"Biz başa düşürük ki, Asiya-Sakit okean regionunda ən həssas əhali qrupları iqlim dəyişikliyinin təsirlərindən daha çox əziyyət çəkir. Buna görə də gənclər və yerli icmalar üçün iqlim dəyişikliyinə dayanıqlılığın artırılmasına yatırılan investisiyalar bu çağırışlarla mübarizədə əsas elementdir", - deyə R.Subramaniam bildirib.
İqlimə dayanıqlı və aşağı karbonlu məktəblərin təşviqi
Asiya İnkişaf Bankının (AİB) baş direktoru Rameş Subramaniam bildirib ki, AİB məktəblər və digər qurumlar üçün təbii fəlakətlərə dayanıqlı infrastrukturun yaradılması sahəsində mühüm işlər görüb.
"Biz iqlim dəyişikliyi məsələlərinin tədris proqramlarına inteqrasiyası, müəllimlərin təlimi və təhsil bacarıqlarının inkişaf etdirilməsi üzrə səylərimizi artırmağı hədəfləyirik. Məqsədimiz iqlim dəyişikliyi ilə effektiv mübarizə üçün zəruri olan bilik və bacarıqların formalaşdırılmasıdır.
İcbari tibbi sığortanın əhatə dairəsi və xidmətlər zərfi günü-günd
Sosial şəbəkələrdə "Monkey" adlı pişik sahibinə hədiyyələr
Əməkdar artist Xəyyam Nisanov xərclərinin hesabatını apardığını bildi
Son.az noyabrın sonlarında bəxti gətirəcək bürcləri təqdim edir:
Əməkdar artist Elza Seyidcahan "Həmin Zaur" verilişində qonaq olu
2040-cı ilə kimi paytaxtda mərkəzə yaxın ərazilərdə yerləşən fərdi
Ağarmış saçlar, üzdəki qırışlar kimi, qocalığın çoxsaylı əlamətl
"Dedilər, fotosessiyanın tutması üçün mütləq soyunmalısan. Soyunma
Uğur hər kəs üçün fərqli məna kəsb etsə də, əgər həyatda müəyyə
Müğənni Şəbnəm Tovuzlu yeni tərzi ilə sevənlərini mat qoyub.
Yaşlı insanlarda gündüz yuxululuğunun artması, gündüzlər yatmaq, ya da
Türkiyənin Hatay vilayətində toya bir həftə qalmış təzə bəy qardaşı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Vanq
Ukraynanın arsenalında ABŞ-ın uzaqmənzilli ATACMS ballistik raketləri var