Azərbaycanlı iş adamının oğlu ağır qəza törətdi
Digərləri 20 Noy 2024 08:29:00 120 0
Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində geniş ictimai rezonansa səbəb olan yol qəzası baş verib.
Bu xəbəri də oxu: Qəzaya düşən təyyarə axırıncı dəfə nə vaxt yoxlanışdan keçib? AÇIQLAMA
Son.az haqqın.az-a istinadən xəbər verir ki, noyabrın 14-də şəhər küçələrindən birində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qarşıdan gələn zolağa çıxan "Bentley" markalı avtomobil sola dönmək üzrə olan "Hyundai Solaris" markalı avtomobillə toqquşub. Zərbə nəticəsində "Hyundai" markalı avtomobilə ciddi ziyan dəyib, sürücüsü isə ağır yaralanıb. "Bentley" daha sonra idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılıb və aşıb.
Məlum olub ki, "Bentley"i Yekaterinburqda bir neçə ticarət obyektinin sahibi, azərbaycanlı iş adamı Şamil İsayevin oğlu 22 yaşlı Emil İsayev idarə edib. Emil bloqçuluq fəaliyyəti ilə də məşğul olur. Qəza zamanı o, ağır bədən xəsarətləri alıb.
Bildirilir ki, gənc üç il əvvəl sürücülük vəsiqəsi alıb. Bu müddət ərzində o, dəfələrlə yol hərəkəti qaydalarını pozub. Yerli yol polisinin məlumatına görə, onun adına 194 ödənilməmiş cərimə var.
Fövqəladə hadisədən üç gün sonra "Hyundai" sürücüsünün xəstəxanada ölməsi ilə bağlı internetdə məlumat yayılsa da, sonradan rəsmi mənbələr bunu təkzib edib.
Onlayn ictimai səhifələrdə Emilin idarə etdiyi "Bentley" markalı avtomobilin əvvəllər Sverdlovsk vilayətində tanınmış kriminal avtoritet Marsel Qasanova məxsus olduğu da bildirilir. Mənbələrin bildirdiyinə görə, Həsənov avtomobili azərbaycanlı iş adamlarından birinin borcunun ödənilməsi kimi alıb. Emilin bu cinayət başçısı ilə dostluq münasibəti saxladığı iddia edilir.
Qeyd olunur ki, Marsel Həsənov əvvəllər quldurluq cinayətinə görə məhkum olunub. Sverdlovsk vilayətində cəza çəkərkən o, kriminal avtoritet statusu alıb.
2016-cı ildə azadlığa çıxandan sonra Həsənov bəzi mənbələrə görə kriminal aləmdən olan insanları ətrafına toplamağa başlayıb. 2019-cu ildən mütəmadi olaraq hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.
2022-ci ildə Yekaterinburqda "toplantı" zamanı Həsənov döyülüb. 2023-cü ildə polis onu saxlasa da, tezliklə buraxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbsi "müntəzəm qabaqlayıcı əməliyyat tədbiri" adlandırıblar. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Dəm qazı daha bir gəncin ölümünə səbəb olub. Son.az xəbər verir ki
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri
Son.az xəbər verir ki, COP29 çərçivəsində Trend BİA "COP for Hope&q
İcbari tibbi sığortanın əhatə dairəsi və xidmətlər zərfi günü-günd
Sosial şəbəkələrdə "Monkey" adlı pişik sahibinə hədiyyələr
Əməkdar artist Xəyyam Nisanov xərclərinin hesabatını apardığını bildi
Son.az noyabrın sonlarında bəxti gətirəcək bürcləri təqdim edir:
Əməkdar artist Elza Seyidcahan "Həmin Zaur" verilişində qonaq olu
2040-cı ilə kimi paytaxtda mərkəzə yaxın ərazilərdə yerləşən fərdi
Ağarmış saçlar, üzdəki qırışlar kimi, qocalığın çoxsaylı əlamətl
"Dedilər, fotosessiyanın tutması üçün mütləq soyunmalısan. Soyunma
Uğur hər kəs üçün fərqli məna kəsb etsə də, əgər həyatda müəyyə
Müğənni Şəbnəm Tovuzlu yeni tərzi ilə sevənlərini mat qoyub.
Yaşlı insanlarda gündüz yuxululuğunun artması, gündüzlər yatmaq, ya da