Yeni dəyişiklik: benzinin qiyməti necə hesablanacaq?
Digərləri 20 Noy 2024 09:55:00 71 0
Xəbər verdiyimiz kimi, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır. Bu barədə Milli Məclisdə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.
Bu xəbəri də oxu: Putin nüvə silahı barədə doktrinanı
Bəs bu kimi qərarlar Aİ-95 və Aİ-98-in qiymətinə necə təsir edəcək? Mövzu ilə bağlı Mİlli.Az-a iqtisadçı-ekspert Rəşad Həsənov açıqlama verib. O bildirib ki, Aİ-95 markalı benzinin qiymətinin tənzimlənən məhsulların siyahısına daxil edilməsi məsələsi uzun müddətdir müzakirə olunur. "Azərbaycan artıq bu məhsulu istehsal etməyə başlayıb. Hökumətin siyasəti konkret olmalıdır. Əgər yerli istehsal olan Aİ-92 markalı benzinin qiyməti tənzimlənirsə, Aİ-95 markalı benzinin də qiyməti tənzimlənməlidir. Bu tənzimlənmə müəyyən qədər bu istiqamətdə sosial aspektlərin qiymətlərin müəyyən edilməsinə təsirini artıra bilər. Burada qiymətləri Tarif Şurası müəyyən edir. Tarif Şurası bir çox məqamları nəzərə alır. Hazırda qiyməti müəyyən edən SOCAR-dır. Təbii ki, SOCAR sosial siyasətə cavabdeh qurum deyil. Buna görə də daha çox iqtisadi aspektlərdə məsələləri dəyərləndirir. Tarif Şurası ən azından nəzəri baxımdan sosial aspektləri də şirkətin iştirak mövqeyini də nəzərə almalıdır. Qanunvericiliklə iştirakda olan məhsulların xidmətlərinin qiymətlərini Tarif Şurası tənzimləmə gətirməlidir". Ekspert qeyd edib ki, yanacağın qiyməti ən son 2024-cü ildə 10 faizdən artıq, yəni Aİ-92 markalı yanacağın və dizelin qiyməti artırılıb. Ondan sonraki dövrdə neftin qiyməti ucuzlaşıb ki, bahalaşmayıb. "Yəni məhsulun maya dəyəri aşağı düşüb, bahalaşmayıb. Belə bir şəraitdə yenidən qiymətin artması üçün iqtisadi faktor yoxdur. Bu məsələ ilə bağlı dəqiq proqnoz vermək çətindir. Bir sıra hallarda Tarif Şurasının qərarları gözlənilməz olduğu üçün bununla bağlı dəqiq qərar vermək mümkün deyil". Aysel Əkbər Son.az
"Məşədi Dadaş" məscidinin imamı Əli Şərbətova sui-qəsd haz�
ABŞ-da 1 və 2 yaşlı uşaqlarını sobaya ataraq öldürən Lamora Uilliams �
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Bayden Administrasiyasının Ukraynada piyad
Noyabrın 18-də Hövsanda dəm qazı daha bir can alıb.
Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində geniş ictimai re
Dəm qazı daha bir gəncin ölümünə səbəb olub. Son.az xəbər verir ki
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri
Son.az xəbər verir ki, COP29 çərçivəsində Trend BİA "COP for Hope&q
İcbari tibbi sığortanın əhatə dairəsi və xidmətlər zərfi günü-günd
Sosial şəbəkələrdə "Monkey" adlı pişik sahibinə hədiyyələr
Əməkdar artist Xəyyam Nisanov xərclərinin hesabatını apardığını bildi
Son.az noyabrın sonlarında bəxti gətirəcək bürcləri təqdim edir:
Əməkdar artist Elza Seyidcahan "Həmin Zaur" verilişində qonaq olu
2040-cı ilə kimi paytaxtda mərkəzə yaxın ərazilərdə yerləşən fərdi